Məhkəmə qərarları › İş №2(022)-627/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-627/2024

04.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-627/2024 04.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndələri vəkil Nümayəndə1 və X3, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli Akt əsasında tərtib edilmiş tələbnamənin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 3637 manat 44 qəpik ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023cü il tarixli Akt əsasında tərtib edilmiş tələbnamənin (qərarın) qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə ərizəsi verərək bildirmişdir ki, iddiaçı Biləsuvar şəhəri, S.Vurğun küçəsi 100 saylı evdə yaşayır. Biləsuvar şəhər M.İbrahimov küçəsindəki ev onun mülkiyyətindədir. Həmin evdə faktiki olaraq yaşamır. Belə ki, həmin evdə təmir gedir. İddiaçı evinə qanuna müvafiq qaydada qaz çəkdirmişdir. Hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini ödəmişdir. 2023-cü ilin yanvar ayının 27-də Biləsuvar Qaz İdarəsinin əməkdaşları onun evinə gələn qaz xəttini araşdırmış, daha sonra onlar hesab etmişlər ki, iddiaçı guya evinə çəkilmiş qaz xəttindən əlavə xəttdən istifadə edir. Halbuki, belə bir hal olmamışdır. Belə ki, onun əlavə qaz xəttindən istifadə etməsi halı sübut olunmalıdır. İkincisi, qanunsuz xətt varsa onun hara getməsi, nə üçün istifadə olunması və nə məqsədlə çəkilməsi müəyyən edilməlidir. Bir daha bildirir ki, onun evində qanunsuz qaz xətti və həmin xəttdən istifadə halı olmamışdır. Ona görə də ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Biləsuvar rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra cavabdeh təşkilat Biləsuvar rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsində işə baxılarkən, yəni 26 dekabr 2023-cü il tarixdə apelyasiya məhkəməsinin hakimləri X4 (sədrlik edən məruzəçi), X5 və X6 onun yaşayış evinə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, onun ümumiyyətlə evində kombi və ümumi qaz xəttinə qanunsuz qoşulma belə yoxdur. Bunu cavabdeh təşkilatın nümayəndələri də baxış zamanı etiraf etmişlər. Sonradan məhkəmə müəyyən etmişdir ki, o, iddiada aktın ləğvini deyil, həmin akt əsasında qəbul edilmiş tələbnamənin ləğvini tələb etməlidir. Buna görəı də iş üzrə icraata xitam verilmişdir. Bunuhla bağlı 26 dekabr 2023-cü ıl tarixdə qərardad da qəbul edilmişdir. Hazırda o, Apelyasiya Məhkəməsinin göstərdiyi şəkildə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqlardan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göründüyü kimi burada qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının aşkar edilməsi faktı əsas gətirilir. O, isə bildirir ki, onun tərəfindən şəbəkəyə qanunsuz qoşulma faktı olmamışdır. Tərtib olunmuş akt saxtadır. Onun həyətində və evində şəbəkəyə qanunsuz qoşulma halı yoxdur. Sonda iddiaçının nümayəndəsi tələbinin təmin olunmaqla cavabdeh təşkilatın 30 yanvar 2023-cü il tarixli tələbnaməsinə əsasən hesablanmış 3637 manat 44 qəpik pulun onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək göstərmişdir ki, iddiaçı Əzimov X2 rayonu, M.İbrahimov küçəsində yaşamaqla Lənkəran X9 İdarəsinin Biləsuvar Xidmət sahəsində **********03750 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran RQİİ-nin Biləsuvar Xidmət Sahəsinin X14 və Satışı Xidmətinin rəisi Sarıbala Mirzəyev, həmin xidmətin mühəndisi Camal Mirzəyev və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Şəhriyar Əliyev tərəfindən 27 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmışdır. X8 İdarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq 27 yanvar 2023-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarının sərfiyyatına uyğun olaraq cəmi 30312 m3 olmaqla İddiaçı abonent hesabına 3637 manat 44 qəpik pul hesablanmışdır. İddiaçı 27 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması, həmin akt əsasında yazılmış borcun silinməsi tələbi barədə Biləsuvar rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində sözügedən evdə kombinin olmadığını, Şirvan Apeliyasiya Məhkəməsinin mülki kollegiyasi tərəfindən həmin mənzildə sayğacdan kənar qoşulmanın olmadığı qənaətinə gəlinməsi ilə bağlı hər hansı qərara gəlinməmişdir. Eyni zamanda İddiaçı guya Lənkəran RQİİ-nin Biləsuvar XS-nin əməkdaşlarının həmin mənzildə sayğacdan kənar qoşulmanın olmadığını etiraf etməsi yalandır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1930/2023 saylı qərardadı Biləsuvar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)508/2023 saylı qətnaməsi ləğv edilmişdir. Şirvan Apeliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)- 1930/2023 saylı qərardadında A. Əzimovun xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbbi qazdan istifadə qaydalarının pozulması haqqında” aktı deyil, həmin akt əsasında ziyanın hesablanması və tutulması barədə qərar mübahisələndirilməlidir qərarına gəlinərək Biləsuvar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-508/2023 saylı qətnaməsi ləğv edilmişdir. “Azəriqaz” İB və Lənkəran RQİ normativ hüquqi akt qəbul edən orqan deyil, itirilmiş qazın bərpası ilə bağlı akt tərtib edir. Odur ki, mübahisələndirilən tələbnamə xx.xx.2023-cü il tarixli ******* nömrəli “ Təbbi qazdan istifadə qaydalarının pozulması haqqında” əsasında qəbul edilmişdir. Sonda cavabdehin nümayəndəsi iddia əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bədinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İş materiallarında olan “Azəriqaz” X1 X9 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 yanvar 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesbat müddəti 365 gün, su qızdırıcı kombi maksimal saatlıq qaz sırfi 3m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 275 gün, itirilmiş qazın bərpası üçün hesabat aparılmış (1.2 x 24 x 365=10512 3 x 24 x 275=19800, cəmi: 30312 m3) və hesablanmış cəmi məbləğin 30312m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X1 X9 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli ******* saylı Aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)- 1930\2023 saylı qərardadından görünür ki, Biləsuvar rayon məhkəməsinin 2(022)- 508/2023 saylı 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbi üzrə icraata xitam verilmişdir. İşin müəyyən edilmiş hallarndan görünür ki, qaz sayğacına iddiaçının iştirakı ilə baxış keçirilməsi, daha sonra iddiaçının aktın tərtib edlməsində iştirakı və ondan sonra aktın bir surətinin iddiaçıya təqdim edilməsi, iddiaçının qeyd olunan qanunsuz qoşulma halının müəyyən edilməsindən sonra izahatının alınması və onun aşkar edilmiş pozuntuya münasibətinin aydınlaşdırılması istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunmüvafiq tədbirlərin görülməsi iş materialları ilə müəyyən olunmur. Bundan əlavə, iddiaçının qazdan istifadə ilə əlaqədar qanuna və ya müqavilə münasibətinə zidd olaraq cavabdeh təşkilata ziyan vurması səbəbindən onun inzibati xəta əməlini törətməsi və ya cinayət məsuliyyətinə səbəb olan əməli törətməsi iş materialları ilə müəyyən edilmir. İşin faktiki hallarından görünür ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının əlavə qaz xətti çəkməsi səbəbindən zərərə məruz qaldığını və bunun sübutu olaraq video çəkiliş təqdim etsə də, işin həmin halı iddiaçı tərəfindən mübahisələndirilmiş, lakin cavabdeh tərəfindən qeyd olunan halın araşdırlması və iddiaçının təqsirli olmasına dair məhkəməyə xüsusi araşdırmanın nəticəsi olaraq hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 30 yanvar 2023-cü il tarixli tələbnaməsinə əsasən hesablanmış 3637 manat 44 qəpik borc İddiaçı abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 30 yanvar 2023-cü il tarixli tələbnaməsinə əsasən hesablanmış 3637 manat 44 qəpik borc İddiaçı abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar