Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-690/2024 18.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı barəsində hesablanmış 518.40 manat borcun onun abonent hesabından silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş ******* nömrəli, 11 mart 2024- cü il tarixli aktın və həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 mart 2024-cü il tarixli tələbnamənin etibarsız hesab edilməsi və 518,40 manat əsassız hesablanmış pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia tələbinə dəqiqləşmə ərizəsi verərək göstərilmişdir ki, “Azəriqaz” İB-nin əməkdaşları məlumatı olmadan ******* nömrəli, 11 mart 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək göstərmişlər ki, guya baxış zamanı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. “Azəriqaz” X4 X7 İdarəsinin rəisi tərfindən təsdiq edilmiş “dəymiş ziyanm bərpasına dair” 29 mart 2024-cü il tarixli tələbnamədən isə məlum olur ki, guya 4320 kub m. qaz itkisinə yol verilmişdir. Hər iki sənəd qanunsuz və əsassızdır. Cavabdeh təşkilatın mövqeyinə görə guya bunun üçün də o, əlavə olaraq 518,40 manat pul ödəməlidir. Həmin aktın yazılmasında və imzalamasında iddiaçı iştirak etməmişdir.Ailə üzvlərindən də kiminsə bundan məlumatı olmamışdır. Əməkdaşlar tərəfindən aktda qeyd olunmuşdur ki, guya iddiaçı akta imza etməkdən imtina etmişdir.“Azəriqaz” İB-nin ziyanla tərtib edilmiş bütün sənədləri əsasszıdır. Çünki cavbdeh təşilatın nümayəndələri hər ay qaz sayğacına baxış keçirib, aylıq sərfiyyatı çıxararaq ödənilməsi üçün ona bildiriş təqdim edirlər. Əgər sayğacdan kənar qeyri-qanuni müdaxilə halları var idisə, əməkdaşlar onu görərdilər. Hər şeydən əvvəl sayğac xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən növbəti dövlət yoxlaması adı ilə iddiaçının iştirakı ilə açılmış və sayğaca hər hansı bir müdaxilənin olması qeyd edilməmişdir. Əgər həqiqətən sayğaca müdaxilə var idisə, bu barədə aktda mütləq qeydiyyat aparılmalı idi.Bütün qeyd olunanlarla yanaşı, cavabdeh təşkilatın əməkdaşları “Qaz təchizatı haqqında” AR Qanunun tələblərinə bilərəkdən əməl etməməklə, qanunun tələbini kobud surətdə pozmuşlar. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respubikası Qanununda dıyişiklik edilməsi barədə 01 fevral 2022-ci il tarixli Qanunun 8-1ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüxsəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşma çatmış ailə üzvlərindən birinə), bir nüxsəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısma vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Sonda iddiaçının nümayəndəsi «Azəriqaz» istehsalat Birliyi tərəfindən iddiaçının barəsində hesablanmış 518.40 manat borcun onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar RİHB-nin Əliabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-39-4/2-135 saylı arayışından görünür ki, Əliyev X3 rayonu Əliabad kəndində yaşayır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Elistr tipli G-4 markalı 10324989 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və GCZ tipli G-4 markalı ******* nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X7 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 11 mart 2024-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik cızıq izlərinin aşkar olunması və sayğacın istismara yararsız olmasının müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X7 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 mart 2024-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 4m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (4 x 12 x 90=4320 m3) 4320 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X7 İdarəsi tərəfindən tərtib edilmiş 29 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Elistr tipli G-4 markalı 10324989 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və sayğaca baxış zamanı sayğacın hesablama mexanizmin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik cızıq izlərinin aşkar olunması və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (4 x 12 x 90=4320 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 11 mart 2024-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 518 manat 40 qəpik borc iddiaçının abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik borc İddiaçı abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-690/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-690/2024
18.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver