Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-433/2025 23.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh tanıdığı şəxs qonşusu 25 avqust 1968-ci il təvəllüdlü X2 vasitəsi ilə tanımışdır. 2023-cü ilin avqust ayında torpaq almaq məqsədilə ona zəng edərək nağd şəkildə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 7.676 (yeddi min altı yüz yetmiş altı) manat pul vəsaitini şəxsən ondan götürmüş, digər pul vəsaitlərini isə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat onun xahişi ilə cavabdehə məxsus kart hesabına köçürmüşdür. Cavabdeh götürdüyü 8000 manat pul vəsaitini gecikdirmədən qaytarmağı öz üzərinə götürsə də, sonralar sözügedən borcu qaytarmaqdan yayınmışdır. Belə ki, o iddiaçıya müxtəlif vaxtlarda zəng edərək hədə-qorxu gələrək onu kobud sözlərlə təhqir etmişdir. Cavabdeh verdiyi vədə sadiq qalmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı dəfələrlə onunla əlaqə saxlamış, borcu qaytarmasını tələb etmişdir. Lakin, cavabdeh hər dəfə ona əlavə vaxt verməyi xahiş etmiş, işləyib qazanacağını və ödənişləri geri qaytaracağını bəhanə etmişdir. İddiaçı ona etimad etdiyini bildirərək, mübahisənin məhkəmədən kənar həll olacağına inanmış, bu səbəbdən ona öz öhdəliklərini icra etməsi üçün müəyyən müddət vermişdir. Lakin o, bundan sui-istifadə edərək, ondan borc aldığı pul vəsaitini qaytarmamışdır. İddiaçının tələbi: Cavabdeh verilmiş 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 110 (yüz on) manat məbləğində vəkilin xidmət haqqının, məhkəməyə müraciət etmək üçün ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumunun, ümumilikdə, 8211 (səkkiz min iki yüz on bir) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat verərək, Cavabdeh əsas borca görə 8000 (səkkiz min) manat, iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 110 (yüz on) manat məbləğində vəkilin xidmət haqqının, məhkəməyə müraciət etmək üçün ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumunun, ümumilikdə, 8211 (səkkiz min iki yüz on bir) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o cavabdehin qardaşıdır. Qardaşı iddiaçı ilə bir müddət qeyri-rəsmi nikahda birlikdə yaşamış, daha sonra Nümayəndə qardaşını iddiaçıdan uzaqlaşdırmışdır. İddiaçının tələb etdiyi məbləğin tam əsassız olduğunu, onlara qarşı şər-böhtan atdığını bildirmişdir. Lakin, iddiaçı tərəfindən onun qardaşının bank hesab kartına nə qədər məbləğ ödənilibsə, sübut təqdim edildiyi təqdirdə ödəməyə hazır olduğunu göstərmişdir. Göstərilənləri nəzərə alaraq Nümayəndə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Ucar rayonu İcra Hakimiyyəti Başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 yanvar 2025-ci il tarixli, 5-8020/2-11/2025 nömrəli arayışından görünür ki, İddiaçı Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla , Bakı şəhərində yaşayır. Heç bir yerdə işləmir. İki övladı var (oğlu- X5, qızı – X3). İddiaçı Cavabdeh ünvanlandığı 17 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, cavabdehin iddiaçıya olan 8000 (səkkiz min) manat məbləğində borcunun qaytarılması Cavabdeh tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Milliön elektron ödəmə sisteminə 54802 nömrəli terminala edilmiş ödəniş üzrə qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 102 (yüz iki) manat məbləğində pul vəsaiti mədaxil etmişdir. (büdcə təsnifat kodu 14221103, xəzinə hesabı AZ73CTRE********************, transaksiya nömrəsi **********8) 01 dekabr 2023-cü il, 20 iyul 2023-cü il, 06 yanvar 2024-cü il, 31 yanvar 2024cü il, 02 fevral 2024-cü il, 24 mart 2024-cü il və 11 iyun 2024-cü il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, 416973******1040 və 416973******5237 hesab nömrəli karta İddiaçı tərəfindən Cavabdeh müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi CD formatlı məlumat daşıyıcısında əks olunan səs yazılarına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yazılarda iddiaçının tələb etdiyi 8000 (səkkiz min) manat pul məbləğinin qaytarılmasından deyil, cavabdeh tərəfindən iddiaçının mövcud bank kreditinin ödənilməsində köməklik ediləcəyi ilə bağlı ifadə etdiyi sözlər əks olunmuşdur. 09 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı onunla qeyri rəsmi yaşadığı Cavabdeh, ona 8000 (səkkiz min) manat borcu olması ilə bağlı həmin məbləği qaytarması üçün S.Məmədova zəng etməsi, sonuncunun isə İddiaçı ünvanına telefonda nalayiq ifadələr işlətməsi ilə bağlı müraciətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. 17 oktyabr 2024-cü il tarixli, BPASAN**********1 nömrəli və 26 dekabr 2024-cü il tarixli BPASAN********** nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 34 saylı Vəkil Bürosuna 110 (yüz on) manat məbləğində pul vəsaiti ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitutsiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri: 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşya sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386-cı maddəsinə əsasən öhdəliklərin əmələ gəlməsi əsasları: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 8000 (səkkiz) manat məbləğində pul vəsaiti əldə etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda pul vəsaiti verilmişdir. Mülki iş materiallarından da göründüyü kimi, cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı bildirir ki, cavabdeh müxtəlif vaxtlarda ondan ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini əldə etmişşdir. Məhkəmə araşdırması zamanı iddiaçı öz tələbinin əsası kimi həmin məbləğdən yalnız 324 (üç yüz iyirmi dörd) manat məbləğin cavabdehə verilməsini ödəniş qəbzlərinin təqdim edilməsi vasitəsi ilə sübut edə bilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzlərin surətindən görünür ki, Cavabdeh əsassız varlanma nəticəsində 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti əldə etmişdir. Məhkəmə baxışında işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh əsassız varlanma nəticəsində 324 (üç yüz iyirmi dörd) manat pul vəsaitini əldə etmiş və bu fakt iş materiallarında olan müxtəlif tarixli ödəniş qəbzləri ilə sübuta yetirilir. Cavabdeh tərəfindən həmin pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 (yüz bir) manat məbləğində pul vəsaitinin 10 (on) manat məbləğində hissəsi, həmçinin iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 110 (yüz on) manat məbləğində vəkilin xidmət haqqının 20 (iyirmi) manat hissəsi Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10 (on) manat məbləğində hissəsi, həmçinin iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş vəkilin xidmət haqqının 20 (iyirmi) manat hissəsi, ümumilikdə 354 (üç yüz əlli dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-433/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-433/2025
23.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver