Məhkəmə qərarları › İş №2(022)-517/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-517/2024

14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-517/2024 14.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-dən 6022.97 manat, borca əlavə olaraq hər il üçün 5% inflyasiya, yəni 8131.00 (səkkiz min bir yüz otuz bir) manat əlavə олмагла, birlikdə 14153.97 ( on dörd min bir yüz əlli üç manat doxsan yeddi qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1996-ci ildən onun təsərrüfatına "X4” 30 114 869.00 (otuz milyon bir yüz on dörd min səkkiz yüz altmış doqquz) manat, 2006-cı il denominasiyası üzrə 6022.97 (altı min iyirmi iki manat doxsan yeddi qəpik) borcludur. 1998-ci ildə o, yenə pambıq əkmək üçün müəsissədən borc alaraq pambıq əkmişdir. Su olmadığından məhsul zəif olмушдур. O, indiki kursla 2164.00 (iki min bir yüz altmış dörd manat 0 qəpik) müəsissəyə borclu qalmışdır. Zavod bu borcunu ona borclu olduğu məbləğdən çıxaraq ona akt vermişdir. Bu akta əsasən müəssisə ona 3858.97 (üç min səkkiz yüz əlli səkkiz manat) məbləğində borclu olduğunu göstərirdi. MKT İstehsalat Kommersiya MMC ондан 2006-cı il 15 fevral tarixində Biləsuvar rayon məhkəməsinдə 2164.00 manat pulu tələbи иля иддиа галдырмышыдыр. Məhkəmə ondan 2164.00 manat alınıb MKT İstehsalat Kommersiya MMC-yə verilməsi barədə qərar çıxarмышдыр. Bu qərar ədalətsiz idi. O, üzləşmə aktına əsasən bu borcu müəssisənin ona olan borcundan çıxılmasını bildirмишдир. Ancaq bununla razılaşmaмышлар. Onun bu pulu ödəməyə imkanı yox idi. O, 2008-çi ildə 6022.97 manat pul tələbi ilə Şirvan şəhər Иqtisadi Məhkəməsinə müraciət etsə də, məщkəmə qərar çıxarмышдыр ki, guya onun iddia müddəti bitib. İddia müddətinin 3 il olduğunu deмишляр. Sual yaranır ki, əgər onun iddia müddəti bitibsə, bəs müəssisənin iddia müddəti niyə bitməyib? Şübhəsiz bu qərarın qəbul edilməsində MKT İstehsalat Kommersiya MMC və müəsissə rəhbəri Qularnhüseyn Əliyev öz imkanlarından istifadə etmişdir. MKT İstehsalat Kommersiya MMC 09 aprel 2008-ci ildə Biləsuvar rayon məhkəməsinə ondan şikayət eтмишдир. Guya onun imkanı ola- ola bu borcu ödəməkdən imtina etmişdir. Onların məqsədi o idi ki, o, müəssisənin ona olan 6022.97 manat borcundan imtina etsin. Ona məhkəmədən Qularnhüseyn Əliyevlə görüşüb razılaşmağı məsləhət görмцшляр. Onunla görüşdə ona təklif etмишдир ki, o, bu puldan imtina etsin. O, buna razı olmamışdır. Məhkəmə pulu ödəyə bilmədiyinə görə onu 196.1ъи maddəsi ilə təqsirli bilib l (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etмишдир. O, bir neçə il əvvəl pambıq əkərkən öz adına müqavilə bağlamamağını məsləhət görмцшляр. Çünki müəssisənin 2164.00 manat borcu tutacaqlarını deмишляр. Ona bu borca görə cinayət işi qaldırılıb, cəza verilмишдир. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşin müəyyən edilmiş hallarından görünür ki, həm İddiaçı (VÖEN: **********) və həm də cavabdeh "xxxx" ASC iş üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə ki, işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında portaldan çıxarışdan görünür ki, İddiaçı və cavabdeh "xxxx" ASC vergi ödəyiciləridir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-dən 6022.97 manat, borca əlavə olaraq hər il üçün 5% inflyasiya, yəni 8131.00 (səkkiz min bir yüz otuz bir) manat əlavə олмагла, birlikdə 14153.97( on dörd min bir yüz əlli üç manat doxsan yeddi qəpik) manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-dən 6022.97 manat пул, borca əlavə olaraq hər il üçün 5% inflyasiya мябляьи, ъями 8131.00 (səkkiz min bir yüz otuz bir) manat əlavə олмагла, birlikdə 14153.97( on dörd min bir yüz əlli üç manat doxsan yeddi qəpik) manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar