Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-488/2024 23.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 (on min beş yüz) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışıdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatında olmuşdur. Cavabdeh aldatma yolu ilə 21 noyabr 2021-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla 24 saat market”-də olan Million ödəmə terminalı vasitəsilə “Kapital Bank”-dan öz adına aldığı bank kartına köçürülmüş 5000 (beş min) manat, həmin tarixdə 1000 (bir min) manat, 20 dekabr 2021-ci il tarixdə həmin marketdə olan ödəmə terminalı vasitəsilə 2500 (iki min beş yüz) manat, 2022-ci ilin yanvar ayının əvvəlində həmin marketin qarşısında 2000 (iki min) manat olmaqla, ümumilikdə ondan 10500 (on min beş yüz) manat məbləğində pul almaqla ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, Cavabdeh 10500 (on min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehnın cəza çəkdiyi yer üzrə Bakı İstintaq Təcridxanasına məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilərək İddiaçı ona qarşı pul tələbinə dair iddiasına etiraz və mülahizələrini məhkəməyə təqdim etməklə yanaşı, nümayəndəsinin məhkəmə iclasında iştirak etmək hüquqları izah edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquqi qiymət qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)- 36/2024 saylı hökmündən (hakim N.Mirzəyevin sədrliyi ilə) görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli 1(106)-500/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmündən zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4cü maddələri ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmü, həmin hökmdən zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, İddiaçı Cəbrayıl rayon sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 2021-ci ilin yay aylarında Bakı şəhərində Əlillərin Bərpası mərkəzində olan zaman bir şəxsin əlində sənədlər toplayaraq gözləməsini görüb həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxslə tanış olduqdan sonra İddiaçı olmasını bilmişdir. Xıdırla söhbət edən zaman qızı Sevilin əvvəllər İİ qrup əlil kimi pensiya almasını, lakin sonradan həmin pensiyanın dayandırılmasını, buna görə də sənədlərini toplayıb pensiyanın bərpa olunması üçün təkrar olaraq müraciət etdiyini bildirmişdir. O da Xıdırı aldadaraq pulunu ələ keçirmək niyyəti ilə yalandan pensiya düzəltmək işi ilə məşğul olduğunu, buna görə də qızının pensiyasının bərpa olunmasında köməklik qarşılığında 10500 (on min beş yüz) manat pulu alacağını demişdir. İddiaçı onun bu təklifi ilə razılaşmış, pul toplayıb bu barədə onunla əlaqə saxlayacağını bildirmişdir. 2021-ci ilin noyabr ayının sonlarında İddiaçı ona zəng edərək qızı Sevilin pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında istədiyi 10500 manat puldan 6000 (altı min) manat vermək istədiyini demişdir. Xıdıra Biləsuvar rayonuna gəlməsini istəmişdir. Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında İddiaçılə görüşən zaman həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə onun adına olan bank kartına əvvəlcə 5000 (beş min) manat, bir neçə dəqiqə sonra isə 1000 (bir min) manat pul köçürmüşdür. İddiaçı qızı Sevil Allahverdiyevanın İİ qrup əlil kimi pensiyasının görülməsi ilə bağlı işə həmin gün başlayacağını bildirərək inandırmışdır. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, Xıdırın qızı Sevilin pensiyasının bərpa olunması ilə bağlı heç bir iş görməmişdir. Bundan başqa, 2021-ci ilin dekabr ayının sonlarında Xıdıra zəng edərək qızı Sevilin pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında razılaşdığı 10500 manat puldan qalan 4500 ( dörd min beş yüz) manat pulu verməsini istəmişdir. Buna görə də həmin gün yenidən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında Xıdırla görüşmüş və Xıdır həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə verdiyi bank kartına 2500 (iki min beş yüz) manat pul köçürmüşdür. Bu dəfə də Xıdırın adına olan bank kartına köçürdüyü 2500 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, lakin qızı Sevilin pensiyasının bərpa olunması ilə bağlı heç bir iş görməmişdir. Bundan başqa, 2022-ci ilin yanvar ayının əvvələrində yenidən Xıdıra zəng edərək Sevil Allahverdiyavanın pensiyasının bərpa olunması üçün razılaşdıqları 10500 manat puldan qalan 2000 (iki min) manat pulu da verməsini istəmiş, buna görə də Xıdır yenidən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısına gəlmiş və söhbət etdikdən sonra qalan 2000 manat pulu da almışdır. Xıdıra qızı Sevilin pensiyasının yaxın vaxtlarda bərpa olunacağına dair yalan vədlər verərək onu inandırmışdır. Lakin, əvvəllər olduğu kimi bu dəfə də Xıdırdan aldığı pulun əvəzində qızı Sevilin pensiyasının bərpa olunması ilə bağlı heç bir iş görməmişdir. İddiaçı ona zəng edərək bununla maraqlandıqda hər dəfə müxtəlif bəhanələr gətirərək aldatmışdır. Bu səbəbdən də Xıdır ona verdiyi 10500 manat pulu geri qaytarmasını tələb etmiş, o isə maddi imkanı olmadığı üçün aldığı pulu geri qaytara bilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu, Qumlax kəndində qeydiyyatda olsa da, faktiki olaraq Biləsuvar rayonu ərazisində yerləşən 7 saylı məcburi köçkünlər şəhərciyi ev 22-də yaşayır. Cavabdeh 2021ci ilin sentyabr ayında Bakı şəhərində tanımışdır. Belə ki, qızı Sevil Allahverdiyeva xəstəliyə görə 2014-cü ildən İİ qrup əlildir. 2014-cü ildən 2021-ci ilə qədər İİ qrup əlil kimi pensiya almışdır. Lakin 2021-ci ildə həmin pensiyanın verilməsi dayandırılmış, o, dəfələrlə Sevilin pensiyasının bərpa olunması ilə bağlı müraciət etsə də, hər dəfə pensiyanın bərpa olunmasından imtina edilməsi barədə cavab göndərilmişdir. 2021-ci ilin yay aylarında Sevil Allahverdiyevanın əlilliyinin bərpa olunması ilə bağlı Bakı şəhərinə Əlillərin Bərpası mərkəzinə təkrar müayinəyə görə getmişdir. Orada olan zaman bir şəxs ona yaxınlaşaraq Biləsuvar rayonunda yaşamasını, adının İlham olduğunu və pensiya düzəltmək işi ilə məşğul olmasını bildirmişdir. Söhbət əsnasında ondan Bərpa Mərkəzinə hansı məqsədlə getdiyini soruşduqda qızı Sevilin əvvəllər İİ qrup əlil kimi pensiya almasını, lakin 2021-ci ilin əvvəllərində pensiyanın verilməsinin dayandırılmasını, buna görə də pensiyanın bərpa olunması üçün Sevili təkrar müayinəyə apardığını bildirmişdir. İlham pensiya düzəltmək işi ilə məşğul olduğunu, Sevilin də pensiyasının bərpa olunmasına köməklik edə biləcəyini bildirmiş və bu işi görməsi müqabilində 12000 (on iki min) manat pul istəmişdir. Lakin, o, İlhama həmin işi görməsi müqabilində 10500 (on min beş yüz) manat pul verə biləcəyimi bildirmiş, İlham da onun bu sözləri ilə razılaşmışdır. Təxminən 3 ay sonra, yəni 22 noyabr 2021-ci il tarixdə saat 11:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında Cavabdehlə görüşmüş və söhbət etdikdən sonra həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə əvvəlcə 5000 (beş min) manat, bir neçə dəqiqə sonra isə 1000 ( bir min ) manat pulu İlhamın verdiyi öz adına olan bank kartına köçürmüş, pulu köçürməyi ilə bağlı qəbzi özündə saxlamışdır. Cavabdeh onun qızı Sevil Allahverdiyevanın İİ qrup əlil kimi pensiyasının görülməsi ilə bağlı işə həmin gün başlayacağını bildirmiş, o, İlhamın bu sözlərinə inanmışdır. Bundan başqa, 20 dekabr 2021-ci il tarixdə saat 12 radələrindəCavabdeh ona zəng edərək Sevilin pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında razılaşdıqları 10500 manat puldan qalan 4500 (dörd min beş yüz) manat pul verməsini istəmişdir. Buna görə də həmin gün saat 13:40 radələrində yenidən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında Cavabdehlə görüşmüş və söhbət etdikdən sonra həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə İlhamın verdiyi bank kartına 2500 (iki min beş yüz) manat pul köçürmüşdür. İlham bu dəfə də onu aldadaraq artıq Sevilin pensiyasının bərpa olunması ilə bağlı işlər görməsini və həmin pensiyanın yaxın vaxtlarda bərpa olunacağına dair vədlər vermişdir. O da İlhamın dediyi bu sözlərə inanmışdır. Bundan başqa, təxminən 10-15 gün sonra, yəni 2022-ci ilin yanvar ayının əvvəllərində Cavabdeh yenidən ona zəng edərək Sevil Allahverdiyavanın pensiyasının bərpa olunması üçün razılaşdıqları 10500 manat puldan qalan 2000 (iki min) manat pulu da verməsini istəmişdir. Buna görə də yenidən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında Cavabdehlə görüşmüş və söhbət etdikdən sonra İlhamın bank kartına 2000 manat pul göndərəcəyini demiş, İlham isə bank kartını özü ilə gətirmədiyini bildirmiş, buna görə də pulu nəğd şəkildə verməsini istəmişdir. Həmin pulu öz adına olan bank kartına atıb qəbzin fotoşəkilini ona göndərəcəyini bildirmişdir. O da İlhamın bu sözlərinə inanıb qalan 2000 manat pulu da vermişdir. Cavabdeh 1-2 ay ərzində Sevil Allahverdiyevanın pensiyasının bərpa olunacağını və pensiya ala biləcəyinə dair vədlər vermişdir. Buna baxmayaraq, həmin vaxtdan uzun müddət keçsə də, Sevilin pensiyası bərpa olunmamış, İlhama zəng edərək bununla maraqlandıqda hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bu səbəbdən də sonradan İlhama zəng edib verdiyi 10500 (on min beş yüz) manat pulu geri qaytarmasını tələb etmişdir. Cavabdeh həmin pulun 700 (yeddi yüz) manat hissəsini qaytarsa da, lakin qalan 9800 (doqquz min səkkiz yüz) manat hissəsini müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)- 36/2024 saylı hökmündən görünür ki, Cavabdeh İddiaçı qızı Sevil Allahverdiyevanın əlilliyini bərpa edəcəyini vəd etməklə 2021-ci ilin noyabr ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında Milliön ödəmə terminalı vasitəsilə əvvəlcə 5000 (beş min) manat, bir neçə dəqiqə sonra isə 1000 ( bir min) manat pulu İddiaçı verdiyi öz adına olan bank kartına köçürməsi yolu ilə almış, 20 dekabr 2021-ci il tarixdə razılaşdıqları 10500 manat puldan qalan 4500 (dörd min beş yüz) manat pulun 2500 (iki min beş yüz) manatını Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında həmin marketdə olan Milliön ödəmə terminalı vasitəsilə İddiaçı verdiyi bank kartına pul köçürülməsi yolu ilə almış, daha sonra 2022-ci ilin yanvar ayının əvvələrində razılaşdıqları 10500 manat puldan qalan 2000 (iki min) manat pulu da Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Əla market”-in qarşısında İddiaçı almışdır. Beləliklə, Cavabdeh İddiaçı qızı Sevil Allahverdiyevanın əlilliyini bərpa edəcəyini vəd etməklə İddiaçı 10500 manat pul almaqla ona zərər vurması iş materialları və işdə olan qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Lakin iddiaçının izahatı və məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı aldığı 10500 (on min beş yüz) manat puldan ona 700 (yeddi yüz) manatını qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işdə olan mötəbər sübutlarla müəyyən edilmişdir ki, cavabdeh Mirzəyev X1 Xıdır Surxay oğluna 9800 manat maddi ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(022)-488/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-488/2024
23.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver