Məhkəmə qərarları › İş №2(022)-593/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-593/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-593/2024 18.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Biləsuvar filialına qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Biləsuvar filialına qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, onunla "xxxx" ASC-nin Biləsuvar filialı arasında 25 fevral 2022-ci il tarixdə bağlanmış GTKR5118850A299 saylı kredit müqaviləsinin ləğv edilməsi, pensiyasından tutulma, cərimə və faizlərin dayandırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlərdən biri olan "xxxx" ASC-nın "Biləsuvar” filialı arasında xx.xx.2022-ci ildə bağlanmış GTKR5118850A299 saylı kredit müqavilələrinə əsasən illik 21 faiz olmaqla 48 ay müddətinə 4700 manat məbləğində kredit götürmüşdür. Aralarında bağlanmış müqaviləyə əsasən hər ay 250 manat ödəniş etmişdir. Bundan sonra səhhətində yaranan xəstəliklə bağlı ödənişləri edə bilməmişdir. Belə olan halda o, banka 4700 manata qarşı 3000 manat ödəniş etmişdir. İndi isə bank ondan yenə 3600 manat pul tələb edir. Belə olan halda demək olar ki, götürdüyü 4700 manata qarşı o, 6600 manat ödəməlidir. Bu halda bank tərəfindən ödəniş cədvəlinə əsasən pozuntu yaranmışdır. Həmin müqavilə üzrə bu günədək ödənişlər pensiya kartından tutulmalar əsasında aparılmışdır. Tutulmalar müqavilənin tələbləri pozularaq aparılmışdır. Belə ki, 220 manat pensiyasının hamısı, yəni fevral, mart və 2024-cü il aprel ayı tarixlərində tutulmuşdur. Müqavilədə nəzərdə tutulmuş şərtlər iradəsinə zidd olaraq, xəbəri olmadan tam tutulur. Müqavilə şərtlərinin kobud şəkildə, yəni bankın isdədiyi şəkildə birtərəfli qərar qəbul etməklə diqtə etməsi yolverilməzdir. O, hal-hazırda ankoloji xəstədir. Ankoloji xəstə olmasına baxmayaraq və “Yaşayış meyarı” haqqında Azərbaycan Respublikası qanununun tələbləri kobud şəkiləd pozularaq aldığı pensiyanın 100 faizi tam şəkildə tutulur. Hər ay banka məlumat versə də pozuntunu hər ay davam etdirirlər. Odur ki, onunla "xxxx" ASC-nin Biləsuvar filialı arasında 25 fevral 2022-ci il tarixdə bağlanmış GTKR5118850A299 saylı kredit müqaviləsinin ləğv edilməsi, pensiyasından tutulma, cərimə və faizlərin dayandırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdir ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün əmlaka cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Yuxarıda qeyd olunan maddi hüquq normlarının tələblərindən görünür ki, hüquqi şəxs "xxxx" ASC olduğundan, "xxxx" ASC-nin Biləsuvar filialı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, yaxud müqavilə tələbləri ilə bağlı əmələ gələn ifxtilaflarla bağlı məhkəmədə iddiaya cavab verməli olan şəxs hesab edilə bilməz. Ona görə də İddiaçı cavabdeh "xxxx" ASC-nin Biləsuvar filialına qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Biləsuvar filialına qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar