Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-599/2024 15.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 6500 manat pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 6500 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh aldatma yolu ilə onun əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə ona 6500 (altı min beş yüz) manat pul qarşılığında 2-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, ümumilikdə 6500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehnın cəza çəkdiyi yer üzrə Bakı İstintaq Təcridxanasına məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilərək İddiaçı ona qarşı pul tələbinə dair iddiasına etiraz və mülahizələrini məhkəməyə təqdim etməklə yanaşı, nümayəndəsinin məhkəmə iclasında iştirak etmək hüquqları izah edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquqi qiymət qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)- 36/2024 saylı hökmündən (hakim N.Mirzəyevin sədrliyi ilə) görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli 1(106)-500/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmündən zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4cü maddələri ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmü, həmin hökmdən zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, İddiaçı Biləsuvar rayonu, Bəydili kənd sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 2021-ci ilin mart ayının sonlarında Biləsuvar RMX-da olan zamanı bir şəxsin əlində sənədlər toplamasını görüb həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və hansı səbəbdən xəstəxanaya gəlməsini soruşmuşdur. Həmin şəxs Bəydili kəndində yaşamasını, İddiaçı olmasını, 1992-1996-cı illərdə həqiqi hərbi xidmətdə olduğunu və yaralanmasını, lakin pensiya almadığını, buna görə də özünə pensiya düzəltdirmək istədiyini bildirmişdir. O İntiqama pensiya düzəltmək işi ilə məşğul olmasını deyərək yalandan İİ qrup əlillik dərəcəsi təyin etdirə biləcəyini, bunun qarşılığında 6000 (altı min) manat pul alacağını demişdir. İntiqam da onun bu sözləri ilə razılaşmnışdır. Həmin vaxt İntiqamla bir-birinin istifadəsində olan mobil telefon nömrələrini götürmüşlər. Bir neçə gün sonra İntiqamı aldadaraq pulunu ələ keçirmək niyyəti ilə mobil telefonuna zəng edərək İİ qrup əlillik dərəcəsi təyin etdirməklə bağlı işlərə başlamaq istədiyini bildirmiş və buna görə də ilkin olaraq 3000 (üç min) manat pul verməsini istəmişdir. İntiqam isə Bakı şəhərində işləməsini, buna görə də 3000 manat pulu taksi vasitəsilə Biləsuvar rayonunda yaşayan qardaşı Əlheydər Xanışova göndərəcəyini və Əlheydərin onunla görüşərək pulu verəcəyini bildirmişdir. Bir gün sonra Əlheydər Xanışov ona zəng edərək Biləsuvar rayonu ərazisində görüşərək İntiqamın göndərdiyi pulu ona vermək istədiyini demişdir. Razılaşmalarına əsasən Biləsuvar şəhəri, 8 Mart küçəsində Əlheydərlə görüşmüş və İntiqamın göndərdiyi 3000 manat pulu almışdır. Lakin həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, İntiqama qrup əlillik dərəcəsi təyin etdirmək üçün heç bir iş görməmişdir. İddiaçıla mobil telefon vasitəsilə danışarkən isə yalandan pensiyasının düzəlməsi üçün işlər gördüyünü bildirmişdir. Bundan başqa, 2021-ci ilin may ayının əvvələrində yenidən İddiaçı mobil telefonuna zəng edərək İİ qrup əlillik dərəcəsi təyin etdirməklə bağlı işlər gördüyünü demiş, qalan 3000 manat pulu da verməsini istəmişdir. İntiqam bu dəfə də Bakı şəhərində işləməsini bildirmiş, buna görə də 3000 manat pulu taksi vasitəsilə Biləsuvar rayonunda yaşayan qardaşı Əlheydər Xanışova göndərəcəyini və Əlheydərin onunla görüşərək pulu verəcəyini bildirmişdir. Bir gün sonra Əlheydər Xanışov ona zəng edərək Biləsuvar rayonu ərazisində görüşərək İntiqamın göndərdiyi pulu vermək istədiyini bildirmişdir. Razılaşmalarına əsasən Biləsuvar şəhəri, 8 Mart küçəsində Əlheydərlə görüşmüş və İntiqamın göndərdiyi 3000 manat pulu almışdır. Əvvəl olduğu kimi bu dəfə də İntiqamdan Əlheydər vasitəsilə aldığı 3000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, qrup əlillik dərəcəsi təyin etdirmək üçün heç bir iş görməmişdir. Bundan başqa, eyni qaydada İddiaçı 2021-ci ilin may ayının ortalarında 200 (iki yüz) manat, 2021-ci ilin may ayının sonlarında isə 300 (üç yüz) manat pulu qardaşı Əlheydər Xanışov vasitəsilə almışdır. Sonradan İddiaçı ona zəng edərək bu işlə maraqlandıqda hər dəfə müxtəlif vədlər verərək aldatmışdır. İddiaçı da onun tərəfindən aldadılaraq pulunun ələ keçirməsini başa düşüb verdiyi 6500 manat pulu geri qaytarmasını tələb etmişdir. O isə maddi imkanı olmadığı üçün aldığı pulu geri qaytara bilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, 1992-1996-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, xidmətdə olan zaman ayağından və boynundan yaralanmışdır. Müharibə veteranıdır. Lakin, qrup əlilliyi yoxdur və bununla bağlı pensiya almır. 2021-ci ilin mart ayının sonlarında sənədlərini toplayıb Biləsuvar RMX-na getmiş və özünə qrup əlillik pensiyası düzəltdirmək istəmişdir. RMX-nın inzibati binasının koridorunda bir şəxs ona yaxınlaşaraq özünü İlham kimi təqdim etmiş, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yaşamasını və pensiya düzəltmək işi ilə məşğul olduğunu bildirmişdir. Söhbət əsnasında o, 1992-1996-cı illərdə həqiqi hərbi xidmətdə olduğunu və yaralanmasını bildirmişdir. Cavabdeh ona İİ qrup əlilliyi düzəldə biləcəyini və hər ay pensiya ala biləcəyini bildirmiş, bu işin düzəlməsi üçün 6000 (altı min) manat pul istəmişdir. O da İlhamın bu sözlərinə inanıb İİ qrup əlil kimi pensiya düzəltməsinə razılaşmışdır. Bundan sonra Cavabdehlə bir-birinin mobil telefon nömrələrini götürmüşlər. O, İlhamın kim olması ilə maraqlanmaq üçün qardaşı Əlheydər Xanışova zəng edərək İlham barəsində məlumat əldə edib ona bildirməsini xahiş etmişdir. Bir neçə gün sonra Əlheydər ona zəng edərək Cavabdeh Biləsuvar rayonunda pensiya düzəltmək işi ilə məşğul olmasını eşitdiyini bildirmişdir. Bundan sonra 2021-ci ilin mart ayının sonlarında Cavabdeh zəng etmiş və ona İİ qrup əlil kimi pensiyanı hansı müddətə düzəldəcəyini soruşmuş, İlhamın bu işi ən geci 6 ay müddətində düzəldə biləcəyini bildirmiş və ondan ilkin olaraq 3000 (üç min) manat pul istəmiş və pensiyasını düzəltmək işinə başlamaq istədiyini bildirmişdir. O, həmin vaxt Bakı şəhərində olduğu üçün 3000 (üç min) manat pulu taksi vasitəsilə qardaşı Əlheydər Xanışova göndərmiş və Cavabdehlə görüşüb çatdırmasını xahiş etmişdir. Əlheydər də sonradan ona zəng edərək göndərdiyi 3000 manat pulu Biləsuvar rayon avtovağzalının arxa tərəfində Cavabdeh verməsini bildirmişdir. Bundan başqa, 2021-ci ilin may ayının əvvəllərində Cavabdeh yenidən ona zəng edərək pensiyasının düzəlməsi üçün işlər gördüyünü bildirmiş və buna görə də qalan 3000 (üç min) manat pulu göndərməsini istəmişdir.O, Bakı şəhərində olduğuna görə qardaşı Əlheydərə zəng edərək taksi vasitəsilə 3000 manat pul göndərdiyini və həmin pulu Cavabdeh çatdırmasını xahiş etmişdir. Əlheydər də sonradan ona zəng edərək əvvəl olduğu kimi göndərdiyi 3000 manat pulu Biləsuvar rayon avtovağzalının arxa tərəfində Cavabdeh verməsini bildirmişdir. Cavabdehlə mütəmadi olaraq mobil telefon vasitəsilə əlaqə saxladıqda İlham hər dəfə onun pensiyasının düzəlməsi işi ilə məşğul olmasını bildirmiş, bu barədə narahat olmamasını demiş və söz verdiyi vaxtda pensiyasının düzələcəyini bildirmişdir. Bundan başqa, 2021-ci ilin may ayının ortalarında Cavabdeh ondan pensiyasının düzəlməsi üçün 200 ( iki yüz) manat, 2021-ci ilin may ayının sonlarında isə 300 ( üç yüz) manat pul istəmiş, o da həmin pulları əvvəllər olduğu kimi Bakı şəhərindən Biləsuvar rayonuna taksi vasitəsilə qardaşı Əlheydər Xanışova göndərmiş və Cavabdeh çatdırmasını xahiş etmişdir. Hər dəfə Əlheydər ona zəng edərək göndərdiyi pulları Cavabdeh çatdırmasını bildirmişdir. Lakin, Cavabdeh ona söz verdiyi vaxtda qrup əlillik və pensiya düzəltməmişdir. O, hər dəfə Cavabdehlə telefon vasitəsilə maraqlandıqda müxtəlif bəhanələr gətirərək pensiya işinin yaxın vaxtlarda düzələcəyinə dair yalan vədlər vermişdir. Sonradan İlhamın artıq onu aldatmasını və pulunu ələ keçirməsini başa düşüb verdiyi 6500 ( altı min beş yüz) manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. İlham isə onu müxtəlif bəhanələrlə aldadaraq pensiya düzəltmək adı ilə aldığı 6500 manat pulunu qaytarmamışdır. Buna görə də 12 may 2023-cü il tarixdə bununla bağlı Biləsuvar RPŞ-nə ərizə ilə müraciət etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Cavabdeh ondan həmin pulları alan zaman İİ qrup əlil kimi pensiya düzəltməkdə hər hansı şəxslə iş görməsini, aldığı pullardan hər hansı şəxs və ya şəxslərə verəcəyini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)- 36/2024 saylı hökmündən görünür ki, Cavabdeh İddiaçı İİ qrup əlilliyi düzəldə biləcəyini və hər ay pensiya ala biləcəyini vəd etməklə 2021-ci ilin mart ayının sonlarında 3000 manat pulu İddiaçı qardaşı X4 rayon avtovağzalının arxa tərəfində Cavabdeh vermiş, bundan başqa, 2021-ci ilin may ayının əvvəllərində Cavabdeh yenidən ona zəng edərək pensiyasının düzəlməsi üçün işlər gördüyünü bildirmiş və buna görə də qalan 3000 (üç min) manat pulu göndərməsini istəmişdir. O, Bakı şəhərində olduğuna görə qardaşı Əlheydərə zəng edərək taksi vasitəsilə 3000 manat pul göndərdiyini və həmin pulu Cavabdeh çatdırmasını xahiş etmiş, Əlheydər də əvvəl olduğu kimi göndərdiyi 3000 manat pulu Biləsuvar rayon avtovağzalının arxa tərəfində Cavabdeh vermiş, bundan başqa, 2021-ci ilin may ayının ortalarında Cavabdeh ondan pensiyasının düzəlməsi üçün 200 ( iki yüz) manat, 2021-ci ilin may ayının sonlarında isə 300 ( üç yüz) manat pul istəmiş, o da həmin pulları əvvəllər olduğu kimi Bakı şəhərindən Biləsuvar rayonuna taksi vasitəsilə qardaşı Əlheydər Xanışova göndərmiş və Əlheydər Xanışov həmin pulu da Cavabdeh vermişdir. Beləliklə, Cavabdeh İddiaçı İİ qrup əlilliyi düzəldə biləcəyini və hər ay pensiya ala biləcəyini vəd etməklə İddiaçı ümumilikdə 6500 manat pul almaqla ona zərər vurması iş materialları və işdə olan qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işdə olan mötəbər sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 6500 manat maddi ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(022)-599/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-599/2024
15.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver