Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-629/2023 13.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Hacıağa qızının Cavabdeh iştirakı ilə İddiaçı Hacıağa qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Hacıağa qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(022)-129/2019 nömrəli qətnaməsi ilə oğlu X3 və qızı X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 2 uşağa görə tutulan 180 manat məbləğində alimentin artırılaraq hər ay 380 manat sabit pul məbləğində müəyyən edilməsi və Mediasiya xərcinə görə ödədiyi 55 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hacıağa qızı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, o, 2013-cü ildə Cavabdeh ilə el adəti qaydasında toy edib ailə həyatı qurmuşdur. Nikahları xx.xx.2017-ci il tarixdə Biləsuvar rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında Akt qeydləri kitabında 167 nömrəsi ilə qeyd edilmiş və onlara nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə 2 uşaqları olmuşdur. Belə ki, xx.xx.2014cü il tarixdə X5 və xx.xx.2016-cı il tarixdə X6 anadan olmuşdur. Biləsuvar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(022)-129/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlarının hər ikisinin onun yanında qalması müəyyən edilmiş, hər bir uşağa görə hər ay 90 manat olmaqla, ümumilikdə hər ay 180 manat sabit pul məbləğində aliment qət edilmişdir. Məhkəmənin qəbul etdiyi qətnamədən 5 il vaxt keçmişdir. Uşaqları böyümüş, tələbatları artmış, hər ikisi məktəbli olduğu üçün dərs vəsaitlərini və məktəbli paltarlarını pulla alır. Ailə vəziyyəti ağırdır, atası vəfat etmişdir, xəstə anasına sığınmış, heç bir yerdə işləmir, pensiya, müavinət, ünvanlı sosial yardım almır. Nail tərəfdən də alimentdən başqa əlavə yardım, dəstək edilmir. 2019-cu ildə məhkəmə tərəfindən hər uşağa görə 90 manat alimentin müəyyən edilməsi bəlkə də normal hal ola bilərdi. Lakin indiki şəraitdə həmin pulla 2 uşağı saxlamaq çox çətindir. Hazırda AR-da 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.Odur ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(022)-129/2019 nömrəli qətnaməsi ilə oğlu X3 və qızı X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 2 uşağa görə tutulan 180 manat məbləğində alimentin artırılaraq hər ay 380 manat sabit pul məbləğində müəyyən edilməsi və Mediasiya xərcinə görə ödədiyi 55 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, yəni iddiaçının tələb etdiyi miqdarda alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X1 rayonu Əsgərabad kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İV seriyalı № 055790 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı Hacıağa qızı yazılmışdır. İş materiallarında olan AZ-İV seriyalı № 055791 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı Hacıağa qızı yazılmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(022)-129/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı Hacıağa qızına verilməsi qət edilmişdir. İş materiallarında olan X2 xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-00629 saylı arayışından görünür ki, tərəflər mediasiya sesiyasında iştirak etmiş, lakin razılığa gəlməmişlər. İddiaçı Hacıağa qızı X2 keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində müdiasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(022)-129/2019 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaysan Respublikası Qanunun 9.1-si maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən X2 keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində - 45 manat məbləğdə pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(022)-129/2019 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi ayda 240 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Hacıağa qızına verilsin. X2 keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı Hacıağa qızına verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-629/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-629/2023
13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver