Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-561/2023 13.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh nisyə aldığı mallara görə borclu olduğu 1-ci müqavilə üzrə əsas borcuna görə 1260 manat, 2-ci müqavilə üzrə əsas borcuna görə 1075 manat, əsas borcuna görə hər iki müqavilə üzrə 2345 manat, gecikdirilmiş müddət üzrə dəbbə borclarına görə hər iki müqavilə üzrə qismən, yəni 500 manat olmaqla, cəmi 2845 manat pulumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, sahibkarlıq fəaliyyəti - əsasən məişət əşyalarının satışı ilə məşğul olur. 2021-ci ilin avqust ayının 23-də cavabdeh iddiaçı ilə malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla ondan 1500 manat dəyərində "Smart" markalı televizoru nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin olaraq 100 manat ödəmiş, qalan 1400 manatı 15 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh yalnız 2 ay cəmi 140 manat pul ödəmiş və 1260 manat borclu qalmışdır.Bundan başqa cavabdeh həmin ilin oktyabr ayının 03-də, yəni 2 ay sonra yenidən malın nisyə alınmasına dair müqavilə bağlamaqla iddiaçıdan 1125 manat dəyərində LG Markalı paltaryuyanı nisyə almışdır. Müqavilənin şərtinə görə ilkin olaraq 50 manat ödəmiş və 12 ay müddətində qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra ümumiyyətlə götürdüyü maların pulunu ödəməmişdir. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də pulu ödəməmişdir.Aralarında olan müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə iddiaçıya ödənilməyən məbləğin 0,1 dəbbə pulu ödəməli idi. Hazırda cavabdeh ilkin müqavilə üzrə 1 il 5 aydır ki, yəni 510 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1-ci müqavilə üzrə 1260 manat, 0,1 faizi 1 manat 26 qəpik edir. Hazırda onun ilkin müqavilə üzrə gecikdirməyə görə borcu 642 manat təşkil edir. Aralarında olan 2-ci müqavilə ilə bağlı cavabdeh hər gecikdirilən günə görə iddiaçıya ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh soyuducuya dair müqavilə üzrə 1 il 5 aydır ki, yəni 510 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1075 manat, 0,1 faizi 1 manat edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə borcu 510 manat təşkil edir. Hazırda cavabdehin iddiaçıya əsas borcuna görə birinci müqavilə üzrə 1260 manat, dəbbə borcuna görə 642 manat, 2-ci müqavilə üzrə əsas borca görə 1075 manat, dəbbə borcuna görə 510 manat, 2 müqavilə üzrə əsas borca görə 2345 manat, gecikdirməyə görə hər iki müqavilə üzrə borcu 1152 manat olsa da, qismən tələbinə əsasən 500 manat dəbbə borcu qalmışdır.Sonda nümayəndə X3 iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X2 rayonu Bəydili kəndi M.Fizuli küçəsi ev 60-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il 5028 nömrəli arayışa əsasən Əliyeva X2 şəhəri Sahil küçəsi ev 4A ünvanında yaşayır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 23 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 1500 manat olan Samsung Qled 48 Smart markalı televizoru 15 ay müddətinə hər ay 93 manat ödəmək şərtilə İddiaçı almışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 03 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 1125 manat olan LG F12JM7HDS3 markalı paltaryuyanı 12 ay müddətinə hər ay 89 manat ödəmək şərtilə İddiaçı almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, Cavabdeh 23 avqust 2021-ci il tarixli müqavilə üzrə 1500 manat olan Samsung Qled 48 Smart markalı televizoru 15 ay müddətinə hər ay 93 manat ödəmək şərtilə İddiaçı almışdır. İlkin olaraq 100 manat ödəniş etməklə, xx.xx.2021-ci il tarixdə 90 manat və xx.xx.2021-ci il tarixdə 50 manat ödəniş etmiş, cəmi 1260 manat ödənilməmişdir. Bundan əlavə, Cavabdeh 03 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləyə əsasən dəyəri 1125 manat olan LG F12JM7HDS3 markalı paltaryuyanı 12 ay müddətinə hər ay 89 manat ödəmək şərtilə İddiaçı almışdır. Həmin müqavilə üzrə ilkin ödəniş olaraq 50 manat ödəmiş, xx.xx.2021-ci il tarixdə 80 manat, xx.xx.2021-ci il tarixdə 75 manat, xx.xx.2022-ci il tarixdə 65 manat və xx.xx.2022-ci il tarixdə 89 manat ödənişlər etmiş, cəmi 766 manat ödənilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 23 avqust 2021-ci il tarixli alqı-satqı müqavilə üzrə 1260 (min iki yüz altmış) manat, 03 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləyə əsasən 766 (yeddi yüz altmış altı) manat, cəmi 2026 (iki min iyirmi altı) manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 40 manat məbləğlərdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 23 avqust 2021-ci il tarixli müqavilə üzrə əsas borc qismində 1260 (min iki yüz altmış) manat, 03 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 766 (yeddi yüz altmış altı) manat, cəmi 2026 (iki min iyirmi altı) manat və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 40 (qırx) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mİrzəyev
Məhkəmə qərarları › İş №2(022)-561/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-561/2023
13.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver