Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-740/2023 27.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X1 "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 2992 manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, X4 tərəfindən onun abonent hesabına yazılmış 2992 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasına dəqiqləşmə ərizəsi verərək göstərmişdir ki, xx.xx.2022-il tarixdə ona məxsus olan yaşayış evində quraşdırılmış elektrik hesabat sayğacı bilinməyən səbəbdən od tutub yanmış və nəticədə yararsız vəziyyətə düşmüşdür. Elə həmən gün o, bu barədə Cavabdehnə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə EŞ.nin nümayəndələri gəlmiş, sayğaca baxış keçirmiş və sayğaca gələn elektrik xəttini kəsmişlər.O, dəfələrlə EŞ- inə müraciət etmişdir ki, gətirib yeni sayğac quraşdırsınlar. O, hər il olduğu kimi həmin ili də taxıl biçini qurtaran kimi, yəni 15 iyunda heyvanlarını çıxarıb yay örüşünə getmişdir. Onlar bir də 6 aydan sonra dekabr ayının ortalarında evə qayıtmışlar. Keçmiş vaxt ərzində (yəni 6 ay) həmin sayğac yanmış evdə yaşayış olmamışdır. O, yenidən Biləsuvar EŞ-nə müraciət etmiş və 2022-ci il dekabrın ortalarında sayğac gətirib quraşdırmışlar. Yalnız 2023-cü il fevral ayının axırı kəndin elektrik nəzarətçisi ona bildirmişdir ki, X4 tərəfindən o, 2992 manat cərimə olunmuşdur.Cərimə olunmağı barədə ona heç bir rəsmi məlumat verilməmişdir. O, cərimə olunmağı ilə əlqədar xx.xx.2023-cü il tarixdə “Azərişıq" ASC-nin Cənub RETSİ-nin rəisinə ərizə ilə müraciət etmişdir. Onlar da xx.xx.2023-cü il tarixdə ona yazdıqları cavab məktubunda 2992 manat cərimə olunduğunu göstərmişlər. Odur ki, “Azərişıq" ASC-nin onun barəsində tərtib edilmiş 20 may 2022-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 2992 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X2 da eyni məzmunda ifadə verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu və bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nın Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-14/2-335/2023 saylı arayışından görünür ki, İddiaçı məxsus Biləsuvar rayonu Səmədabad kəndi ərazisində şəxsi təsərrüfatı (ferması) vardır.Bu şəxsi təsərrüfatında elektrik sayğacı vardır.Mövsümlə əlaqədar İddiaçı heyvanları müvəqqəti olaraq digər əraziyə köçürdüyü üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bu təsərrüfatdan istifadə etməmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəzarət Departamenti Satışa Nəzarət idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-cı il tarixli R 261427 saylı akta görə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac TM-nin şitində quraşdırılmışdır.04 kv-luq çubuqları müvafiq olaraq 1805014, 235850, ******* saylı möhürlərlə möhürlənmişdir.Sayğaq quraşdırıldığı yerdə yanaraq sıradan çıxmışdır. Həmçinin, Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı barədə "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-cı il tarixli AKT R № 261427 saylı aktı dəyişdirilməklə (əvvəlki ayın sayğac göstəricisinə uyğun olaraq 27 günlük sərfiyyat 2730 kvt.s. olub, hesablama 2730 x 27 gün x 12 gün=1213kvt.s aylıq limit 200 kvt.s x 0.08=16 manat, limit 100 kvts x 0.09=9 manat, limitdən artıq 913.33 x 0.13=118.7 manat:-cəmi 143.7 manat) İddiaçı tərəfindən "xxxx" açıq səhmdar cəmiyyətinə dəymiş ziyan məbləği 143.7 manat müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 20 may 2022-cı il tarixli AKT R № 261427 saylı aktı dəyişdirilməklə İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəymiş ziyan məbləği 143 (yüz qırx üç) manat 70 (yetmiş) qəpik müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2(022)-740/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-740/2023
27.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver