Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-499/2024 07.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Fərqani oğlunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Fərqani oğluna qarşı müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Fərqani oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(022)-189/2022 saylı qətnaməsinin dəyişdirlərək, 18 oktyabr 2013-cü il tarixdə doğulmuş X10 və 16 iyul 2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər biri üçün sabit pul məbləğində 250 manat, cəmi 500 manat alimentin və mediyasiya şurasına ödənəlmiş 55 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(022)-189/2022 saylı qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Cavabdeh Fərqani oğlundan 18 oktyabr 2013-cü il tarixdə doğulmuş X10 və 16 iyul 2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər biri üçün sabit pul məbləğində 120 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh Fərqani oğlu fərdi əməklə məşqul olur və yüksək gəlir əldə edir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay uşağa görə 120 manat aliment pulu ilə uşaqlarını saxlaya bilmir. Hazırkı iddia tələbi ilə bağlı ilkin olaraq Mediyasiya Şurasına müraciət etmiş, lakin cavabdeh təyin edilmiş ilkin mediyasiya sessiyasında iştirak etməmişdir. Odur ki, onun ailə vəziyyətini və yaşayış şəraitini nəzərə alaraq azyaşlı uşaqlarının saxlanılmasından ötrü Cavabdeh tutulacaq almientin miqdarını dəyişərək, 18 oktyabr 2013-cü il tarixdə doğulmuş X10 və 16 iyul 2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 250 manat, cəmi 500 manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Fərqani oğlunun nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədiyini, iddiaçının tələb etdiyi alimenti ödəyə bilməyəcəyini bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 yanvar 2024-cü il tarixli № 05/Q-28/69 saylı doğum haqqında arayışdan görünür ki, X11 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh Fərqani oğlu, ana adı qrafasında X5 yazılmışdır. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli № 05/Q-27/69 saylı doğum haqqında arayışdan görünür ki, X10 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh Fərqani oğlu, ana adı qrafasında X5 yazılmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(022)-189/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh Fərqani oğlu və X5 arasında 16 dekabr 2013-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Nərimankənd İƏDN-də 38 nömrə ilə qeydə alınmış nikah pozulmuş,xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 anaları X2 yanında qalmaları müəyyən edilmiş, Cavabdeh Fərqani oğlundan xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb X3 verilməsi və alimentin tutulması X9 aid hissədə 17 iyun 2022-ci il tarixdən, X8 aid hissədə isə X6 atası Cavabdeh Fərqani oğlundan alınıb anası X3 verildiyi tarixdən hesablanması, alimentin tutulmasının yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00319 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının iştirak etmiş və 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Lakin Cavabdeh Fərqani oğlu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq gəlməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimunun səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(022)-189/2022 saylı qətnaməsi ilə Cavabdeh Fərqani oğlundan xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Fərqani oğlundan hər ay hər uşağa görə 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(022)-189/2022 saylı qətnaməsi ilə Cavabdeh Fərqani oğlundan xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 manat miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Fərqani oğlundan hər ay hər uşağa görə 140 (yüz qırx) manat olmaqla, cəmi ayda 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-499/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-499/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver