Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-619/2024 11.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin 12 oktyabr 2023-ci il tarixli 2(022)-1036/2023 saylı qətnaməsinin dəyişdirlərək, 08 fevral 2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər biri üçün 250 manat, cəmi 750 manat alimentin və mediyasiya şurasına ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək bildirmişdir ki, Biləsuvar rayon məhkəməsinin 12 oktyabr 2023-ci il tarixli 2(022)-1036/2023 saylı qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Cavabdeh hər ay uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulub uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi müəyyən edilmişdir.Belə ki, X7 fərdi əməklə məşqul olur, təsərüfatla məşquldur və yüksək gəlir əldə edir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşağa görə 100 manat aliment pulu ilə uşaqlarını saxlaya bilmir. Ona görə də onun ailə vəziyyətini və yaşayış şəraitini nəzərə alaraq Biləsuvar rayon məhkəməsinin 12 oktyabr 2023-ci il tarixli 2(022)-1036/2023 saylı qətnaməsinin dəyişdirlərək, 08 fevral 2014-cü il tarixdə doğulmuş X3, 26 yanvar 2016-cı il tarixdə doğulmuş X1 və 18 yanvar 2017-ci il tarixdə doğulmuş X2 hər ay hər biri üçün yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində 250 manat, cəmi 750 manat alimentin cavabdehən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan AZ-İİİ № 901661 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 yanvar 2017-ci ildə anadan olmuşdur. Şəhadətnamədə uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİİ № 283424 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 fevral 2014-cü ildə anadan olmuşdur. Şəhadətnamədə uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİİ № 668338 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 yanvar 2016-cı ildə anadan olmuşdur. Şəhadətnamədə uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(022)- 1036/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2014-cü ildə anadan olmuş X3, xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla, ayda cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi müəyyən edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2024-00473 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi, qazanca malik olmaması və ya az gəlirli olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Hazırkı iş üzrə İddiaçı Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(022)-1036/2023 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonra ötən müddət ərzində müəyyən edilmiş hazırkı aliment məbləğinin artırılması üçün əsas ola biləcək, tərəflərin ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, cavabdehin ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri sübut etmə yükü məhz İddiaçı üzərinə düşür. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddiası rədd edilməlidir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(022)-1036/2023 saylı qətnaməsinin dəyişdirilərək, 08 fevral 2014-cü il tarixdə doğulmuş X3, 26 yanvar 2016-cı il tarixdə doğulmuş X1 və 18 yanvar 2017-ci il tarixdə doğulmuş X2 hər ay hər biri üçün yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 250 manat, cəmi 750 manat alimentin Cavabdeh tutulması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(022)-619/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-619/2024
11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver