Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-477/2023 27.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X6 Cavabdeh Bürhan oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Bürhan oğluna qarşı aliment miqdarının dəyişdirilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Bürhan oğluna qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(022)- 612/2020 saylı qətnaməsi ilə hər ay hər bir uşağın yetkinlik yaşana çatana kimi saxlanılması üçün sabit pul məbləğində 85 manat müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(022)-612/2020 saylı qətnaməsinə əsasən keçmiş əri Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə hər ay 85 manat olmaqla, cəmi 170 manat alimentlə uşaqlarını saxlaya bilmir. Məhkəmə qərarının qəbul edilməsindən keçən müddət ərzində uşaqların yaşayış minimumu qanunla yüksəldilmiş, qiymətlər artmış, alimentin miqdarı isə dəyişməmişdir. Odur ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(022)-612/2020 saylı qətnaməsinin dəyişdirilərək, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşana çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 220 manat alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili X8 iddianı müdafiə edərək, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bürhan oğlu məhkəmə iclasında iddianı qəbul etmədiyini, bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon MTTİİS-nin 17 fevral 2023-cü il tarixli 84 saylı arayışından görünür ki, İddiaçı övladları-xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 16 saylı evin 1 saylı mənzilində yaşayır. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(022)- 612/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh Bürhan oğlundan xx.xx.2011-ci il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Orucİddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli MŞL-01248 saylı arayışından görünür ki, Cavabdeh Bürhan oğlu mediasiya sessiyasının keçirilməsi ilə bağlı qabaqcadan poçt vasitəsilə xəbərdar edilmiş, lakin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı X4 keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində müdiasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşaqların maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(022)-612/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat tutulan alimentin həcmi artırılaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Bürhan oğlundan hər ay hər bir uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaysan Respublikası Qanunun 9.1-si maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən X4 keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində - 45 manat məbləğdə pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(022)-612/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh Bürhan oğlundan hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi ayda 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. X4 keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh Bürhan oğlundan alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-477/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-477/2023
27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver