Məhkəmə qərarları › İş №2(022)-509/2024

Biləsuvar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(022)-509/2024

21.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-509/2024 21.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı İMEİL kodu **********92750 olan Samsunq A127 (A12) 32 markalı telefon üçün 286 (iki yüz səksən altı) manat, xx.xx.2022-ci il tarixli malın nisyə alqı- satqısına dair müqavilə üzrə İMEİL kodu **********97377 olan Samsunq A525 (A52) 128 markalı telefon üçün 520 (beş yüz iyirmi) manat, 25 aprel 2022-ci il tarixli malın nisyə alqı- satqısına dair müqavilə üzrə İMEİL kodu **********85127 olan Samsunq A525 (A52) 128 markalı telefon üçün 480 (dörd yüz səksən) manat, 12 iyun 2022-ci il tarixli malın nisyə alqı- satqısına dair müqavilə üzrə İMEİL kodu **********74962 olan Samsunq A536 (A53) 128 markalı telefon üçün 945 (doqquz yüz qırx beş) manat, 10 iyul 2022-ci il tarixli malın nisyə alqı- satqısına dair müqavilə üzrə İMEİL kodu **********90413 olan Samsunq A525 (A52) 128 markalı telefon üçün 800 (səkkiz yüz) manat, 12 avqust 2022-ci il tarixli malın nisyə alqı- satqısına dair müqavilə üzrə İMEİL kodu **********95973 olan Samsunq A536 (A53) 128 markalı telefon üçün 1050 (min əlli) manat və 12 avqust 2022-ci il tarixli malın nisyə alqı-satqısına dair müqavilə üzrə İMEİL kodu **********83522 və **********83529 olan Samsunq A536 (A53) 128 markalı telefon üçün 1050 (min əlli) manat, yeddi müqavilə üzrə cəmi 5131 (beş min yüz otuz bir) manat əsas borcun və dövlət rüsumuna görə ödödiyi 71 manat 31 qəpik məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, o, əsasən mobil telefon və s. satışı ilə məşğuldur. 2022-ci ilin aprel ayının 13-də cavabdeh onunla malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla ondan 39 manat dəyərində (faizi ilə birlikdə 480 manat) İMEİL kodu **********92750 olan Şamsun A127 (A12)32 markalı telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasə cavabdeh ilkin ödəniş kimi 50 manat ödəmiş və qalan pulu hər ay 36 manat ödəmək şərti ilə 1 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra cəmi dörd ay ödəniş etmiş, qalan borcunu ödəməmişdir.Həmçinin cavabdeh xx.xx.2022-ci il tarixdə onunla malın nisyə alqısatqısına dair müqavilə bağlamaqla ondan 799 manat dəyərində (faizi ilə birlikdə 900 manat) İMEİL kodu **********97377 olan Samsunq A525 (A52) 128 markalı telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin ödəniş kimi 100 manat ödəmiş və qalan pulu hər ay 80 manat ödəmək şərti ilə 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişdən sonra cəmi dörd ay ödəniş etmiş, qalan borcunu ödəməmişdir.Cavabdeh 25 aprel 2022-ci il tarixdə onunla malın nisyı alqısatqısına dair müqavilə bağlamaqla ondan 799 manat dəyərində (faizi ilə birlikdə 900 manat) İMEİL kodu **********85127 olan Samsunq A525 (A52) 128 markalı telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin ödəniş kimi 100 mana ödəmiş və qalan pulu hər ay 80 manat ödəmək şərti ilə 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra cəmi dörd ay ödəniş etmiş, qalan borcunu ödəməmişdir.Cavabdeh 12 iyun 2022-ci il tarixdə onunla malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla ondan 1049 manat dəyərində (faizi ilə birlikdə 1150 manat) İMEİİ kodu **********74962 olan Samsunq Ä536 (A53) 128 markalı telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin ödəniş kimi 100 manat ödəmiş və qalan pulu hər ay 105 manat ödəmək şərti ilə 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra cəmi bir ay ödəniş etmiş, qalan borcunu ödəməmişdir. 2022-ci ilin iyul ayının 10-da cavabdeh onunla malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla ondan 759 manat dəyərində (faizi ilə birlikdə 900 manat) İMEİL kodı **********90413 olan Samsunq A525 (A52) 128 markalı telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin ödəniş kimi 100 manat ödəmiş və qalan pulu hər ay 80 manat ödəmək şərti ilə 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra ümumiyyətlə ödəniş etməmişdir. 2022-ci ilin avqust ayının 12-də cavabdeh onunla malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla ondan 1049 manat dəyərində (faizi ilə birlikdə 1150 manat) İMEİL kodu **********95973 olan Samsung A536 (A53) 128 markalı telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin ödəniş kimi 100 manat ödəmiş və qalan pulu hər ay 105 manat ödəmək şərti ilə 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra ümumiyyətlə ödəniş etməmişdir. 2022-ci ilin avqust ayının 12-də cavabdeh onunla malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla ondan 1049 manat dəyərində (faizi ilə birlikdə 1150 manat) İMEİL kodu **********83522 və **********83529 olan Samsunq A536 (A53) 128 markalı telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin ödəniş kimi 100 manat ödəmiş və qalan pulu hər ay 105 manat ödəmək şərti ilə 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra ümumiyyətlə götürdüyü maların pulunu ödəməmişdir.Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də pulu ödəməmişdir. Hazırda cavabdehin ona yeddi müqavilə üzrə cəmi (286+520+480+945+800+1050+1050) 5131 manat borcu qalmışdır. Odur ki, yeddi müqavilə üzrə cəmi 5131 (beş min yüz otuz bir) manat əsas borcun və dövlət rüsumuna görə ödədiyi 71 manat 31 qəpik məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Biləsuvar RİHB-nın Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 aprel 2024-cü il tarixli 5-39-18/2-507/2024 saylı məktubuna əsasən Cavabdeh hal-hazırda Biləsuvar rayonu Əsgərabad kəndi ərazisində olmadığına görə məhkəmə bildirişi ona təqdim edilə bilməmiş, lakin Cavabdeh məxsus ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış və məhkəmə bildirişindəki məlumatlar barədə ona bildirilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclas zalında ərizə ilə müraciət edərək Cavabdeh iştirakı olmadan işə baxılmasını və qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Feyziyev X1 şəhəri Puşkin küçəsi ev 36-da qeydiyyatdadır. İş materiakllarında olan Biləsuvar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-39.1/2-854/2024 saylı arayışından görünür ki, Feyziyev X1 şəhəri İ.Qayıbov küçəsində yaşayır. İş materiallarında olan tərəflər araslnda bağlanmış müqavilədən görünür ki, tərəflər arasında 10 ay müddətinə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan nisiyə götürdüyü faizi ilə birlikdə 1150 manat dəyərində Samsung A536 (A53) 128 markalı mobil telefonu hər ay 105 manat ödəməyə öhdəlik götürmüşdür. İş materiallarında olan tərəflər araslnda bağlanmış müqavilədən görünür ki, tərəflər arasında 10 ay müddətinə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan nisiyə götürdüyü faizi ilə birlikdə 1150 manat dəyərində Samsung A536 (A53) 128 markalı mobil telefonu hər ay 105 manat ödəməyə öhdəlik götürmüşdür. İş materiallarında olan tərəflər araslnda bağlanmış müqavilədən görünür ki, tərəflər arasında 10 ay müddətinə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan nisiyə götürdüyü faizi ilə birlikdə 900 manat dəyərində Samsunq A525 (A52) 128 markalı mobil telefonu hər ay 80 manat ödəməyə öhdəlik götürmüşdür. İş materiallarında olan tərəflər araslnda bağlanmış müqavilədən görünür ki, tərəflər arasında 10 ay müddətinə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan nisiyə götürdüyü faizi ilə birlikdə 1150 manat dəyərində Samsunq A536 (A53) 128 markalı mobil telefonu hər ay 105 manat ödəməyə öhdəlik götürmüşdür. İş materiallarında olan tərəflər araslnda bağlanmış müqavilədən görünür ki, tərəflər arasında 10 ay müddətinə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan nisiyə götürdüyü faizi ilə birlikdə 900 manat dəyərində Samsunq A525 (A52) 128 markalı mobil telefonu hər ay 80 manat ödəməyə öhdəlik götürmüşdür. İş materiallarında olan tərəflər araslnda bağlanmış müqavilədən görünür ki, tərəflər arasında 10 ay müddətinə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan nisiyə götürdüyü faizi ilə birlikdə 900 manat dəyərində Samsunq A525 (A52) 128 markalı mobil telefonu hər ay 80 manat ödəməyə öhdəlik götürmüşdür. İş materiallarında olan tərəflər araslnda bağlanmış müqavilədən görünür ki, tərəflər arasında 12 ay müddətinə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan nisiyə götürdüyü faizi ilə birlikdə 480 manat dəyərində Samsunq A127 (A12) 32 markalı mobil telefonu hər ay 36 manat ödəməyə öhdəlik götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı cəmi 5131 (beş min yüz otuz bir) manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 5131 (beş min yüz otuz bir) pul vəsaiti tutulmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71.31 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 13 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı İMEİL kodu **********92750 olan Samsunq A127 (A12) 32 markalı telefon üçün 286 (iki yüz səksən altı) manat, xx.xx.2022-ci il tarixli malın nisyə alqı- satqısına dair müqavilə üzrə İMEİL kodu **********97377 olan Samsunq A525 (A52) 128 markalı telefon üçün 520 (beş yüz iyirmi) manat, 25 aprel 2022-ci il tarixli malın nisyə alqı- satqısına dair müqavilə üzrə İMEİL kodu **********85127 olan Samsunq A525 (A52) 128 markalı telefon üçün 480 (dörd yüz səksən) manat, 12 iyun 2022-ci il tarixli malın nisyə alqı- satqısına dair müqavilə üzrə İMEİL kodu **********74962 olan Samsunq A536 (A53) 128 markalı telefon üçün 945 (doqquz yüz qırx beş) manat, 10 iyul 2022-ci il tarixli malın nisyə alqı- satqısına dair müqavilə üzrə İMEİL kodu **********90413 olan Samsunq A525 (A52) 128 markalı telefon üçün 800 (səkkiz yüz) manat, 12 avqust 2022-ci il tarixli malın nisyə alqı-satqısına dair müqavilə üzrə İMEİL kodu **********95973 olan Samsunq A536 (A53) 128 markalı telefon üçün 1050 (min əlli) manat və 12 avqust 2022-ci il tarixli malın nisyə alqı- satqısına dair müqavilə üzrə İMEİL kodu **********83522 və **********83529 olan Samsunq A536 (A53) 128 markalı telefon üçün 1050 (min əlli) manat, cəmi 5131 (beş min yüz otuz bir) manat və dövlət rüsumuna görə ödənilmiş 71 (yetmiş bir) manat 31 (otuz bir) qəpik pul vəsaiti tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qətnamənin ləğvi üçün Biləsuvar Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar