Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-624/2025 10.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 61A nömrəli evdən qeydiyyatdan çıxarılması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 04 mart 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 61A nömrəli evdən qeydiyyatdan çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, hazırki iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması yolverilməz olduğuna görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı inzibati icraat çərçivəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 61A nömrəli evdən qeydiyyatdan çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 29 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndinə görə yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Habelə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli Qərarına görə məhkəmə təcrübəsində məhkəmə aidiyyəti məsələsinin fərqli qiymətləndirilməsi, bu sahədə qanunvericiliyin dəqiq tətbiq edilməməsi son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarına görə məhkəmə aidiyyəti əsassız və qeyri-qanuni dəyişdirilə bilməz. Həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina etməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə etmişdir ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya izah edilməlidir ki, o, Cavabdeh ona məxsus olan Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 61A nömrəli evin qeydiyyatından çıxarılması haqqında ərizə ilə Maraqlı şəxsnə, həmin orqandan bundan imtina etdikdə, şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilməsi barədə Maraqlı şəxs qərarından tabeçilik qaydasında yuxarı icra hakimiyyəti orqanına və ya aidiyyəti üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bundan başqa, iddiaçıya izah edilməlidir ki, o, Cavabdeh Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 61A nömrəli fərdi yaşayış evindən istifadə hüququnun aradan qalxdığını hesab edirsə, həmin şəxsin Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 61A nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə Azərbaycan Respublikası MPM-nin 35.1, 149 və 150-ci madələri ilə müəyyən edilmiş qaydada cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 61A nömrəli evdən qeydiyyatdan çıxarılması barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, o, cavabdehin ona məxsus olan Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 61A nömrəli evin qeydiyyatından çıxarılması barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə, Cavabdeh Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 61A nömrəli fərdi yaşayış evindən istifadə hüququnun aradan qalxdığını hesab edirsə, həmin şəxsin Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən 61A nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə Azərbaycan Respublikası MPMnin 35.1, 149 və 150-ci madələri ilə müəyyən edilmiş qaydada cavabdehin rəsmi qeydə alındığı yer üzrə Biləsuvar rayon Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-624/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-624/2025
10.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver