Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-547/2023 27.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc qismində 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 17 mart 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı borc qismində 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.2.4-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə tələbin əsaslandığını təsdiq edən sənəd əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə borc sənədi qismində əlavə edilmiş yazılı qəbzin kim tərəfindən nə vaxt tərtib edildiyini müəyyən etmək mümkün olmadığına görə həmin qəbz verilmiş tələbi təsdiq edən sənəd hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Buna görə də, məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş borc sənədi qismində yazılı qəbzin kim tərəfindən nə vaxt tərtib edildiyini müəyyən etmək mümkün olmadığı üçün iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı borc qismində 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-547/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-547/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver