Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-458/2025 03.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən verilmiş 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) tros sepin, 2.500 manat dəyərində 25 qram çəkidə 1 ədəd aralıq və 2 ədəd üzüyün 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) 1 ədəd tros sepin və qolbağının, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) 1 cüt sırğanın, 1 ədəd üzüyün, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) klonun, 19 ədəd qarışıq qızılların, ağ rəngli sepin, 1 ədəd qolbağının, 1 dəst üzüyün və sırğanın, uşaq qolbaqıları olan qızılların iddiaçıya təhvil verilməsi, həmin qızıl zinət əşyaları mövcud olmadığı təqdirdə, həmin əşyaların bazar dəyəri qiyməti qismində 14.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Əskərli X1 Mehdi Hüseyn oğluna qarşı iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən verilmiş 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) tros sepin, 2.500 manat dəyərində 25 qram çəkidə 1 ədəd aralıq və 2 ədəd üzüyün 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) 1 ədəd tros sepin və qolbağının, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) 1 cüt sırğanın, 1 ədəd üzüyün, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) klonun, 19 ədəd qarışıq qızılların, ağ rəngli sepin, 1 ədəd qolbağının, 1 dəst üzüyün və sırğanın, uşaq qolbaqıları olan qızılların iddiaçıya təhvil verilməsi, həmin qızıl zinət əşyaları mövcud olmadığı təqdirdə, həmin əşyaların bazar dəyəri qiyməti qismində 14.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə məhkəmədə baxıldığı dövrdə tərəflər mübahisəni məhkəmədənkənar qaydada həll etmək barədə razılıq əldə etdiklərini, cavabdehin öz vədinə əməl etməyəcəyi təqdirdə isə yenidən iddia qaldırmaq niyyətində olduğunu bildirdi, bununla əlaqədar hazırda iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Həmçinin iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, iddia ərizəsinin geri qaytarılmasına və iddia ərizəsinin baxılmamış saxlanmasına razı olduğunu, həmçinin iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. İş üzrə maraqlı şəxs Bank Olmayan Kredit Təşkilatı “Ekspress” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi ərizə verdiyinə, cavabdehin nümayəndəsi və vəkili isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığına görə və iddiaçı xahiş etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əslləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə görə ərizələr (şikayətlər) qaytarıldıqdaa və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və (əyarda) probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtb olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən verilmiş 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) tros sepin, 2.500 manat dəyərində 25 qram çəkidə 1 ədəd aralıq və 2 ədəd üzüyün 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) 1 ədəd tros sepin və qolbağının, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) 1 cüt sırğanın, 1 ədəd üzüyün, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) klonun, 19 ədəd qarışıq qızılların, ağ rəngli sepin, 1 ədəd qolbağının, 1 dəst üzüyün və sırğanın, uşaq qolbaqıları olan qızılların iddiaçıya təhvil verilməsi, həmin qızıl zinət əşyaları mövcud olmadığı təqdirdə, həmin əşyaların bazar dəyəri qiyməti qismində 14.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanıldığına görə, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldığı vaxt iş üzrə dövlət rüsumu qismində 03 fevral 2025-ci il tarixdə, “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyəti, Cəlilabad regional poçt fililaının Biləsuvar maliyyə xidməti şöbəsi tərəfindən “Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökumət ödəniş portalı” vasitəsilə 14221104 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 120 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh2 qarşı iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən verilmiş 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) tros sepin, 2.500 manat dəyərində 25 qram çəkidə 1 ədəd aralıq və 2 ədəd üzüyün 3.000 manat dəyərində 30 qram çəkidə, 583 əyar (pr) 1 ədəd tros sepin və qolbağının, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) 1 cüt sırğanın, 1 ədəd üzüyün, 1.000 manat dəyərində 10 qram çəkidə, 750 əyar (pr) klonun, 19 ədəd qarışıq qızılların, ağ rəngli sepin, 1 ədəd qolbağının, 1 dəst üzüyün və sırğanın, uşaq qolbaqıları olan qızılların iddiaçıya təhvil verilməsi, həmin qızıl zinət əşyaları mövcud olmadığı təqdirdə, həmin əşyaların bazar dəyəri qiyməti qismində 14.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı tərəfindən iş üzrə dövlət rüsumu qismində 03 fevral 2025-ci il tarixdə, “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyəti, Cəlilabad regional poçt fililaının Biləsuvar maliyyə xidməti şöbəsi tərəfindən “Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökumət ödəniş portalı” vasitəsilə 14221104 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 120 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-458/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-458/2025
03.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver