Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-57/2025 14.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində bildirir ki, Biləsuvar rayonu, Bəydili kəndində yaşayır. Cavabdeh ilə uzun illər bir-birilərini tanımışlar və bir birilərinə qarşı inamları olmuşdur. Aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. Cavabdeh 31 dekabr 2023-cü il tarixdə onun yanına gəlib 11.800 (on bir min səkkiz yüz) manat pul istəmiş və 25 yanvar 2024-cü il tarixdə qaytaracağına söz vermişdir. Ondan qəbz almaqla cavabdehin istədiyi məbləği ona vermişdir. Belə ki, borcu qaytaracağı vaxtdan 7 ay keçməsinə baxmayaraq Cavabdeh hələdə bu günə kimi borcunu qaytarmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etmişdir. İddiaçının tələbi: İddiaçı 11.800 (on bir min səkkiz yüz) manat, vəkilə ödədiyi 500 (beş yüz) manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödədiyi 129 (yüz iyirmi doqquz) manat pul vəsaitinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 09 aprel 2025-ci il tarixli iclasında: Şahid1 bildirmişdir ki, təxminən bir il bundan əvvəl İddiaçı ona zəng edərək borc olaraq pul istəmişdir. O da, ona məxsus olan obyektə gəlməsini təklif emişdir. Zəfər və Mürvət birlikdə ona yaxınlaşıb 11800 manat pul istədiklərini bildirdi. O da, Zəfərə onun adına, Zəfər isə Mürvətə öz adına qəbz yazdırdı. O, Zəfərə borc qarşılığında təminat kimi Zəfərə məxsus avtomobili onun adına keçirməsini istədiyini bildirdim. Zəfər bununla razılaşmadığı üçün o da onlara pul vermədi. O da, Zəfər və Mürvət tərəfindən yazılmış qəbzləri geri verdi. Şahid2 bildirmişdir ki, 2024-cü tarixdə, təxminən yaz aylarında (qısaqol geyimdə olduğunu xatırladığı üçün) Mürvət ona telefonla zəng edərək, birlikdə kafeyə getmək istədiyini ,ona sözü oldğunu bildirdi. Birlikdə Bəydili kəndində yerləşən “Araz” kafesinə getdilər. Mürvət ona Zəfər ilə birlikdə Emindən borc almağa getdiklərini, lakin Eminin Zəfərə ona məxsus avtomobili adına keçirməsi şərti ilə borc verəcəyini bildirən zaman aralarında razılaşmanın əldə olunmadığını göstərdi. Həmçinin, Eminin Zəfərə, Zəfərin də Mürvərə yazdırdığı, qəbzin isə Zəfərdə qaldığını bildirdi. O da, Mürvətə Zəfərə zəng etməsini və qəbzi geri almasını məsləhət gördü. Mürvət onun yanında Zəfərə zəng edərək qəbzi qaytarmasını tələb edsə də, Zəfər Mürvətə qəbzi tulladığını bildirdi. İş materiallarına əlavə edilmiş sənədlər: 31 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 11800 (on bir min səkkiz yüz) manat pul almışdır və öz imzası ilə təsdiq etmişdir. 23 avqust 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə iddiaçı tərəfindən 11800 (on bir min səkkiz yüz) manat məbləğində pulun 5 (beş) gün müddətində qaytarılmadığı təqdirdə, hüquq mühafizə orqanlarına müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin10 yanvar 2025-ci il tarixli, 4/1960 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 5-ci vərəqəsində Cavabdeh adından olan qəbzin üz və arxa tərəfindəki yazılar və qəbzdəki 2 ədəd imza - Cavabdeh tərəfindən icra edilmişdir. HK-1/79 saylı, 281/2024 nömrəli materialı üzrə qəbul edilmiş 15 fevral 2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Biləsuvar rayonu, Bəydili kənd sakini İddiaçı 11 yanvar 2024-ci il tarixdə Biləsuvar Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 2023-cü ilin oktyabr ayında Cavabdeh ondan heyvan almaq üçün 8000 manat pul alıb aldatdığını göstərmişdir. Araşdırma zamanı İddiaçı Hörmət oğlu izahat verərək göstərmişdir kı, Cavabdeh uzun müddətdir tanıyır. Təxminən 2023-cü ilin oktyabr ayında Biləsuvar rayonu Bəydili kəndində yeləşən Araz kafesində Cavabdehla oturub çay içib söhbət edirmiş. Söhbət zamanı Mürvət ona heyvan alverində yaxşı qazanc olduğunu deyib və birlikdə alver etməyi bildirmişdir.O, necə alver edəcəklərini soruşanda, Mürvət ona mal bazarlarından xırda buynuzlu heyvanlar alıb onun özünəməxsus fermasında saxlayıb kökəldib satacağını deyərək pul qazanacaqlarını bildirmişdir. O, Mürvətin sözləri ilə razılaşmış, lakin avtomobilini satıb pul verə biləciyini demişdir. O, bundan sonra öz avtomobilini satıb 06 oktyabr 2023-cü il tarixdə Biləsuvar rayonu avtovağzalının yanında atası Hörmət Süleymanovun, dostu Rəşad Kərimovun yanında 8000 manat pulu Cavabdeh vermişdir. O, pulu verəndən bir neçə gün sonra Cavabdeh aralarında olan sözün yerinə yetrilmədiyini bildirmişdir. Cavabdeh heyvan almadığını, deyəndə o, verdiyi pulu geri qaytarmasını demişdir. Cavabdeh onu verdiyi pulu öz bank borcuna verdiyini və bank borcunu bağlatdırıb pul götürəcəyini söyləmişdir. Həmin vaxtdan Cavabdeh onunla heç bir iş görməmişdir. O, dəfələrlə Cavabdeh verdiyi 8000 manat pulu geri qaytarmasını desə də, Mürvət yalan vədlər verərək vaxt uzatmaqla onu aldadıb pulu verməkdən imtina etmişdir.O, Cavabdeh pulunun geri qaytarılması üçun polis şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh izahata verərək göstərmişdir kı. İddiaçı tanıyır. Onunla münasibəti uzun müddətdir vardır. 2023-cü ilin oktyabr ayında İddiaçıla Biləsuvar rayon Bəydili kəndində çayxanda olan zaman aralarında söhbət edən vaxt o, heyvan alverində yaxşı qazanc olmasını demişdir. O, İddiaçı pul qoymasını xırda buynuzlu heyvan alıb onun Biləsuvar rayonu ərazisində olan fermamda saxlayıb kökəldib satmağı təklif etmişdir. O, dedikləri ilə İddiaçı razılaşıb özünə məxsus avtomobili satıb ona 8000 manat pulu vermişdir. O, İddiaçı aldığı 8000 manat pulu “Access” banka olan borcunu bağladırmışdır. O, borcunu bağlayıb bankdan yüksək məbləğdə pul götürüb İddiaçıla danışdığı işi, yəni, xırda buynuzlu heyvanlar alıb öz fermasında saxlayacaqmış. Lakın “Access” bankdan pul götürə bilməmişdir. O, İddiaçı bankın ona pul vermədiyini bir müddət gözləməsini xahiş etmişdir. Hazırda özünün İddiaçı aldığı 8000 manat pul borcu vardır. O, həmin pulu qaytarmaq üçün bankdan pulun çıxarılmasını gözlədiyini qeyd etmişdir. Daha sonra İddiaçı təkrar Biləsuvar Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh ona olan 8000 (səkkiz min) manat pulu qaytardığını heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Beləliklə, toplanmış materialla müəyyən edilmişdir ki, Biləsuvar rayonu bəyanı kənd sakini İddiaçı müraciətində göstərilən xüsusat yəni, Biləsuvar rayon sakini Cavabdeh xırda buynuzlu heyvan almaq üçün 2023-cu ilin oktyabr ayında 8000 (səkkiz min) manat pul verməsi faktı araşdırma zamanı öz təsdiqini tapsa da, araşdırılan xüsusat üzrə əməldə cinayət hadisəsi müəyyən edilməmişdir. Araşdırılan xüsusatda tərəflərin aralarında olan mübahisəsinin mülki xarakterli olması müəyyən olunmuşdur. Belə olan halda toplanmış material üzrə əməldə cinayət hadisəsi olmaması əsası liə cinayət işinin başlanması rədd edilməli, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və şikayətçiyə göndərilməklə araşdırmanın nəticəsi barədə ona rəsmi məlumat verilməlidir. 08 avqust 2024-cü il tarixli, BPM**********28 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardıma görə vəkil Nümayəndə 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitutsiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri: 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşya sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386-cı maddəsinə əsasən öhdəliklərin əmələ gəlməsi əsasları: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti əldə etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 31 dekabr 2023-cü il tarixli qəbzə əsasən Cavabdeh İddiaçı 11800 (on bir min səkkiz yüz) manat pulu almasınız öz imzası ilə təsdiq etmişdir. Mülki iş materiallarından da göründüyü kimi, cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır. Məhkəmə baxışında işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh əsassız varlanma 11800 (on bir min səkkiz yüz) manat pul vəsaitini əldə etdiyini öz sözləri ilə yazdığı və imzaladığı qəbzlə təsdiq etmiş və bu fakt iş materiallarında olan 31 dekabr 2023-cü il tarixli qəbz, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2025-ci il tarixli, 4/1960 nömrəli rəyi ilə sübuta yetirilir. Cavabdeh tərəfindən həmin pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında Cavabdeh 31 dekabr 2023-cü il tarixli qəbzin onun tərəfindən yazılmadığını və imzalanmadığını bildirdiyi üçün, mülki işin hərtərəfli, tam və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Biləsuvar Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(022)-1274/2024 saylı qərardadı ilə iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi 26 noyabr 2024-cü il tarixli vəsatətindən görünür ki, şahidlərin dindirilməsi zərurəti ilə əlaqədar işin ekspertrizaya göndərilməsinin dayandırılması xahiş edilmiş və qəbzin onun tərəfindən icra edilməsi, lakin həmin məbləğin iddiaçıdan almaması ilə bağlı halın nəzərə alınması bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin10 yanvar 2025-ci il tarixli, 4/1960 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 5-ci vərəqəsində Cavabdeh adından olan qəbzin üz və arxa tərəfindəki yazılar və qəbzdəki 2 ədəd imza - Cavabdeh tərəfindən icra edilmişdir. Cavabdehin vəsatətinə əsasən dəvət edilmiş şahidlərin məhkəmə iclasında dinlənilməsi zamanı, tərəflər arasında pulun alınıb qaytarılmaması ilə təxminən bir il bundan əvvəl (Şahid1 bildirdiyinə əsasən), yaz aylarında (Şahid2 bildirdiyibə əsasən) mübahisə olduğu, lakin 31 dekabr 2023-cü il tarixli qəbz üzrə alınmış pul məbləğinin şahid ifadələrində bildirilmiş borc pul məbləği ilə heç bir əlaqəsinin olmadığı məhkəmə tərəfindən müəyyən olunmuşdur. Şahidlərin məhkəmə iclasında bildirdikləri xüsusatlarda qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə məhkəmə tərəfindən Biləsuvar Rayon Polis Şöbəsinə sorğu ilə müraciət edilmiş, İddiaçı barəsində mövcud olan araşdırma materialının məhkəməyə təqdim edilməsinin zəruriliyi bildirilmişdir. HK-1/79 saylı, 281/2024 nömrəli materialında göstərilmiş hallardan müəyyən olunmuşdur ki, tərəflər arasında bu mübahisədən başqa da pulun alınıb verilməsi ilə bağlı (8000 min manat məbləğ) məsələ olmuş, lakin cavabdeh tərəfindən həmin pul iddiaçıya artıq qaytarılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları (11800 manat məbləğində pulun cavabdehə verilməsini) sübut etsə də, cavabdeh həmin pulun iddiaçıdan götürülməməsi və ya qaytarılması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 11800 (on bir min səkkiz yüz) manat, həmçinin vəkilə ödədiyi 500 (beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən vəkilə ödənilmiş 500 (beş yüz) manat, dövlət rüsumun qismində ödənilmiş 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti və Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-57/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-57/2025
14.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver