Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-436/2024 14.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 10570 (on min beş yüz yetmiş manat) məbləğində borc pulun və ödənilmiş dövlət rüsumuna görə 122 (yüz iyirmi iki) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia tələbinə dəqiqləşmə ərizəsi verərək məhkəmə iclasında göstərmişdir ki, iddiaçı 2017-ci ilin iyul ayında ünvan 1 ünvanında yerləşən “Bol Market” adlı marketi icarə əsasında işlətməyə başlamışdır. Cavabdeh müraciəti ilə 17 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən onu satıcı kimi marketə işə qəbul etmişdir. Qısa müddətdə Cavabdeh özünü normal satıcı kimi göstərməklə işlərini normal yerinə yetirmişdir. Ona inam və etibarı yaranmışdır. İşdə olmdığı vaxtlar marketin işlərini yola vermişdir. 2021-ci ilin yanvar ayında Cavabdeh iddiaçıdan borca pul istəmiş, iddiaçı ona inandığı üçün 6000, 2000 və 7000 manat olmaqla, ümumilikdə 15000 manat məbləğində pulu ona borc olaraq vermişdir. Cavabdeh pulu 4-5 ay müddətinə qaytarmasına söz vermişdir. “Covid 2019” pandemeya şəraiti olduğundan iddiaçı marketə ancaq bir dəfə gedir, faktiki olaraq marketin gündəlik işlərini Anar idarə edirdi. Cavabdehin pulu qaytaracağı müddət keçsə də, lakin borcu qaytarmamışdır. Ona görə də cavabdeh 06 yanvar 2022-ci ildə yazılı qəbz vermiş, 15000 manat məbləğində pulu hissə-hissə olmaqla 2022-ci ilin dekabr ayına kimi hər ay 250 manat, 2023-cü ilin yanvar ayından dekabr ayına kimi hər ay 1000 manat olmaqla tam ödəyəcəyinə öhdəlk götürmüşdür. Sonra ayrı-ayrı vaxtlada, hissə-hissə olmaqla 4430 manat pulu qaytarmış, qalıq qalan 10570 manat borcunu qaytarmaqdan imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Həmin məsələnin başqa yolla həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdeh borcundan 425 manat da ödədiyindən cavabdehin iddiaçıya cəmi 10140 manat borcu qalmışdır. Sonda iddiaçının nümayəndəsi Cavabdeh borca görə 10140 manat və dövlət rüsumuna görə ödənilmiş 122 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini və iddiaçıdan 2021-ci ilin yanvar ayında 6000 (altı min), daha sonra 2000 (iki min) və 7000 (yeddi min) manat, ümumilikdə 15000 (on beş min) manat borc olaraq pul aldığını, iddiaçıya müxtəlif vaxtlarda borcundan qaytardığını və hazırda iddiaçıya 10140 (on min yüz qırx) manat borcu qaldığını göstərmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı ümumilikdə 15000 (on beş min) manat borc pul aldığını və həmin borcunu 2022-ci ilin fevral ayından həmin ilin dekabr ayına qədər hər ay 250 manat, 2023-cü ilin yanvar ayından dekabr ayına kimi hər ay 1000 manat ödəyəcəyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən borcverən İddiaçı, digər tərəfdən isə borcalan Cavabdeh olmaqla borc müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 529-cu maddələrinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10140 (on min yüz qırx) manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 (yüz iyirmi iki) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10140 (on min yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumuna görə 122 (yüz iyirmi iki) manat pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №2(022)-436/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-436/2024
14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver