Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-597/2024 22.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərə görə pul tələbinə dair mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə vurduğu zərərə görə 1850 manat və vəkilə ödənilmiş 100 manat, cəmi 1950 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun özünə məxsus 77NM727 dövlət nömrə nişanlı KİA OPTİMA Minik sedan markalı avtomobili vardır.04 mart 2024-cü il tarixdə cavabdeh idarə etdiyi VAZ 21063 markalı 42CE204 dövlət nömrə nişanlı avtomobillə onun mülkiyyətində olan avtomobili vuraraq qəza törətmişdir. Polis əməkdaşları hadisə yerini müayinə etdikdən sonra protokol tərtib etmişlər. Araşdırma zamanı cavabdehin yol hərəkəti haqqında Qanunun tələblərini pozduğu müəyyən olunmuşdur. Buna görə onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə cəza verilmişdir. Buna dair TR ******* saylı qərar qəbul edilmişdir. Hadisədən sonra o, avtomobilinə baxış keçirmiş və müəyyən olmuşdur ki, avtomobilinə cavabdehin hərəkəti nəticəsində 1850 manat zərər dəymişdir. Həmin zərər "Biləsuvar Avtonəqliyyat" avtomobil təmiri müəssisəsi tərəfindən də müəyyən edilmişdir. Avtomobilinə dəymiş zərərlə bağlı o, dəfələrlə cavabdehdən dəymiş zərərin ödənilməsini tələb etsə də ona vurulmuş zərər ödəməmişdir. Cavabdehin hərəkəti nəticəsində avtomobilənə dəyən zərərlə bağlı ilkin görkəmini, ilkin keyfiyyətini itirməklə hazırda vurulmuş avtomobil kimi alıcılıq dəyəri aşağı düşmüşdür. Odur ki, Cavabdeh avtomobilinə vurduğu zərərə görə 1850 manat və hüquqi xidmətə görə vəkilə ödənilmiş 100 manat, cəmi 1950 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil X3 iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında Biləsuvar RPŞ-nin YPX-nin TP ******* saylı qərarından görünür ki, Cavabdeh İXM-nin 327.1 maddəsi ilə təqsirli bilinərək onun barəsində 40 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 18 mart 2024-cü il tarixli mütəxəssis rəyində 77NM727 dövlət nömrə nişanlı KİA OPTİMA minik sedan markalı avtomobilə ümumilikdə 1850 manat ziyan dəydiyi göstərilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli № 9/7642/2024 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan fiziki şəxs X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “KİA OPTİMA” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomibilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1500.00 manat müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə ,huququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər ,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı tələbində vəkilin hüquqi xidmətinə görə ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməli olduğunu göstərsə də, iş materiallarına əlavə edilmiş Biləsuvar rayon Vəkil Bürosunun BPM **********44 saylı mədaxil qəbzindən görünür ki, vəkilin hüquqi xidmətinə görə 100 manat pul iddiaçı tərəfindən deyil, X1 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı avtomaşınına 1500.00 manat dəyərində maddi zərər vurmuşdur. Ona görə də qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomaşına vurulmuş maddi zərərə görə 1500 manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat pul alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının aparılmasına görə Cavabdeh 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(022)-597/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-597/2024
22.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver