Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-647/2023 11.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış borcun silinməsi və bununla bağlı tərtib olunmuş 291119 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşmə barədə ərizə təqdim edərək və izahat verərək göstərilmişdir ki, Biləsuvar şəhəri, H.Əliyev küç, ev 10, mənzil 6 onun mülkiyyətindədir. Evinə qanunamüvafiq qaydada işıq xətti çəkilmiş və uzun illərdir ki, sayğac da quraşdırılmışdır. Hər ay 30-40 manatlıq elektrik enerjisindən istifadə edir və pulunu ödəyir. Bu ilin mart ayının 27-də saat 21 radələrində cavabdeh təşkilatın əməkdaşları akt yazmışlar. Akta görə guya o, nol fazanın yerini dəyişmiş və buna görə cərimə edilmişdir. Halbuki, belə bir hal olmamışdır. Onun 60-dan yuxarı yaşı vardır. O, nolla başqa xəttin yerini belə bilmir. Əvvəla o, sayğacdan sonraya cavabdehdir. İşıq dirəyinə çıxmaq üçün texniki vasitə, yəni avtomobil və ya xüsusi dirəyə çıxan lazımdır. İşıq dirəyində yüksək xətlə evlərə gələn naqilləri isə işıq idarəsinin işçiləri həyata keçirir. Bu gün də o, bilmir ki, dirəyin üstündə hansı naqil hansı xəttə birləşdirilib. Evinə gələn, yəni sayğacına yüksək xəttən gələn xəttin qoşulması isə işıq idarəsi əməkdaşları tərəfindən aparıldığından bu gün də onlar orada xətləri dəyişsələr belə o, buna müdaxilə edə bilməz. O, həmin 291119 saylı Akti Qanunsuz hesab edir. O, başa düşə bilmir, cavabdeh hansı Akta, hansı qanunsuz hərəkətinə və hansı əsasa görə onu cərimə edir. Axı o, bilməlidir ki, o, nə etmiş və nəyə görə və hansı əsasa görə cərimə edilmişdir.Bildiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli Qərarı ilə təsdiq edimiş " Elektrik enerjisindən istifadə Qaydalarının" 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə pozuntusuna yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.Ona verilən aktda isə hal şahidləri qrafasındakı şahidlər işıq idarəsinin işçiləridir. Nəzərə çatdırır ki, həmin vaxt küçəyə qonşular da yığışmışlar. Onların aktı qanuni olsaydı hal şahidi cəlb edə bilərdilər. Lakin, nədənsə buna lüzum görməmişlər.Halbuki qanunun tələbinə görə aktın tərtibatı ona bildirilməli, o, imtina edərsə bu barədə akta qeyd yazılmalı və iki hal şahidi iştirak etməli idi. Görünür işıq idarəsi Azərbaycan Respulikasının Qanunlarını qəbul etmir və öz yazdıqları qanunlarla işləyirlər.O, cavabdeh təşkilatın onu cərimə etməsinə dair 291119 saylı aktını əsassız və qanunsuz hesab edir.Odur lki, "xxxx" ASC-nin 291119 saylı aktının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mayılova X1 şəhəri, H.Əliyev küçəsi ev 10, mənzil 6-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar rayon MTTİİS-nin xx.xx.2023-cü il tarixli 123 saylı arayışından görünür ki, Mayılova X1 şəhəri H.Əliyev küçəsində yerləşən 10 saylı evin 6 saylı mənzilindı yaşayır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli AKT R № 291119 saylı akta görə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********05629 kodu olan sayğacın şəbəkəyə qoşulma sxemi pozulmuş, kənardan verilən «0» xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, 030487 nömrəli akt Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (Qaydalar) 8.17-2- bəndinin tələbinə uyğun tərtib edilməmişdir. Həmin bəndin tələbinə görə, istehlakçı (cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmçinin, Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli 291119 saylı akt ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli 291119 saylı Akt ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(022)-647/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-647/2023
11.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver