Məhkəmə qərarları › İş №2(022)-678/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-678/2024

02.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-678/2024 02.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc olaraq alınmış 8.640 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ağayev X2 Xalid Əliağa oğluna qarşı borc olaraq alınmış 8.640 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasına təyin edilmişdir. 05 iyun 2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh qarşı pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Həmin iddia tələbinin əsasının onun oğlu X3 ilə cavabdeh arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi təşkil edir. O, hazırda anlayır ki, o, iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququ olmadan məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, onun oğlu Cavabdeh borc verməmiş, cavabdeh onun oğlu F.İddiaçı 9.000 manat məbləğində pul vəsaitini dələduqluq yolu ilə mənimsəmişdir. F.İddiaçı Cavabdehlə razılaşaraq, gələcəkdə pulun geri qaytarılmasını təmin etmək etmək məqsədi ilə cavabdehi onunla kredit müqaviləsi imzalamağa razı salmışdır. O, hüquqi savadsızlıq ucbatından oğlunun ona verdiyi etibarnamə əsasında öz adından cavabdehə qarşı iddia tələbi irəli sürmüşdür. Hazırda Biləsuvar rayon Məhkəməsinin icraatında Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi vardır. F.İddiaçı həmin cinayət işi üzrə mülki iddia irəli sürmüşdür. Buna görə də o, Cavabdeh qarşı 9.000 manat pul tələbi üzrə iddia ərizəsinin və ona əlavə edilmiş dövlət rüsumuna dair sənədin, o cümlədən digər sənədlərin ona geri qaytarılmasını istəyir. Sonda, İddiaçı hazırki mülki işin mahiyyəti üzrə həll edilmədən baxılmamış saxlanmasını, iddia ərizəsinin, ödənilmiş dövlət rüsumununa dair qəbzin ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında İddiaçı göstərdi ki, o, Cavabdeh qarşı pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırsa da, əslində onun Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Belə ki, cavabdeh ondan yox, onun oğlu X1 8.640 manat məbləğində pul vəsaitini mənimsəmişdir. O, hüquqi savadsızlıq ucbatından oğlunun ona verdiyi etibarnamə əsasında öz adından cavabdehə qarşı iddia tələbi irəli sürmüşdür. Hazırda Biləsuvar rayon Məhkəməsinin icraatında Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi vardır və həmin iş üzrə onun oğlu F.İddiaçı mülki iddia irəli sürmüşdür. Buna görə də o, hazırda işə mahiyyəti üzrə baxılmasını istəmir. Sonda, İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Həmçinin İddiaçı iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh Məmmədov Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı borc olaraq alınmış 8.640 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar