Məhkəmə qərarları › İş №2(022)-652/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-652/2023

11.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-652/2023 11.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X3 cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq”Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış borcun silinməsi və bununla bağlı tərtib olunmuş 031972 saylı aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X5 iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar şəhəri Azadlıq küçəsi ev 6 iddiaçının mülkiyyətindədir. Evinə qanunamüvafiq qaydada işıq xətti çəkilmiş və uzun illərdir ki, sayğac da quraşdırılmışdır. İddiaçı hər ay 30-40 manatlıq elektrik enerjisindən istifadə edir və pulunu ödəyir. Bu ilin aprel ayının 10-da 11 radələrində cavabdeh təşkilatın əməkdaşları barəsində akt yazmışlar. Akta görə guya iddiaçı nol fazanın yerini dəyişmiş və buna görə cərimə edilmişdir. Halbuki, bu belə deyildir. İddiaçının 82 yaşı var. O, nolla başqa xəttin yerini belə bilmir. Əvvəla iddiaçı sayğacdan sonraya cavabdehdir. İşıq dirəyinə çıxmaq üçün texniki vasitə, yəni avtomobil və ya xüsusi dirəyə çıxan lazımdır. İşıq dirəyində yüksək xətlə evlərə gələn naqilləri isə işıq idarəsinin işçiləri həyata keçirir. Bu gün də iddiaçı bilməz ki, dirəyin üstündə hansı naqil hansı xəttə birləşdirilib. İddiaçı barəsində tərtib edilmiş 031972 saylı Akti qanunsuz hesab edir. Sonda İddiaçı nümayəndəsi vəkil X5 "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış borcun silinməsi və bununla bağlı tərtib olunmuş 031972 saylı aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, «Azərişıq” ASC-nin əməkdaşlarının keçirmiş olduqları reyd zamanı çəkiliş apardıqlarını göstərərək həmin video görüntüləri məhkəməyə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mehtiyeva X2 şəhəri, Azadlıq küçəsi ev 6-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-39-1/2-1258/2023 saylı arayışından görünür ki, Mehtiyeva X2 şəhəri, Azadlıq küçəsi ev 6-da yaşayır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 10 aprel 2023-cü il tarixli 031972 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********00328 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğacın şəbəkəyə qoşulmuş sxemi pozulmuş, kənardan verilən «0» xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmışdır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş videoçəkilişdən də məlum olur ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış cərimə borcunun silinməsi və bununla bağlı tərtib olunmuş 10 aprel 2023-cü il tarixli 031972 nömrəli aktın etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-yə qarşı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış cərimə borcunun silinməsi və bununla bağlı tərtib olunmuş 10 aprel 2023-cü il tarixli 031972 nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar