Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-511/2023 02.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı X3 Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı-yə olan 703 (yeddi yüz üç) manat 04 (sıfır dörd) qəpik əsas borcun və həmin tarixədək güzəştlə hesablanmış 347 (üç yüz qırx yeddi) manat 87 (səksən yeddi) qəpik dəbbə pulunun, cəmi 1050 (min əlli) manat 91 (doxsan bir) qəpik borcun və dövlət rüsumuna görə ödənilmiş 33 (otuz üç) manat məbləğdə pul vəsaitinin cavabdehdən alınıb İddiaçı-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 məhkəmə iclasında göstərmişdir ki, cavabdeh Babayev X1 MMC ilə 29 may 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, ümumi satış qiyməti 945 manat təşkil edən SHİVAKİ 109 markalı televizoru ilkin ödəniş 100 manat olmaqla, 12 ay müddətinə, hər ayın 29-da 70.42 manat ödəmək şərti ilə nisyə almışdır. Cavabdeh ilk aylar aldığı məişət avadanlıqlarının pulundan cəmi 142 manat ödədikdən sonra ödənişi dayandırmış, qalan 803 manat borcunu ödəməmişdir.Cavabdehə borcunu ödəməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ödənişdən qəsdən yayınmışdır.Cavabdeh 02 fevral 2023-cü il tarixə 703.04 manat əsas borcu və həmin tarixədək güzəştlə hesablanmış 347.87 manat dəbbə pulu borcu, ümumilikdə cəmi 1050.91 manat təşkil edir.Odur ki, Cavabdeh İddiaçı-yə olan 703 (yeddi yüz üç) manat 04 (sıfır dörd) qəpik əsas borcun və həmin tarixədək güzəştlə hesablanmış 347 (üç yüz qırx yeddi) manat 87 (səksən yeddi) qəpik dəbbə pulunun, cəmi 1050 (min əlli) manat 91 (doxsan bir) qəpik borcun və dövlət rüsumuna görə ödənilmiş 33 (otuz üç) manat məbləğdə pul vəsaitinin cavabdehdən alınıb İddiaçı-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən, yəni əsas borc hissəsində qəbul edərək, iddiaçıya 703.04 manat borcunun olduğunu etiraf etmiş, dəbbə pulunun isə azaldılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X5 ilə Cavabdeh arasında bağlanmış 29 may 2022ci il tarixli 075/0/22 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 945.04 manata SHİVAKİ televizoru ilkin ödəniş 100 manat, qalan 845.04 manat məbləği 12 ay müddətinə hər ay 70.42 manat ödəmək şərtilə X2 almışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh X4 əsas borc qismində cəmi 703.04 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 347.87 manat məbləğdə dəbbə borcunun 34 (otuz dörd) manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı X3 xeyrinə əsas borc qismində 703.04 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 34 manat olmaqla, cəmi 737.04 manat məbləğdə pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MM-in 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. MM-in 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh 29 may 2022-ci il tarixli 075/0/22 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə müqavilə üzrə əsas borc qismində 703 (yeddi yüz üç) manat 04 (sıfır dörd) qəpik, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 34 (otuz dörd) manat olmaqla, cəmi 737 (yeddi yüz otuz yeddi) manat 04 (sıfır dörd) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 08 (səkkiz) manatı iddiaçıya aid edilməli, dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc qismində 703 (yeddi yüz üç) manat 04 (sıfır dörd) qəpik, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 34 (otuz dörd) manat olmaqla, cəmi 737 (yeddi yüz otuz yeddi) manat 04 (sıfır dörd) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğlərdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-511/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-511/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver