Məhkəmə qərarları › İş №2(022)-512/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-512/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-512/2023 02.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı X4 Cavabdeh iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh və X5 qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X9 Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 İddiaçı-yə olan 1696 (min altı yüz doxsan altı) manat 04 (sıfır dörd) qəpik əsas borcun və həmin tarixədək güzəştlə hesablanmış 788 (yeddi yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik dəbbə pulunun, cəmi 2484 (iki min dörd yüz səksən dprd) manat 24 (iyirmi dörd) qəpik borcun və dövlət rüsumuna görə ödənilmiş 45 (qırx beş) manat məbləğdə pul vəsaitinin cavabdehlərdən alınıb İddiaçı-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X9 məhkəmə iclasında göstərmişdir ki, cavabdeh Məmmədov X8 MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq, ümumi satış qiyməti 2117.04 manat təşkil edən SHİVAKİ 109 markalı televizoru və SHİVAKİ 18000 markalı kondisioneri 12 ay müddətinə, hər ayın 26-da 176.42 manat ödəmək şərti ilə nisyə almışdır. X1 ilə də alınmış malların təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır.Cavabdeh ilk aylar aldığı məişət avadanlıqlarının pulundan cəmi 521 manat ödədikdən sonra ödənişi dayandırmış, qalan 1596.04 manat borcunu ödəməmişdir.Cavabdehə borcunu ödəməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ödənişdən qəsdən yayınmışdır. Cavabdeh 07 fevral 2023-cü il tarixə 1696.04 manat əsas borcu və həmin tarixədək güzəştlə hesablanmış 788.24 manat dəbbə pulu borcu, ümumilikdə cəmi borcu 2484.28 manat təşkil edir. Odur ki, cavabdehlər Cavabdeh və X2 İddiaçı-yə olan 1696 (min altı yüz doxsan altı) manat 04 (sıfır dörd) qəpik əsas borcun və həmin tarixədək güzəştlə hesablanmış 788 (yeddi yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik dəbbə pulunun, cəmi 2484 (iki min dörd yüz səksən dörd) manat 24 (iyirmi dörd) qəpik borcun və dövlət rüsumuna görə ödənilmiş 45 (qırx beş) manat məbləğdə pul vəsaitinin cavabdehlərdən alınıb İddiaçı-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən, yəni əsas borc hissəsində qəbul edərək, iddiaçıya 1696.04 manat borcunun olduğunu etiraf etmiş, dəbbə pulunun isə azaldılmasını xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X9 ilə Cavabdeh arasında bağlanmış 27 iyun 2022ci il tarixli 112/0/22 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 1472 manata SHİVAKİ kandisionerini ilkin ödəniş 200 manat, qalan 1272 manat məbləği 12 ay müddətinə hər ay 106 manat ödəmək şərtilə X3 almışdır. İş materiallarında olan X9 ilə Cavabdeh arasında bağlanmış 26 may 2022-ci il tarixli 069/0/22 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 945.04 manata SHİVAKİ televizoru ilkin ödəniş 100 manat, qalan 845.04 manat məbləği 12 ay müddətinə hər ay 70.42 manat ödəmək şərtilə X3 almışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh X6 əsas borc qismində cəmi 1696.04 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq təşkil edən 788.24 manat məbləğdə dəbbə borcunun 78 (yetmiş səkkiz) manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı X4 xeyrinə əsas borc qismində 1696.04 manat, gecikdirilmiş müddət üzrə dəbbə borclarına görə 78 manat olmaqla, cəmi 1774.04 manat məbləğdə pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MM-in 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. MM-in 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarında olan 26 may 2022-ci il tarixli 069/0/22 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən X7 ilə 26 may 2022-ci il tarixli 069/0/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 26 may 2022-ci il tarixli 069/0/22 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə müqavilə üzrə əsas borc qismində 1696 (min altı yüz doxsan altı) manat 04 (sıfır dörd) qəpik, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 78 (yetmiş səkkiz) manat olmaqla, cəmi 1774 (min yeddi yüz yetmiş dörd) manat 04 (sıfır dörd) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilməli, dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 35 (otuz beş) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc qismində 1696 (min altı yüz doxsan altı) manat 04 (sıfır dörd) qəpik, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 78 (yetmiş səkkiz) manat olmaqla, cəmi 1774 (min yeddi yüz yetmiş dörd) manat 04 (sıfır dörd) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 35 (otuz beş) manat pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar