Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-674/2023 22.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbləri barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-369/2022 saylı qətnaməsinin dəyişdirilərək, 24 fevral 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 140 manat müəyyən edilmiş alimentin miqdarının artırılaraq 220 manat müəyyən edilməsi və Mediasiya şurasına ödnilmiş 55 manat məbləğində pulun Cavabdeh tutulub ona verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 24 fevral 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanılması üçün ondan hər ay tutulan 140 manat məbləğdə alimentin azaldılaraq 110 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-369/2022 saylı qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Cavabdeh hər ay 24 fevral 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 140 manat alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Cavabdeh fərdi əməklə məşğul olmaqla yüksək gəlir əldə etməsinə baxmayaraq uşağın saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş hər ay 140 manat aliment uşağın saxlanması üçün ona kifayət etmir. Sonda iddiaçı Quliyeva X6 Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-369/2022 saylı qətnaməsinin dəyişdirilərək, 24 fevral 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat alimentin və Mediasiya şurasına ödnilmiş 55 manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, o, 31 noyabr 2013-cü il tarixdə İddiaçı ailə həyatı qurmuşdur. İddiaçı ərə gəldiyi gündən onunla normal ailə münasibətləri olmamış, İddiaçı hər gün evi tərk edərək anasının yanına getmiş, bir gün onunla, on gün anasının yanında qalmışdır. İddiaçı 6 aydan sonra uşağa hamilə qalmış, bundan sonra daha da münasibətləri pisləşmişdir. Hər gün evdə dava-dalaş salmış, hər şeyi vurub sındırmışdır. Nahəyət hamiləliyin 6-cı günündə evdən birdəfəlik çıxıb anasının yanına getmiş və orada da uşağı doğulmuşdur. Uşaq 1 il 6 aylıq olanda qohum-əqrabanm məsləhəti ilə İddiaçı onlara gətirmişlər. Biləsuvar Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə nikahları pozulmuş və 24 fevral 2015-ci il təvəllüdlü Bahar Əliyevanın xeyrinə ondan 100 manat məbləğdə alimentin alınıb İddiaçı qızma verilməsi qərara alınmışdır. Daha sonra İddiaçı yenidən alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldırmış, Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, alimentin məbləği 140 manata çatdırılmışdır.Hazırda İddiaçı yenidən məhkəmədə alimentin artırılması ilə bağlı iddia qaldırmışdır. Yəni alimentin son dəfə artırılmasından bir il keçməmiş İddiaçı yenidən alimentin artırılmasını tələb edir. Hazırda onun 48 yaşı var, sağlamlıq durumu yerində deyil, xəstə olduğu üçün iş qabiliyyəti zəifləmiş, 140 manat alimenti ödəyə bilmir. O, atası İsmayıl Əliyevin pensiyası hesabına alimenti ödəyir. O, özü də evlidir. Odur ki, İddiaçı alimenti köhnə qaydada ödəyə bilmir. Alimenti vaxtlı-vaxtına ödəyə bilmədiyi halda İddiaçı yenidən alimentin 220 manat artırılması ilə bağlı məhkəmədə iddia qaldırmışıdır. Odur ki, İddiaçı ondan tutulan alimentin məbləğinin 220 manata çatdırılması və mediasiyaya ödədiyi 55 manat məbləğdə pulun ondan tutulması ilə bağlı iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, yəni 24 fevral 2015-ci il təvəllüdlü X5 hər ay yetkinlik yaşma çatana kimi saxlanılması üçün ondan tutulan 140 manat məbləğdə alimentin azaldılaraq 110 manat məbləğində məüəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsinə əsasən Biləsuvar rayon məhkəmısinin 05 iyul 2017-ci il tarixli 2(022)- 1217/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanılması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, 24 fevral 2015-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hır ay 140 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,47 misli miqdarında sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-00876 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Ağalıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 iyun 2023-cü il tarixli 5-39-20/2-153-2023 saylı arayışından görünür ki, Əliyev X4 rayonu Ağalıkənd kəndində yaşayır, heç bir yerdə işləmir və arvadı X3 və atası X2 ibarət ailə üzvü vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi, qazanca malik olmaması və ya az gəlirli olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Hazırkı iş üzrə iddiaçı Quliyeva X6 Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonra ötən müddət ərzində müəyyən edilmiş hazırkı aliment məbləğinin artırılması üçün əsas ola biləcək, tərəflərin ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, qarşılıqlı iddiaçı Cavabdeh istinad etdiyi hallar, yəni onun yaşlı olması, heç bir yerdə işləməməsi uşağın əvvəlki təminatının azaldılması qəanətinə gəlməyə əsas vermir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, cavabdehin ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri sübut etmə yükü məhz İddiaçı üzərinə düşür. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbi barədə iddiası rədd edilməlidir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-369/2022 saylı qətnaməsinin dəyişdirilərək, 24 fevral 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 220 manat alimentin müəyyən edilməsi və mediasiya şurasına ödəvnilmiş 55 manat məbləğində pulun Cavabdeh tutulması tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı 24 fevral 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanılması üçün ondan hər ay tutulan 140 manat məbləğində alimentin azaldılaraq 110 manat məbləğində müəyyən edilməsinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2(022)-674/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-674/2023
22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver