Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-503/2025 10.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Biləsuvar filialına qarşı kredit müqaviləsi əsasında cərimə və faizin dayandırılması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Biləsuvar filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla "xxxx" ASC-nın Biləsuvar filialı arasında xx.xx.2023-cü ildə bağlanmış BPM **********63 saylı kredit müqaviləsinə əsasən hesablanmış cərmə və faizin dayandırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlərdən biri olan "xxxx" ASC Biləsuvar filalı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış BPM **********63 saylı kredit müqavilələrinə əsasən illik 21 faiz olmaqla 48 ay müddətinə 6000 manat məbləğində kredit götürmüşdür.O, əmək müqaviləsinə əsasən X1 Məsuliyyətli Cəmiyyətində qablaşdırma bölməsində «yardımçı fəhlə kimi işləmiş, bu ərəfələrdə yuxarıda göstərdiyi bankdan kredit götürmüşdür. Normal qaydada krediti ödəmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün onun əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də onun kredit borcunun cədvəl üzrə ödənişində gecikmələr və ödənişlərin ödənilməsində problemləri yaranmışdır.O, işdən azad olana qədər hər ay 185 manat olmaqla 2 ay 185 manat ödənişi olmuşdur, cəmi 390 manat bundan sonra 14 ay hər ay 200 manat olmaqla cəmi 2800 manat ödəniş etmişdir,ümumilikdə o, banka 3190 manat kredit ödəmişdir, qalıq borcu isə 2810 manat qalmışdır.Bu müqaviləsi üzrə bu günədək ödənişləri əmək haqqı kartından aparmışdır.O, işdən çıxandan sonra ödənişləri normal apara bilmədiyi üçün rəsmi qaydada banka müraciət etmişdir ki, faizlər dondurulsun ki, əsas borcun ödənişini etsin. Onun məktubuna cavab olaraq özlərinə sərfedici qaydada cavablandırmışlar.Təbii olaraq bank olaraq öz mənafelərinə görə o borcu ödəmədiyi üçün faizləri son həddə çatdırdıqdan sonra onu məhkəməyə vermək istəyilər. Bu da ona qarşı ədələtsizlikdər.Müqavilədə nəzərdə tutulmuş şərtlər iradəsinə zidd olaraq, məlumatına baxmayaraq hər ay üçün faizin hesablanması əsassızdır.Müqavilə şərtlərinin kobud şəkildə və bankın istədiyi şəkildə birtərəfli qərar qəbul etməklə diqtə etməsi yolverilməzdir. O, hal-hazırda işsizdir və xəstəlikləri də vardır.Buna baxmayaraq hər ay banka məlumat versə də pozuntunu hər ay davam etdirməklə faiz hesablayırlar. Azərbaycan Respublikası MM-nin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdir ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Yuxarıda qeyd olunan maddi hüquq normlarının tələblərindən görünür ki, hüquqi şəxs "xxxx" ASC olduğundan, "xxxx" ASC-nin Biləsuvar filialı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, yaxud müqavilə tələbləri ilə bağlı əmələ gələn ifxtilaflarla bağlı məhkəmədə iddiaya cavab verməli olan şəxs hesab edilə bilməz. Ona görə də İddiaçı cavabdeh "xxxx" ASC-nin Biləsuvar filialına qarşı qarşı kredit müqaviləsi əsasında cərimə və faizin dayandırılması tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Biləsuvar filialına qarşı kredit müqaviləsi əsasında cərimə və faizin dayandırılması tələbinə dair iddia ərizəsi ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(022)-503/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-503/2025
10.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver