Məhkəmə qərarları › İş №2(022)-748/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-748/2024

20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-748/2024 20.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Biləsuvar rayon Məhkəməsiiniin 24 fevral 2016-cı il tarixli, 2(022)- 24/2016 saylı qətnaməsinin dəyişdirilərək, 05 fevral 2007-ci il tarixdə doğulmuş X2 və 08 mart 2013-cü il tarixdə doğulmuş X1 hər ay yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər biri üçün sabit pul məbləğində 250 manat, cəmi 500 manat alimentin və mediasiya şurasına ödənilmiş 55 manat xərcinə görə pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Biləsuvar rayon Məhkəməsiiniin 24 fevral 2016-cı il tarixli, 2(022)- 24/2016 saylı qətnaməsinin dəyişdirilərək, 05 fevral 2007-ci il tarixdə doğulmuş X2 və 08 mart 2013-cü il tarixdə doğulmuş X1 hər ay yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər biri üçün sabit pul məbləğində 250 manat, cəmi 500 manat alimentin və mediasiya şurasına ödənilmiş 55 manat xərcinə görə pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasına təyin edilmişdir. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, onun qızı Ü.S.Mizəyeva Cavabdeh qarşı məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehin anasının israrlı xahişinə görə tərəflər mübahisənin məhkəmədənkənar qaydada həlli barədə razılıq əldə etmişlər və buna görə də iddiaçı hazırda həmin mülki işə mahiyyəti üzrə baxılmasını istəmir. Bununla əlaqədar Nümayəndə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı Biləsuvar rayon Məhkəməsiiniin 24 fevral 2016-cı il tarixli, 2(022)- 24/2016 saylı qətnaməsinin dəyişdirilərək, 05 fevral 2007-ci il tarixdə doğulmuş X2 və 08 mart 2013-cü il tarixdə doğulmuş X1 hər ay yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər biri üçün sabit pul məbləğində 250 manat, cəmi 500 manat alimentin və mediasiya şurasına ödənilmiş 55 manat xərcinə görə pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar