Məhkəmə qərarları › İş №2(022)-486/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-486/2025

01.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-486/2025 01.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 006232 saylı akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 006232 nömrəli akt əsasında hesablanmış 898.8 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək göstərmişdir ki, o, ailəsilə birlikdə Biləsuvar şəhəri Babək küçəsi 1 ünvanıda yaşayır. Yaşadığı evə qanuni işıq sayğacı qoyulub. O, da hər ay istifadə etdiyi işığın pulunu ödəmişdir. Bu yaxınlarda Biləsuvar işıq idarəsinin işçiləri qəlib evinin sayğacını dirəkdən ayıraraq getmişlər. Səbəbini soruşduqda isə onun cərimə edildiyini bildirmişlər. Onun həmin cərimənin nə vaxt və hansı səbəbdən yazıldığından xəbəri olmadığı üçün X1 müraciət etmiş, ona evində sayğacdan kənar xəttdən istifadə etdiyini bildirərək cərimənin ödənilməsini ondan tələb etmişlər. Hal-hazırda evində işıq da yoxdur. Dəfələrlə müraciət etsə də, evinə gələn işığı qoşmaq istəmirlər. Onun evində heç vaxtı sayğacdan kənar elektrik xətti olmamış, sayğaca da heç vaxt müdaxilə etməmişdir. Sayğac küçədə yerləşir. Həmin aktın yazılmasından xəbəri olmamış, akt yazılan vaxtı nə onun, nə də ailə üzvlərinin iştirakı təmin edilməməişdir. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024cü il tarixli, 006232 nömrəli akt əsasında hesablanmış 898.8 manat cərimənin abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə məktub ünvanlayaraq onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli AKT NİM № 006232 saylı akta əsasən sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent həyətindən keçən 0 kv-luq naqilləri çılpaq naqildən qirmaq vasitəsilə sayğac sxemindən kənar xətt götürmüşdür.Ölçü aparan zaman kənar xətdən keçən yük 11/8A təşkil edirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilmlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus yaşayış evində elektrik sayğacından kənar xəttədən istifadə edilməsi göstərilsə də, lakin həmin halın baş verməsini təsdiq edən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının hüquqa zidd hərəktələrinin araşdırılmaqla onun inzibati xəta hadisəsi törətməsi və yaxud elektrik enerjisinin talanması ilə əlaqədar cinayət faktı ilə bağlı hər hansı araşdırmanın nəticəsinə dair material iş materialları ilə müəyyən olunmur. Məhkəmə işin qeyd olunan hallarını, habelə maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 006232 nömrəli akt əsasında hesablanmış 898.8 cərimə İddiaçı abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 006232 nömrəli akt əsasında hesablanmış 898 (səkkiz yüz doxsan səkkiz) manat 80 (səksən) qəpik cərimə İddiaçı abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar