Məhkəmə qərarları › İş №2(022)-576/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-576/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-576/2024 23.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(022)-54/2022 saylı qətnaməsinin dəyişdirlərək, 25 avqust 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat, alimentin və mediyasiya şurasına ödənəlmiş 50 manat məbləğində pulun Cavabdeh Kərim oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayon məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(022)-54/2022 saylı qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutulub uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi müəyyən edilmişdir. Cavabdeh fərdi əməklə məşqul olur və yüksək gəlir əldə edir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 140 manat aliment pulu ilə uşağını saxlaya bilmir. Hazırki iddia tələbi ilə bağlı ilkin olaraq Mediyasiya Şurasına müraciət etmiş, cavabdeh təyin edilmiş ilkin mediyasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır.Mediator tərəfindən ilkin mediyasiya sessiyasında davam etdirilməməsi barədə arayış vermişdir.Ona görə də məhkəmədən onun ailə vəziyyətini və yaşayış şəraitini nəzərə alaraq azyaşlı uşağının saxlanılmasından ötrü Cavabdeh tutulacaq almientin miqdarının dəyişdirilərək 25 avqust 2021-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 250 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, iddiaçının tələb etdiyi alimenti ödəyə bilməyəcəyini, həmçinin yenidən ailə qurmaqla, bir uşağının da olmasını bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV № 642545 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında X10 yazılmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)- 54/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh və X7 arasında 02 iyul 2020-ci il tarixdə Biləsuvar Rayon Qeydiyyat Şöbəsi tərəfindən 101 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 25 avqust 2021-ci il tarixdə anadan olmuş X2 anası X3 yanında qalması müəyyən edilmiş, Cavabdeh 25 avqust 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin alınıb X5 verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-234 saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasının iştirak etmiş və İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Lakin mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 603621 saylı X1 surətindən görünür ki, X8 ilə X12 xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2203 saylı nikah qeydi bağlanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İV № 932270 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X4 anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında X12 yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimunun səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(022)-54/2022 saylı qətnaməsin dəyişdirlərək, 25 avqust 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq 25 avqust 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(022)-54/2022 saylı qətnaməsi dəyişdirlərək, 25 avqust 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq 25 avqust 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar