Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-578/2023 20.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, əldən çıxmış faydanın və dövlət rüsumunun ödənilməsi tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 081 saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmaqla, Biləsuvar rayonunun Bəydili kəndində yerləşən 3,106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,17 ha hissəsində qanunsuz inşa edilmiş parağ tikilisi və bostanın Cavabdeh öz şəxsi vəsaiti hesabına sökərək, torpaq sahəsinin təmizlənməsi (əvvəlki vəziyyətinə qaytarılması) və əldən çıxmış faydanın əvəzi olaraq 4000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Biləsuvar rayonun Bəydili kəndində yerləşən 3,106 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 82-ci vərəqində qeydiyyata alınmış, bu barədə ona RX seriyalı ******* saylı çıxarış və xx.xx.2018-ci il tarixli A seriyalı 259377 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.İddiaçı həmin torpaq sahəsini xx.xx.2011 və xx.xx.2013-cü il tarixdə notarial qaydada bağlanılmış alqısatqı müqavilələri əsasında dəyərini ödəməklə almışdır. Almaqda məqsədi isə həmin torpaq sahəsini əkin-biçib qazanc əldə etmək olmuşdur.Cavabdeh uzun müddət ona məxsus torpaq sahəsini zəbt etmiş, iddiaçı bu məqsədlə hüquq-mühafizə orqanlarına, sonda isə məhkəməyə müraciət etmişdir.Uzun müddətli məhkəmə araşdırmasından sonra Biləsuvar rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(0xx-xx/2021 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı məxsus 3,106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0.17 hektarından çıxarılması qət edilmişdir.Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, uzun müddətli ekspert və mütəxəssislərin iştirakı ilə iddiaçıya məxsus torpaq sahəsi Biləsuvar rayon İcra şöbəsinin icra məmurları tərəfindən 26 may 2022-ci ildə akt əsasında iddiaçıya yerində təhvil verilmişdir.Buna baxmayaraq, iddia tələbində torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbini qoymadığına görə, həmin sahədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi mümkün olmamışdır.Bununla bağlı dəfələrlə, sonuncu dəfə isə xx.xx.2022-ci ildə rəsmi qaydada cavabdehə və müxtəlif orqanlara ərizə ilə müraciət edərək, cavabdehin mülkiyyətində qanunsuz inşa etdiyi özbaşına tikililərin öz vəsaiti hesabına 10 gün müddətində könüllü qaydada sökülməsini və orada yığılacaq zir-zibilin boşaldılmasını tələb etmiş, habelə 10 il ərzində qanunsuz zəbt əsasında əldən çıxmış faydaya görə 4000 manat pul vəsaitinin iddiaçının Kapital bankın Biləsuvar rayon filialında olan hesabına ödəməyini tələb edir. Əks təqdirdə əldən çıxmış faydaya görə onu məhkəməyə verəcəyi barədə xəbərdarlıq etmişdir. Bununla bağlı cavabdehə xx.xx.2022-ci il tarixədək vaxt qoymuşdur. Buna baxmayaraq cavabdeh hər dəfə bir bəhanə ilə xəbərdarlıqda qeyd edilən tələblərini icra etməkdən müxtəlif bəhanələrlə yayınmağa və saxta sənədlər düzəltməklə onun mülkiyyətinə yenidən göz dikməkdə davam edir.İddiaçı məcburiyyət qarşısında qalaraq hüquqlarının dövlət tərəfindən müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Hesab edir ki, iddia tələbləri tam qanuni və əsaslı olduğuna görə təmin edilməlidir.Belə ki, özbaşına tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin zəbt edilmiş 0,17 ha torpaq sahəsindən çıxarılması barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur.Bundan başqa, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyinə və həmin sahədə tikdiyi qanunsuz tikililəri sökmədiyinə görə iddiaçı həmin torpaq sahəsindən qazanc əldə etməkdən məhrum olunmuşdur. Halbuki, o, həmin sahədən illik 400 manat qazanc əldə edə bilərdi ki, bu qazancdan məhrum olunmuşdur. Bu məhrumetmə qanunsuz və özbaşına olduğuna və cavabdehin hərəkət-hərəkətsizliyi ilə baş verdiyinə görə, əldən çıxmış fayda cavabdehdən məcburi qaydada alınaraq iddiaçıya verilməlidir. Sonda İddiaçı nümayəndəsi X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 081 saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmaqla, Biləsuvar rayonunun Bəydili kəndində yerləşən 3,106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,17 ha hissəsində qanunsuz inşa edilmiş parağ tikilisi və bostanın Cavabdeh öz şəxsi vəsaiti hesabına sökərək, torpaq sahəsinin təmizlənməsi (əvvəlki vəziyyətinə qaytarılması) və əldən çıxmış faydanın əvəzi olaraq 4000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında göstərmişdir ki, Biləsuvar rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, İddiaçı məxsus 3,106 ha torpaq sahəsinin zəbt edilmiş 0,17 sot hissəsindən onun çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsində zəbt edilməsi göstərilən 0,17 sot torpaq sahəsi ona məxsusdur, həmin torpaq sahəsində olan tikililər də ona məxsusdur.Həmin torpaq sahəsini Bəydili kolxozunun 1998-ci il tarixli qərarı ilə almışdır.Həmin tikililərdə hazırda heyvan saxlayır.Odur ki, iddiaçının iddiası tam əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı Çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Biləsuvar rayonu Bəydili kəndində kənd təsərrüfatı təyinatlı 3,106 ha torpaq sahəsi **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Daşınmaz Əmlakın Dövlət reyestrində 41 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmaqla verilmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixli Aktın surətindən görünür ki, görülmüş icra tədbirləri nəticəsində sözügedən 0,17 ha torpaq sahəsindən Cavabdeh çıxarılmışdır. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(022)-84/2021 saylı qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilərək, İddiaçı məxsus 3,106 ha torpaq sahəsinin zəbt edilmiş 0,17 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(022)- 84/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilərək, İddiaçı məxsus 3,106 ha torpaq sahəsinin zəbt edilmiş 0,17 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixli Aktın surətindən görünür ki, görülmüş icra tədbirləri nəticəsində sözügedən 0,17 ha torpaq sahəsindən Cavabdeh çıxarılmışdır. Cavabdehin izahatı və işin faktiki hallarından görünür ki, cavabdeh Fərəcov X2 rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(022)-84/2021 saylı qətnaməsi ilə iddiaçıya məxsus 3,106 ha torpaq sahəsinin zəbt edilmiş 0,17 ha hissəsindən çıxarılmasına baxmayaraq həmin torpaq sahəsində tikililər inşa etlmişdir. Ona görə də məhkəmə mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Biləsuvar rayonunun Bəydili kəndində yerləşən İddiaçı məxsus 3,106 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmiş 0,17 ha hissəsində olan tikililər Cavabdeh tərəfindən və ya onun hesabına sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbindən görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyinə və həmin sahədə tikdiyi qanunsuz tikililəri sökmədiyinə görə iddiaçı həmin torpaq sahəsindən qazanc əldə etmək imkanından məhrum olduğunu, halbuki onun həmin sahədən illik 400 manat qazanc əldə etməyin mümkün olduğunu, lakin həmin qazancdan məhrum olması səbəbindən 4000 (dörd min) manat zərərə məruz qaldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göründüyü kimi iddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində 4000 manat zərərə məruz qaldığını göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğdə pul vəsaitinin 20 manatı iddiaçının özünə aid edilməli və 80 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. İddiaçı məxsus Biləsuvar rayonunun Bəydili kəndində yerləşən 3,106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmiş 0,17 ha hissəsində olan tikililər Cavabdeh tərəfindən və ya onun hesabına sökülsün. Ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-578/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-578/2023
20.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver