Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-535/2023 26.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli, 2(022)-1177/2014 saylı qətnaməsi ilə 29 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına kimi saxlanılması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə həmin uşağın saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 16 mart 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli, 2(022)-1177/2014 saylı qətnaməsi ilə 29 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına kimi saxlanılması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə həmin uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və mediasiya şurasına ödənilmiş vəsaitin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq mərhələsində İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli, 2(022)-1177/2014 saylı qətnaməsi ilə 29 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə həmin uşağın saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında azaldılmış iddia tələbini müdafiə edərək, göstərdi ki, o və Cavabdeh 2011-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Onların faktiki nikahından 29 yanvar 2014-cü il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Bir müddət onlar birgə yaşasalar da, sonradan aralarında olan münasibət pisləşdiyindən ayrılmışlar. O, Biləsuvar Rayon Məhkəməsinə Cavabdeh S.İddiaçı atası olması faktının müəyyən edilməsi və sonuncudan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli, 2(022)- 1177/2014 saylı qətnaməsi ilə Cavabdeh S.İddiaçı atası olması müəyyən edilmiş və 26 sentyabr 2014-cü il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. 2014-cü ildən hazırki tarixə qədər uzun müddət keçmiş və sosial-iqtisadi vəziyyət əhəmiyyətli dərəcədə dəyişilmişdir. 2014-cü ildə hər uşağa görə yaşayış minimumu 103 manat təşkil etmiş olsa da, hal-hazırda bu miqdar artırılaraq 220 manat məbləğində müəyyənləşdirilmişdir. Bundan başqa, o, heç bir yerdə işləmir, sosial müavinət və ya təqaüd almır, buna görə də maddi vəziyyəti aşağıdır və nəinki uşağının zəruri ehtiyyaclarını qarşılamaqda, hətta kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Cavabdeh isə ona hər ay həmin 103 manat sabit pul məbləğində alimentdən başqa heç bir maddi yardım göstərmir. Buna görə də o, məhkəməyə 31 oktyabr 2014-cü il tarixli, 2(022)- 1177/2014 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması ilə bağlı müraciət etmişdir. Sonda, İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək və həmin ərizəsində azaldılmış iddia tələbini etiraf edərək, iddiaçı ilə birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün iddiaçıya hər ay 170 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli, 2(022)-1177/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı məhkəməyə Cavabdeh X2 atası olması faktının müəyyən edilməsi və cavabdehdən həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh S.İddiaçı atası olması faktı müəyyən edilmiş və 26 sentyabr 2014-cü il tarixdən başlayraq həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin cavabdehdən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsi qəbul edilməli və Biləsuvar Rayon Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli, 2(022)-1177/2014 saylı qətnaməsi ilə 29 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,49 misli miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia tam təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə münasib olaraq 40 (qırx) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli, 2(022)-1177/2014 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və 29 yanvar 2014-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,49 (sıfır tam yüzdə qırx doqquz) misli miqdarında, sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması X3 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-535/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-535/2023
26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver