Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-597/2023 08.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X2 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin 13 noyabr 2013-cü il tarixli 2(022)-242/14 saylı qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə hər uşağa görə hər ay tutulan alimentin miqdarı olan 70 manat artırılaraq hər ay hər uşağa görə 200 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X6 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı el adətinə uyğun olaraq 2003-cü ildə Cavabdehla ailə həyatı quraraq, nikahlarını isə 22 fevral 2007-ci il tarixdə qeyd etdirmişlər. Birgəyaşayış dövründə 23 mart 2004-cu il tarixdə Mələkxanım, 11 mart 2006-cı il tarixdə Gülnarə və 15 yanvar 2008-ci il tarixdə isə Sadiq adlı uşaqları anadan olmuşdur.Biləsuvar rayon məhkəməsinin 13 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən aralarında olan olan nikah pozulmuş və hər üç uşağın iddiaçının yanında saxlanılması müəyyən edilmişdir.Biləsuvar rayon məhkəməsinin 05 mart 2014-cü il tarixli, 2(022)-242/14 saylı qətnaməsinə əsasən Cavabdeh 11 fevral 2014cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər uşağa 70 manat olmaqla cəmi 210 manat tutulub 23 mart 2004-cü ildə doğulmuş Mələkxanım, 11 mart 2006-cı ildə doğulmuş Gülnarə, 15 yanvar 2008-ci ildə doğulmuş Sadiq adlı uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün iddiaçıya verilməlidir.Hazırda 23 mart 2004-cü ildə anadan olmuş Mələkxanım yetkinlik yaşına çatmış, 11 mart 2006-cı il tarixdə anadan olmuş Gülnarə 17 yaşında, 15 yanvar 2008- ci il tarixdə anadan olmuş Sadiq isə 15 yaşındadır. Həmin 2 uşağa münasibətdə alimentin miqdarının artırılmasına zərurət yaranmışdır.Belə ki, aliment tələbi barədə iddia 2014-cü il tarixdə qaldırılmış və həmin vaxt yaşayış minimumu haqqında Qanuna görə, Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 103 manat müəyyən edilmişdir. Bu baxımdan da həmin vaxt bir uşaq üçün alimentin miqdarının 70 manat müəyyən edilməsi ilə razılaşmaq olardı. Hazırda isə Yaşayış minimumu haqqında Qanuna görə ayda bir uşağın yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Bundan başqa, Cavabdeh Bakı şəhərində iddiaçıya məlum olmayan iş yerlərində işləyir və ayda onun qazancı 2000 manata yaxındır. Sonda İddiaçı nümayəndəsi vəkil X1 Elşad Vəkil oğlundan hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat aliment alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, yəni iddiaçının tələb etdiyi miqdarda alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı № 897630 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan AZ-İ seriyalı № 897631 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı № 074251 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(022)-242/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh 23 mart 2004-cu il tarixdə doğulmuş Minəxanım, 11 mart 2006-cı il tarixdə doğulmuş Gülnarə və 15 yanvar 2008-ci il tarixdə doğulmuş Sadiq adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X3 xx.xx.2022-ci il tarixli MŞL-01586 saylı arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının keçirilməsi ilə bağlı qabaqcadan poçt vasitəsilə xəbərdar edilmiş, lakin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı X3 keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində müdiasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(022)-242/2014 saylı saylı qətnaməsi ilə Cavabdeh 11 mart 2006-cı il tarixdə doğulmuş Gülnarə və 15 yanvar 2008-ci il tarixdə doğulmuş Sadiq adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq 11 mart 2006-cı il tarixdə doğulmuş X5 və15 yanvar 2008-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaysan Respublikası Qanunun 9.1-si maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən X3 keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində - 45 manat məbləğdə pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(022)-242/2014 saylı qətnaməsi ilə Cavabdeh 11 mart 2006-cı il tarixdə doğulmuş Gülnarə və 15 yanvar 2008-ci il tarixdə doğulmuş Sadiq adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin həcmi artırılaraq 11 mart 2006-cı il tarixdə doğulmuş X5 və15 yanvar 2008-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi ayda 240 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. X3 keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-597/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-597/2023
08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver