Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-576/2023 23.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə qərarına əsasən bir uşağa görə hər ay üçün müəyyən edilmiş 93 manat alimentin məbləğinin artıraraq hər ay üçün 220 manat müəyyən edilməsi, həmin pulun və mediasiya xərcinə görə ödədiyi 55 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 100 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X5 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, 09 iyul 2009-cu il tarixdə iddiaçı cavabdehlə evlənmiş, nikahlarını isə 2010-cu il tarixdə rəsmləşdirmişlər. Birgə yaşayış dövründə xx.xx.2012-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə cavvabdehin münasibəti uyğun gəlmədiyindən Biləsuvar rayon məhkəməsinin 19 aprel 2013-cü il tarixli 2(022)-33/2013 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, uşağın iddiaçının yanında qalması müəyyən edilmiş və uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 93 manat aliment müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2013-cü ildə “Yaşayış minimumu haqqında” Qanuna əsasən həmin ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 93 manat müəyyən edilmişdir.Hazırda Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh usta işləyir və ayrı-ayrı evlərdı tikinti və təmir işləri görür. Aylıq qazancı təxminən 2000 manatdan artıq olur. Ayda cavabdehdən 93 manat alınıb iddiaçıya verilməsi barədə qərar 10 il bundan əvvəl qəbul edilmişdir. Hazırda 10 il bundan əvvəl müəyyən edilmiş alimentin miqdarı bazar tələblərinə cavab vermir. Bu baxımdan da alimentin miqdarının 220 manat müəyyən edilməsi ədalətli olar. Odur ki, məhkəmə qərarına əsasən bir uşağa görə hər ay üçün müəyyən edilmiş 93 manat alimentin məbləğinin artıraraq hər ay üçün 220 manat müəyyən edilməsi, həmin pulun və mediasiya xərcinə görə ödədiyi 55 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 100 manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, yəni iddiaçının tələb etdiyi miqdarda alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qubadova X2 şəhəri, H.Əliyev küçəsi ev 9, mənzil 1-də qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı № 914470 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 iyun 2012-ci il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(022)-33/2013 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X3 xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-00595 saylı arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının keçirilməsi ilə bağlı qabaqcadan poçt vasitəsilə xəbərdar edilmiş, lakin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı X3 keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində müdiasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(022)-33/2013 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat tutulan alimentin həcmi artırılaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaysan Respublikası Qanunun 9.1-si maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən X3 keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində - 45 manat, vəkilin hüquqi yardımına görə ödədiyi 100 manat pulun bir hissəsinin əvəzi qismində 80 manat məbləğdə pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(022)-33/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. X3 keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat pulun bir hissəsinin əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-576/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-576/2023
23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver