Məhkəmə qərarları › İş №2(022)-662/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-662/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-662/2024 20.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 23 iyul 2014-cü il tarixli 2(073)-358/2014 saylı qətnaməsinin dəyişdirilərək 18 iyul 2008-ci il tarixdə anadan olmuş X1 və 26 centyabr 2011-ci il tarixdə anadan ollmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa 250 manat, cəmi 500 manat alimentin və mediasiya şurasına ödənilmiş 55 manat, 5 manat poçt xərcinə görə pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki işə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı ona qarşı alimentin artırılması tələbi ilə bağlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürülməsinə etirazının olmadığını bildirdi. MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar