Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-557/2023 13.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Cavabdeh “Azəriqaz” istehsalat birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 13 yanvar 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, onun cərimə edilməsinə dair 13 yanvar 2023-cü il tarixli ******* saylı Aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək bildirmişdir ki, evinə qanunamüvafiq qaydada qaz çəkdirmiş və hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir.2023-cü ilin yanvar ayının 13-də qaz idarəsinin işçiləri gəlib evinə quraşdırılmış qaz xəttindəн qanunsuz istifadəni aşkar etmişlər. Buna görə də ******* saylı akt da tərtib edilmişdir. О, газ хяттиндян кянар хяттядн истифадя ется дя, бu yaxınlarda ona məlum olmuşdur ki, adı çəkilən akta görə o, 3900 manat cərimə edilmişdir.O, həmin cəriməni qanunsuz hesab edir. Yəni ona hesablanan zərər düzgün hesablanmamışdır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini гябул етмядийини билдирмишдир. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia гисмян təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bədinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ъи маддясиня ясасян мцлки щцгуглар щцгуга уйьун щяйата кечирилмялидир. Щцгугдан йалныз башгаларына зийан вурмаг мягсяди иля истифадя едилмяси йолверилмяздир. İş materiallarında olan “Azəriqaz” X2 X5 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 yanvar 2023-cü il tarixli ******* saylı Aktınа əsasən İddiaçıна məxsus sayğaca baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov X1 şəhəri, M.İbrahimov küçəsi dalan 2, ev 19-da qeydiyyatdadır. İş materiallarında olan “Azəriqaz” X2 X5 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 yanvar 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 0,6 m3/saat, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 365 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (39822m3) ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçıya məxsus fərdi evdə qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğiu aşkar edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 0,6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (0,6x24x365=5256, 0,8x24x74=1420, 1,4x24x74=2486, 3.5x24x365=30660,cəmi 39822m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Иш материаллары вя тяряфлярин изащатлары иля мцяййян олунур ки, абонентин газ ъищазларынын илин мювсцмцня эюря газ сярфиййаты нязяря алынмадан щесабат мцддяти 365 эцн гябул едилмякля сярфиййат мцяййян едилмишдир ки, бу да иддиачынын щцгугларынын позулмасына сябяб олмушдур. Buna görə də 13 yanvar 2023-cü il tarixli ******* saylı akta ясасян yazılmış zərərin məbləğinin 3900 manat deyil, qaz sayğacına nominal qaz sərfinin 0,6 x 24 x 180=2592, 0,8 x 24 x 74=1420, 1,4 x 24 x 74=2486, 3,5 x 24 x 180=15120 hesabat müddətinin 180 gün qəbul edilməklə hesabat aparılмалы və hesablanmış məbləğ (21618m3 x 0,12m3 =2594.16) 2594.16 манат мцяййян едилмялидир. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını вя ъавабдещин нцмайяндясини dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, иddiaçı İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 yanvar 2023-cü il tarixli № ******* nömrəli aktı дяйишдирилмякля İddiaçı тяряфиндян Azəriqaz Иstehsalat Бirliyinə dəymiş ziyan məbləği 2594,16 manat müəyyən edilмялидир. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 yanvar 2023-cü il tarixli № ******* nömrəli aktı дяйишдирилмякля İddiaçı тяряфиндян Azəriqaz Иstehsalat Бirliyinə dəymiş ziyan məbləği 2594,16 manat müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(022)-557/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-557/2023
13.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver