Məhkəmə qərarları › İş №2(022)-669/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-669/2023

22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-669/2023 22.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-603/2021 saylı qətnaməsinin dəyişdirilərək, 16 aprel 2014-cü il təvəllüdlü X4, 20 oktyabr 2015-ci il təvəllüdlü X3 və 14 aprel 2017-ci il təvəllüdlü X5 hər ay hər biri üçün yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində 220 manat, cəmi 660 manat alimentin və mediasiya şurasına ödnilmiş 55 manat məbləğində pulun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddianı müdafiə edərək bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-603/2021 saylı qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Cavabdeh hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat aliment tutulub uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi müəyyən edilmişdir. Cavabdeh fərdi əməklə məşğuldur və gəlri yüksəkdir. Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat aliment pulu ilə o, uşaqlarını dolandıra bilmir. Sonda iddiaçı Sultanlı X2 Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-603/2021 saylı qətnaməsinin dəyişdirilərək, 16 aprel 2014-cü il təvəllüdlü X4, 20 oktyabr 2015-ci il təvəllüdlü X3 və 14 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində 220 manat, cəmi 660 manat alimentin və mediasiya şurasına ödnilmiş 55 manat məbləğində pulun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, hazırda rəsmi olaraq heç bir yerdə işləmir və Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-603/2021 saylı qətnaməsinə əsasən hər ay hər uşağa görə 100 manat, cəmi 300 manatdan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti hər ay tam olaraq ödəyə bilmir. Ona görə də müəyyən edilmiş alimentin məbləğinin artırılması onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaqdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan AZ-İİİ № 283779 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 aprel 2014-cü ildə anadan olmuşdur. Şəhadətnamədə uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİİ № 633961 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 oktyabr 2015-ci ildə anadan olmuşdur. Şəhadətnamədə uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİİ № 914892 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci ildə anadan olmuşdur. Şəhadətnamədə uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-603/2021 saylı qətnaməsindən görünür ki, 16 aprel 2014-cü il təvəllüdlü X4, 20 oktyabr 2015-ci il təvəllüdlü X3 və 14 aprel 2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat alimentin Cavabdeh alınıb İddiaçı verilməsi müəyyən edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-00661 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi, qazanca malik olmaması və ya az gəlirli olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Hazırkı iş üzrə iddiaçı Sultanlı X2 Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-603/2021 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonra ötən müddət ərzində müəyyən edilmiş hazırkı aliment məbləğinin artırılması üçün əsas ola biləcək, tərəflərin ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, cavabdehin ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri sübut etmə yükü məhz İddiaçı üzərinə düşür. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddiası rədd edilməlidir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(022)-603/2021 saylı qətnaməsinin dəyişdirilərək, 16 aprel 2014-cü il təvəllüdlü X4, 20 oktyabr 2015-ci il təvəllüdlü X3 və 14 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində 220 manat, cəmi 660 manat alimentin və mediasiya şurasına ödnilmiş 55 manat məbləğində pulun Cavabdeh tutulması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar