Məhkəmə qərarları › İş №2(022)-514/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-514/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-514/2023 04.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit, faiz və cərimə borcunun tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixə kredit təşkilatına 1740 manat kredit, 304.50 manat faiz, 305.3 manat cərimə, cəmi 2349.80 manat borcu və 44 manat dövlət rüsumunun X2 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin idarə heyətinə müraciət edərək ona 17 ay müddətinə 1740 manat məbləğində istehlak krediti verilməsini xahiş etmişdir. Cavabdeh kredit götürmək üçün 24 iyun 2022-ci il tarixli pensiya alması barədə elektron sistem qaydasında arayışını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Beləliklə, lazımi sənədlər tam təqdim edildikdən sonra kredit ittifaqı onun xahişini nəzərə alaraq 1740 manat məbləğində kredit vermişdir. Təsdiq edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh hər ayın 11-də 126.89 manat ödəniş aparmalı idi. Cavabdeh krediti götürdüyü müddətdən heç bir ödəniş etməmiş, kredit təşkilatı qarşısında götürdüyü öhdəçiliyi dəfələrlə pozmuşdur. Bu günə kimi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh kredit təşkilatı qarşısında olan kredit və faiz borclarını ödəməmişdir. Sonda iddiaçının nümayəndəsi X3 xx.xx.2023cü il tarixə kredit təşkilatına 1740 manat kredit, 304.50 manat faiz, 305.3 manat cərimə, cəmi 2349.80 manat borcu və 44 manat dövlət rüsumunun X2 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, cərimə borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 iyun 2022-ci il tarixli 46 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə 17 ay müddətinə illik 30% dərəcəsi ilə 1740 manat məbləğdə kredit vermişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 30 iyun 2022-ci il tarixli 46 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hazırkı müqavilə üzrə iddiaçıya müqavilə müddəti bitdiyi tarixə - xx.xx.2023cü il tarixə kredit təşkilatına 1740 manat kredit, 304.50 manat faiz, 305.3 manat cərimə, cəmi 2349.80 manat məbləğdə borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 305.30 manat məbləğdə dəbbə borcunun 30 (otuz) manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla da, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, 30 iyun 2022-ci il tarixli 46 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 1740 (min yeddi yüz qırx) manat ƏSAS kredit borcu, 304 (üç yüz dörd) manat 50 (əlli) qəpik faiz, 30 (otuz) manat cərimə, cəmi 2074 (iki min yetmiş dörd) manat 50 (əlli) qəpik məbləğdə pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 10 manat məbləğdə hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin qalan hissəsinin əvəzi qismində 34 manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 1740 (min yeddi yüz qırx) manat əsas kredit borcu, 304 (üç yüz dörd) manat 50 (əlli) qəpik faiz, 30 (otuz) manat cərimə, cəmi 2074 (iki min yetmiş dörd) manat 50 (əlli) qəpik məbləğdə və ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 34 (otuz dörd) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mİrzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar