Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-58/2025 08.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Rəhimli Azad Elşad oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “42500 manat məbləğində maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə qardaşı Şamxalın vasitəsi ilə tanış olmuşdur. Belə ki, cavabdeh Ağayev X1 ilə biridikdə Bakı şəhərində “Gilavar” şadlıq sarayında mühafizəçi işləmişdir. İddiaçı 2017-ci ilin axırlarında Bakı şəhərində bizneslə məşğul olmaq qərarına gəlmişdir. Cavabdeh bu barədə biləndən sonra ona təklif etmişdir ki, Biləsuvar rayonunda şərikli olaraq xırdabuynuzlu heyvan alıb saxlamaqla məşğul olsunlar. Cavabdeh İddiaçı bu işlə əvvəllər də məşğul olduğunu və bu işi yaxşı bacardığını, lazımi təcrübəsi olduğunu bildirmişdir. Cavabdeh təkidlə Bakı şəhərində bizneslə məşğul olmaqdansa, Biləsuvar rayonunda xırdabuynuzlu heyvan saxlayaq, yaxşı qazanclarının olacağını demişdir. Cavabdeh o qədər inandırıcı danışmış ki, İddiaçı onun sözlərinə inanmış və razılaşmışdır. Bu söhbətlərdə İddiaçı qardaşı Şamxal da iştirak etmişdir. İddiaçı Cavabdeh ilə aralarındakı razılaşmaya əsasən, İddiaçı öz pulu ilə qoyun-quzu alıb saxlamaq üçün Cavabdeh verəcək, Cavabdeh isə həmin heyvanları saxlayıb artıracaq, çəkdiyi xərci götürdükdən sonra yerdə qalanı yarı böləcəyik. Cavabdeh İddiaçı Biləsuvar rayonunda yaşayan, tanıdığı İqbal adlı şəxsin öz qoyunlarının hamısını bir yerdən satmaq istədiyini demiş, təklif etmişdir ki, həmin qoyunları alıb saxlamaq üçün ona versin. İddiaçı da onunla razılaşmışdır. İddiaçı 2018-ci ilin fevral ayında cavadbdeh Cavabdeh ilə birlikdə Biləsuvar rayonuna gəlib, İqbal ilə görüşmüş, onun heyvanlarına baxmışdır. İqbal ilə danışıb razılaşmış və ona məxsus 4 baş qoç, 43 baş quzu və 84 baş ana qoyunu, yəni ümumilikdə 131 baş xırdabunuzlu heyvanı Cavabdeh iştirakı ilə İqbaldan cəmi 18000 manata almışdır. Razılaşmaya əsasən, İddiaçı həmin heyvanları saxlamaq üçün Cavabdeh təhvil vermişdir. Cavabdeh həmin heyvanları bir müddət elə İqbalın fermasında, sonra isə özünün təklifi ilə başqa yerlərdə saxlamağa başlamışdır. İddiaçı işi ilə bağlı Bakı şəhərində olduğundan arabir, təxminən ayda bir dəfə və ya iki aydan bir Biləsuvar rayonuna heyvanlara baxmağa gəlmişdir. Lakin Cavabdeh heyvanları uzaqdan ona göstərib demişdir ki, ona etibar etsin, saymağa ehtiyac yoxdur. Heyvanların hamısı buradadır. İddiaçı Cavabdeh etibar etdiyi üçün heyvanlara kənardan baxmış, lakin saymamışdır. İddiaçı Cavabdeh ilə aralarındakı olan razılaşmaya əsasən, heyvanların sayının artırılması, yəni heyvanların alınması, həmçinin heyvanlara yem və dərman alınması üçün müxtəlif vaxtlarda İddiaçı tərəfindən Cavabdeh hissə-hissə olmaqla ümumlikdə 24500 manat məbləğdə pul vermişdir. İddiaçı həmin pulun çox hissəsini Cavabdeh özünə, az hissəsini isə Cavabdeh tapşırığı ilə bacısı oğlu Bəhruza və həmçinin bacısı oğlu Bəhrəmə vermişdir. Bunlar barədə İddiaçı özü üçün dəftərində qeyd aparmışdır. Cavabdeh da mütəmadi olaraq İddiaçı ilə telefonla əlaqə saxlayaraq heyvanların doğub artması barədə mənə məlumat vermişdir. İddiaçı həmin qeydlərinə əsasən heyvanların sayı artaraq 216 baş olmuşdur. Lakin İddiaçı həmin heyvanları saymamışdır., Heyvanların sayının bu qədər olmasını yalnız Cavabdeh deməsinə görə zənn etmişdir. İddiaçı 2019-cu ilin ortalarında heyvanları yoxlamaq üçün yenə də Biləsuvar rayonuna gəlmişdir. Lakin Cavabdeh müxtəlif bəhanlərlə onunla görüşməkdən yayınmışdır. Ona görə də, İddiaçı Cavabdeh ilə görüşə bilməmişdir. Həmçinin, Cavabdeh həmin vaxtı heyvanları harada saxlamasını bilmədiyindən heyvanlara da baxa bilməmişdir. Sonralar isə Cavabdeh İddiaçı telefon zəngləriə də cavab verməmişdir. İddiaçı hətta İqbala da müraciət edərək vəziyyəti ona danışmış və Cavabdeh tapmaqda ona köməklik etməsini xahiş etsə də, bütün bunlar heç bir nəticə verməmişdir. Bir müddət sonra cavabdeh İddiaçı İddiaçı zənginə cavab vermişdir. Cavabdeh heyvanları satıb öz şəxsi ehtiyaclarına sərf etdiyini etiraf etmişdir. Ona görə də, İddiaçı Cavabdeh heyvanlarını tələb etmişdir. Cavabdeh da İddiaçı onun heyvanlarını, ya da onun dəyəri məbləğində pul düzəldib ona verəcəyini söz vermişdir. İddiaçı Cavabdeh inandığından həmin vaxtı şikayət etməmişdir. Lakin Cavabdeh vədinə əməl etməmiş və onu aldadaraq müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. İddiaçı əvvəllər heyvan almağa görə Cavabdeh tərəfindən ona verdiyi 18000 manat və daha sonra heyvanlara yem, dərman alınması və heyvanların sayının artırılması üçün yeni heyvanlar alınması məqsədilə verdiyi əlavə 24500 manat məbləğdə pul ilə birlikdə İddiaçı ümumilikdə 42500 manat dəyərində maddi ziyan vurulmuşdur. İddiaçı artıq bir nəticənin olmadığını, Cavabdeh isə onun pulumu qaytarmaq niyyətində olmadığını başa düşüb, məcbur qalıb 22 yanvar 2021-ci il tarixdə bu barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bunun nəticəsində Biləsuvar Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 1 (022)-103 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olub. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 42500 (qırx iki min beş yüz) manat məbləğində pul vəsaitinin və 218 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı iddia tələbinə qarşı hər-hansı etiraz və ya yazılı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması, 42500 manat məbləğində dəymiş ziyanın Cavabdeh tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələblərini qəbul edərək, iddiaçıya vurduğu zərəri maddi imkanının olmaması səbəbindən ödəyə bilmədiyini qeyd etmiş, ayda 100 manat məbləğində pul vəsaitini iddiaçıya ödəyə biləcəyini göstərmişdir. İddiaçı isə cavabdehin dediklərinə münasibət bildirərək bu şərtlərlə ödəməni qəbul etmədiyini, ona vurulmuş ziyanın ödənilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(022)-103/2021 nömrəli hökmündən görünür ki, - Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; - məhkəmə istintaqı zamanı Cavabdeh tərəfindən İddiaçı 42500 (qırx iki min beş yüz) manat məbləğində maddi ziyan vurulması müəyyən edilmişdir; - Cavabdeh İddiaçı vurduğu maddi zərərin 42500 (qırx iki min beş yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunmuşdur. 14 mart 2024-cü il tarixli 28719 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 218 (iki yüz on səkkiz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 179.3-cü mаddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2); 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırılması zamanı müəyyən edilən hallar ondan ibarətdir ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədərək iddiaçıya 42500 (qırx iki min beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə qeyd edilənləri, məhkəmə hökmünün preyudisiallığını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 42500 (qırx iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 218 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. 42500 (qırx iki min beş yüz) manat məbləğində pul vəsaiti və 218 (iki yüz on səkkiz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-58/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-58/2025
08.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver