Məhkəmə qərarları › İş №2(022)-496/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-496/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-496/2023 04.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 iyun 2021-ci il tarixli 70 saylı restrukturizasiya müqaviləsi üzrə 7400 manat əsas borcun, 128,62 manat faiz borcunun, cəmi 7528,62 manat (yeddi min beş yüz iyirmi səkkiz manat, altmış iki qəpik) borc məbləğinin və 09 iyun 2021-ci il tarixli 71 saylı restrukturizasiya müqaviləsi üzrə 4500,58 manat əsas borcun, 72,34 manat faiz borcunun, cəmi 4572,92 manat (dörd min beş yüz yetmiş iki manat, doxsan iki qəpik) borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin Cavabdeh məxsus Biləsuvar rayonu, Əsgərabad kəndində 0,09 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68,6 kv.m yaşayış, 39 kv.m köməkçi sahədən ibarət ümumi sahəsi 107,6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh məxsus Biləsuvar rayonu, Əsgərabad kəndində 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68,6 kv.m yaşayış, 39 kv.m köməkçi sahədən ibarət ümumi sahəsi 107,6 kv.m olan fərdi yaşayış evinin 0,09 ha torpaq sahəsi ilə birlikdə açıq hərraca çıxarılıb satılması hesabına cəmi 12101,54 manat borcun və 126,3 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT-nin nümayəndəsi X2 məhkəmə iclasında göstərmişdir ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə ‘‘Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra - İddiaçı QSC) İdarə Heyətinin 09 iyul 2021-ci il tarixli, 04 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Salyan filialı ilə Cavabdeh arasında 09 iyun 2021-ci il tarixli 70 saylı və 71 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi”(Restrukturizasiya müqaviləsi) bağlanmışdır. 09 iyun 2021-ci il 70 saylı müqaviləyə əsasən Cavabdeh 7400 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. 09 iyun 2021-ci il 71 saylı müqaviləyə əsasən Cavabdeh 4615,64 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh ilə bağlanmış Restrukturizasiya müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Salyan filialı ilə Cavabdeh arasında 10 iyun 2021-ci il tarixli RM-01- 2021 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh ilə bağlanmış 09 iyun 2020-ci il tarixli 70 və 71 nömrəli Restrukturizasiya müqavilələrinin təminatı olaraq ona məxsus Biləsuvar rayonu, Əsgərabad kəndində 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68,6 kv.m yaşayış, 39 kv.m köməkçi sahədən ibarət ümumi sahəsi 107,6 kv.m olan fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlə bağlanmış 10 iyun 2021-ci il tarixli ipoteka müqaviləsinin 3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri İpoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 30.000 (otuz min) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh qrafıklərə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda ödəməməklə o, müqavilələrin şərtlərinə əməl etməmişdir. Borclu əsas və faiz borcundan ödəniş etməmişdir. Bununla da Cavabdeh 09 iyun 2021-ci il 70 saylı və 71 saylı Restrukturizasiya müqavilələrinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir.Cavabdehin İddiaçı QSC-yə olan 09 iyun 2021-ci il 70 saylı müqaviləyə əsasən əsas borcu 7400 manat, faiz borcu 128,62 manat, cəmi borcu 7528,62 (yeddi min beş yüz iyirmi səkkiz manat altmış iki qəpik) manat təşkil edir, 09 iyun 2021-ci il 71 saylı müqaviləyə əsasən isə əsas borcu 4500,58 manat, faiz borcu 72,34 manat, cəmi borcu 4572,92 (dörd min beş yüz yetmiş iki manat, doxsan iki qəpik) manat təşkil edir. Beləliklə, hər iki müqavilə üzrə cəmi borc 12.101,54 manat təşkil etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubu və ipoteka bildirişi nəticəsiz qalmışdır. Sonda İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 09 iyun 2021-ci il tarixli 70 saylı müqavilədən görünür ki, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. İş materiallarına əlavə edilmiş 09 iyun 2021-ci il tarixli 71 saylı müqavilədən görünür ki, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. İş materiallarına əlavə edilmiş 10 iyun 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2021-ci il tarixli 70 saylı və 71 saylı «Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” üzrə cavabdehin öhdəliklərinin icrası üçün Cavabdeh məxsus Biləsuvar rayonu, Əsgərabad kəndində 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68,6 kv.m yaşayış, 39 kv.m köməkçi sahədən ibarət ümumi sahəsi 107,6 kv.m olan fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Məcəlləsinin MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı QSC BOKT, digər tərəfdən isə Cavabdeh olmaqla 09 iyun 2021-ci il tarixli 70 saylı və 09 iyun 2021-ci il tarixli 71 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 09 iyun 2021-ci il tarixli 70 saylı 71 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsinə əsasən kreditor İddiaçı QSC BOKT-dan müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminat üsulu kimi çıxış edən ipoteka müqaviləsi Azərbaycan Respublikası MM-in 307-ci maddəsinin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış və müqavilə ipoteka qoyanın iradə ifadəsinə zidd olmamış və onun tərəfindən imzlanmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 09 iyun 2021-ci il tarixli 70 saylı restrukturizasiya müqaviləsi üzrə 7400 manat əsas borcun, 128,62 manat faiz borcunun, cəmi 7528,62 manat (yeddi min beş yüz iyirmi səkkiz manat, altmış iki qəpik) borc məbləğinin və 09 iyun 2021-ci il tarixli 71 saylı restrukturizasiya müqaviləsi üzrə 4500,58 manat əsas borcun, 72,34 manat faiz borcunun, cəmi 4572,92 manat (dörd min beş yüz yetmiş iki manat, doxsan iki qəpik) məbləğində borcunun yarandığı təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 09 iyun 2021-ci il tarixli 70 saylı restrukturizasiya müqaviləsi üzrə 7400 manat əsas borc, 128,62 manat faiz borcu, cəmi 7528,62 manat (yeddi min beş yüz iyirmi səkkiz manat, altmış iki qəpik) borc məbləği və 09 iyun 2021-ci il tarixli 71 saylı restrukturizasiya müqaviləsi üzrə 4500,58 manat əsas borc, 72,34 manat faiz borcu, cəmi 4572,92 manat (dörd min beş yüz yetmiş iki manat, doxsan iki qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilməli, tutma Cavabdeh məxsus olan Biləsuvar rayonu, Əsgərabad kəndində 0,09 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68,6 kv.m yaşayış, 39 kv.m köməkçi sahədən ibarət ümumi sahəsi 107,6 kv.m olan fərdi yaşayış evinə yönəldilməklə açıq hərraca çıxaırılmaqla satılmalı, əldə edilmiş vəsait hesabına cəmi 12101,54 manat borc və 126,3 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 (yüz iyirmi altı) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 09 iyun 2021-ci il tarixli 70 saylı restrukturizasiya müqaviləsi üzrə 7400 manat əsas borc, 128,62 manat faiz borcu, cəmi 7528,62 manat (yeddi min beş yüz iyirmi səkkiz manat, altmış iki qəpik) borc və 09 iyun 2021-ci il tarixli 71 saylı restrukturizasiya müqaviləsi üzrə 4500,58 manat əsas borc, 72,34 manat faiz borcu, cəmi 4572,92 manat (dörd min beş yüz yetmiş iki manat, doxsan iki qəpik) borc və 126 (yüz iyirmi altı) manat 70 (yetmiş) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Tutma Cavabdeh məxsus olan Biləsuvar rayonu, Əsgərabad kəndində 0,09 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68,6 kv.m yaşayış, 39 kv.m köməkçi sahədən ibarət ümumi sahəsi 107,6 kv.m olan fərdi yaşayış evinə yönəldilməklə açıq hərraca çıxarılmaqla satılsın, əldə edilmiş vəsait hesabına cəmi 12101,54 manat borc və 126,3 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən olunsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar