Məhkəmə qərarları › İş №2(022)-691/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-691/2024

03.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-691/2024 03.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 7.000 manat, iş üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 100 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Babayev X1 Zaur Vəzir oğluna qarşı ödənilməmiş borcun əvəzi qismində 7.000 manat, iş üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 100 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh İddiaçı həmyerlisi olmuş və tərəflər arasında münasibətlər normal olmuşdur. 20 noyabr 2023-cü il tarixdə cavabdeh İddiaçı şəxsi ehtiyacı olduğu üçün 7.000 manat məbləğində borc istəmişdir. İddiaçı Cavabdeh tanıdığı üçün həmin məbləğdə pul vəsaitini sonuncuya verə biləcəyini bildirmişdir. Buna görə də İddiaçı həmin məbləğdə pul vəsaitini qısa müddət ərzində qaytarmaq şərti ilə Cavabdeh borc kimi vermiş və sonuncu da borcun etirafına dair qəbz yazaraq iddiaçıya təqdim etmişdir. Həmin qəbzə görə cavabdeh iddiaçıya olan borcunu 20 aprel 2024-cü il tarixədək qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Həmin şəxs hazırki tarixədək müxtəlif bəhanələrlə olan borcunu qaytarmamış və borcun qaytarılmasına dair iddiaçının tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Habelə cavabdeh zamanla İddiaçı ilə olan münasibətini də kəsmişdir. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün vəkilin hüquqi yardımına 100 manat, dövlət rüsumunun ödənilməsinə isə 90 manat əlavə xərc çəkmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə o, iddiaçı ilə cavabdeh arasında mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cəhdlər göstərmişdir. İddiaçı cavabdehin ona birdəfəlik qaydada 5.000 manat ödəyəcəyi təqdirdə iddiadan imtina etməyə razılıq versə də, cavabdeh isə aylıq 150 manat ödəməklə borcunu hissə-hissə ödəməyi təklif etdiyinə görə razılıq əldə edilməmişdir. Mülki iş üzrə qətnamə qəbul edilərsə, cavabdeh qətnamə qanuni qüvvəyə minənə qədər iddiaçıya birdəfəlik 5.000 manat ödəyərsə, yenə də iddiaçı qətnamənin icrasından imtina edəcəkdir. Onda olan məlumata görə cavabdehin və ailə üzvlərinin iddiaçıya və arvadına cəmi 7.000 manat borcu vardır və tərəflər arasında başqa borc münasibətləri yoxdur. Buna görə də iddiaçının arvadının gələcəkdə cavabdehə qarşı ayrıca borc tələbi olmayacaqdır. Sonda, Nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlcə məhkəmə iclasında iddianı qismən qəbul edərək, bildirdi ki, İddiaçı onun həmerylisidir. 20 noyabr 2023-cü il tarixdə o, iddiaçının arvadı Xatirə Babayevanın vasitəçiliyi ilə şəxsi ehtiyacları üçün, İddiaçı 5.000 manat məbləğində borc pul almışdır. O, borcundan iddiaçıya hazırki tarixədək cəmi 500 manat qaytara bilmiş və onun həmin şəxsə cəmi 4.500 manat məbləğində borcu qalmışdır. Sonradan iddiaçının xahişi ilə o, iddiaçıdan 7.000 manat borc götürməsinə dair, öz xətti ilə borc qəbzi tərtib edərək imzalamaqla, iddiaçıya təqdim etmişdir. Sonradan Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim etməklə, iddia tələbini tam etiraf edərək, bildirdi ki, hazırda o, ididaçıya iddia tələbində göstərmiş 7.000 manat məbləğində borcu olduğunu etiraf edir və 7.000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmağa razıdır, lakin o, maddi vəziyyəti aşağı olduğu üçün iddiaçıya olan borcunu birdəfəlik şəkildə qaytara bilməyəcəkdir. O, maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan hissə-hissə ödənişlər edəcəkdir. Sonda, Cavabdeh iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh adından tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 20 noyabr 2023-cü il tarixdə 7.000 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş, həmin borcunu 20 aprel 2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Mülki işdə olan 29 aprel 2024-cü il tarixli, BPM**********47 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı iş üzrə hüquqi yardımın göstərilməsi məqsədi ilə Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə hesabına 100 manat məbləğində pul vəsaiti köçürmüşdür. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Mülki işin məhkəmə baxışı zamanı verdiyi izahatında Cavabdeh iş materiallarında olan 20 noyabr 2023-cü il tarixli yazılı qəbzin onun tərəfindən yazılıb imzalandığını və həmin tarixdə iddiaçıdan 7.000 manat məbləğində borc aldığını etiraf etdi. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi 20 noyabr 2023-cü il tarixli yazılı qəbzin onun tərəfindən tərtib edilərək, imzalamasını etiraf etməsi iddiaçını həmin faktı sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbini əsaslandırdığı faktı etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddiaçının istinad etdiyi faktları etiraf etməsi qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 7.000 manat məbləğində borc aldığını etiraf etsə də, həmin borcun hər hansı bir hissəsini qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 20 noyabr 2023-cü il tarixdə iddiaçıdan 7.000 manat məbləğində pul vəsaitini borc almış və həmin tarixdə iddiaçıya borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Lakin cavabdeh həmin borcu və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sənəd təqdim etməyərək, borc sənədini özünün tərtib edib imzalaması faktını məhkəmə hazırlıq iclasında etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin 20 noyabr 2023-cü il tarixdə iddiaçıdan müqavilə əsası olmadan aldığı və əsassız varlanma obyekti hesab olunan 7.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 90 manat və iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı Əlibaba oğlunun iddiası təmin edilsin. Cavabdeh borc kimi alınmış vəsaitin əvəzi qismində 7.000 (yeddi min) manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 90 (doxsan) manat və iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 100 (bir yüz) manat, cəmi 7.190 (yeddi min bir yüz doxsan) manat məbləğində pul vəsaiti İddiaçı Əlibaba oğlunun xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar