Məhkəmə qərarları › İş №2(022)-603/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-603/2024

27.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-603/2024 27.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı yazılmış cərimənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən tərtib edilmiş ******* nömrəli 05 mart 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqda aktın ləğv edilməsi və hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik ) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia tələbinə dəqiqləşmə ərizəsi verərək göstərilmişdir ki, evinə gələn qazın sayğacdan qaz tutla-tutula keçməməsi kimi hallar olmuşdur.Bu haqda o, qaz təsərüfatının işçilərinə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə qaz təsərrüfatı işçiləri onun məlumatı əsasında yaşadığı evə gələrək qaz sayğacına baxmış və sayğacın yarasız olduğunu bildirmişlər. Sonradan həmin işçilər qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Elister G-4 markalı **********8 nömrəli qaz sayğacının yenisi ilə əvəzlənməsi üçün çıxararaq akt tərtib etmişlər. . Çıxarılmış sayğacın yerinə yeni sayğac quraşdırılmışdır. Sayğacın çıxarılması və yenisi ilə əvəzlənməsi zamanı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. 2024-cü ilin aprel ayında qaz idarəsinin nəzarətçisi ona 777,60 manat cərimə borcunun olduğunu bildirmişdir. Ona verilmiş sənədlərdə olan 05 mart 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsində göstərilir ki, sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasının qaz sayğacının yoxlanılmas barədə xx.xx.2024-cü il tarixli akt N-0229 əsasən G-4 markalı **********8 nömrəl! sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizmin alt hissəsi fiziki təsir nəticəsində deşilmişdir. Sayğac istismara yarasızdır.Bu tamamilə yalan və böhtandır.Belə ki, həmin sayğac yenisi ilə əvəzlənəndə şəxsən orada iştirak etmişdir. Həmin vaxt sayğac xəttdən açılmış və sayğacda hər hansı bir çatışmamazlıq aşkar edilməmişdir . Ona görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik ) manat məbləğində cərimənin onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar RİHB-nin Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 539-1/2-1039/2024 saylı arayışından görünür ki, İddiaçı Biləsyvar şəhəri A.Qasımov küçəsində yaşayır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Elistr tipli G-4 markalı **********8 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Honlykoll tipli G-4 markalı 13739865 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05 mart 2024-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı sayğacın hesablama mexanizmin alt hissəsinn fiziki təsir nəticəsində deşilməsi və sayğacın istismara yararsız olması müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 05 mart 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) 6480 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş 05 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Elistr tipli G-4 markalı **********8 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış sayğacın hesablama mexanizmin alt hissəsi fiziki təsir nəticəsində deşilməsi və sayğacın istismara yarasız olması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05 mart 2024-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 777 manat 60 qəpik borc iddiaçının abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı hesablanmış 777 manat 60 qəpik borc onun abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar