Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-497/2024 11.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh cinayət nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 2500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 fevral 2023-cü il tarixdə idarə etdiyi «E-302» markalı 52t-333 dövlət qeydiyyat nişanlı ot biçən kambaynla «Yol hərəkəti haqqında» Qanunun tələblərini pozmaqla avtoqəza hadisəsi törətmiş və nəticədə ona sağ bazu sümüyünün orta üçdə bir qapalı qəlpəli yerdəyişmiş sınığı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurulmasına səbəb olan xəsarət yetirmişdir. Hadisədən sonra sağ əli demək olar ki, işləmir. Ailəsinin yeganə qazanc gətirəni olmaqla işləyə bilmir. Artıq 1 ildir ki, xəstəxanalarda müalicə alır. Lakin təqsirləndirilən şəxs bir dəfə də olsun ona nə mənəvi və nə də maddi yardım göstərməmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(022)-124/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2(iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-86/2024 saylı qərarından görünür ki, Biləsuvar rayon məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(022)-124/2023 saylı hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar rayon məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(022)-124/2023 saylı hökmü, həmin hökmdən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı zərərin əvəzi olaraq 2500 manat pul vəsaitin alınıb ona verilməsi tələbi ilə bağlı cavabdehlə razılığa gəldiklərini, cavabdeh tərəfindən vurulmuş zərərin ona tam olaraq ödənildiyinə görə iddiadan imtina etdiyini, ona görə də iddia tələbindən imtina barədə ərizəsinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Belə olan halda məhkəmə hesab edirki, iddiaçı iddiadan imtina etdiyinə və bu imtina məhkəmə tərəfindən qəbul olunduğuna görə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(022)-497/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-497/2024
11.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver