Məhkəmə qərarları › İş №2(022)-576/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-576/2025

27.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-576/2025 27.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Biləsuvar rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(022)-628/2019 saylı qətnaməsinə əsasən 20 iyul 2007-ci il tarixdə doğulmuş Asifin, 11 oktyabr 2008-ci il tarixdə doğulmuş Vasifin və 05 avqust 2011-ci il tarixdə doğulmuş Anarənin saxlanmasıüçün cavabdehdən iddiaçının xeyrinə tutulması müəyyən olunmuş hər ay hər uşağa görə 125 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0, 31 misli miqdarında alimentin miqdarını hər ay hər uşağa görə 250 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,63 misli miqdarında dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 24 fevral 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı Biləsuvar rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(022)-628/2019 saylı qətnaməsinə əsasən 20 iyul 2007-ci il tarixdə doğulmuş Asifin, 11 oktyabr 2008-ci il tarixdə doğulmuş Vasifin və 05 avqust 2011ci il tarixdə doğulmuş Anarənin saxlanmasıüçün cavabdehdən iddiaçının xeyrinə tutulması müəyyən olunmuş hər ay hər uşağa görə 125 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0, 31 misli miqdarında alimentin miqdarını hər ay hər uşağa görə 250 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,63 misli miqdarında dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizədən görünür ki, iddiaçı Həsənova X3 rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(022)-628/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(022)-628/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X4 və Cavabdeh birgə nikahlarından 20 iyul 2007-ci ildə anadan olmuş X8, 11 oktyabr 2008-ci ildə anadan olmuş X5 və 05 avqust 2011-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 80 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,32 misli miqdarında, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həmin Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Həmin Qərarın 8.4-3-cü bəndinə görə isə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, həmin ərizədə Biləsuvar rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(022)-628/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi üçün yalnız müəyyənləşdirilmiş alimentin hazırda uşaqlarının tələbatını ödəmədiyi və iddiaçının uşaqları saxlamaqda çətinlik çəkməsi kimi formal mülahizələrə, habelə 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılmasına istinad edilmiş, iddia tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində alimentin miqdarının dəyişdirilməsinə əsas kimi nəzərdə tutulmuş hər hansı hala, yəni qətnamə qəbul edildikdən sonra iddiaçının özünün və ya Cavabdeh ailə və ya maddi vəziyyətində hər hansı diqqətəlayiq dəyişikliyin baş verməsinə əsaslanmamışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılması birgə nikahdan olan uşaqların saxlanması üçün alimentin miqdarının dəyişdirilməsinə əsas hesab edilə bilməz və məhkəmə qətnaməsi ilə artıq tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb edən iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallardan ən azı birinə əsaslanmalıdır. İddia ərizəsinə əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(022)-628/2019 saylı qətnaməsinin surətindən isə görünür ki, həmin qətnamə ilə iddiaçının xeryinə sabit pul məbləğində aliment təyin edilərkən onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində artıq müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə isə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilməlidir. Belə olan halda, məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə görə iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina etməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını orada göstərir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və İddiaçı izah edilməlidir ki, o, Azərbaycan Respublikası MPM-in Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğuna istinad edirsə, həmin halları əsas göstərməklə alimentin miqdarının dəyişdirilməsi barədə iddia ərizəsi ilə, birgə nikahdan olan uşaqların saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(022)-628/2019 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin indeksasiya edilməsi üçün həmin alimenti tutan quruma, yəni tutulma cavabdehin rəsmi iş yeri üzrə əmək haqqından aparılırsa, həmin şəxsin işlədiyi müəssisənin rəhbərliyinə, əgər cavabdeh işləmirsə, qeyd edilən icra sənədinin icrasını həyata keçirən, borclunun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra və probasiya qurumuna müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərziəsi, məhkəmə qaydasında baxılmalı olmadığı üçün, iddianın yolverilməzliyinə görə İddiaçı Cavabdeh qarşı Biləsuvar rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(022)-628/2019 saylı qətnaməsinə əsasən 20 iyul 2007-ci il tarixdə doğulmuş Asifin, 11 oktyabr 2008-ci il tarixdə doğulmuş Vasifin və 05 avqust 2011-ci il tarixdə doğulmuş Anarənin saxlanmasıüçün cavabdehdən iddiaçının xeyrinə tutulması müəyyən olunmuş hər ay hər uşağa görə 125 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0, 31 misli miqdarında alimentin miqdarını hər ay hər uşağa görə 250 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,63 misli miqdarında dəyişdirilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçi İddiaçı izah edilsin ki, o, Azərbaycan Respublikası MPM-in Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğuna istinad edirsə, həmin halları əsas göstərməklə alimentin miqdarının dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə, birgə nikahdan olan uşaqların saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(022)-628/2019 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin indeksasiya edilməsi üçün həmin alimenti tutan quruma, yəni tutulma cavabdehin rəsmi iş yeri üzrə əmək haqqından aparılırsa, həmin şəxsin işlədiyi müəssisənin rəhbərliyinə, əgər cavabdeh işləmirsə, qeyd edilən icra sənədinin icrasını həyata keçirən, borclunun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra və probasiya qurumuna müraciət edə bilər. Qərardad təqdim olunan (alınan) gündən 10 (on) gün müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, ondan Biləsuvar rayon Məhkəməsi nə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar