Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-749/2024 01.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən tərtib edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqda aktın ləğv edilməsi və hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik ) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia tələbinə dəqiqləşmə ərizəsi verərək göstərmişdir ki, onun evinə gələn qazın sayğacdan zəif keçməsi kimi hallar olmuşdur. Bu barədə o, qaz təsərüfatına məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə qaz təsərrüfatı işçiləri onun məlumatı əsasında yaşadığı evə gələrək qaz sayğacına baxmış və sonradan həmin işçilər qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Zenner G-4 markalı **********67 nömrəli qaz sayğacının yenisi ilə əvəzlənməsi üçün çıxararaq akt tərtib etmişlər. Çıxarılmış sayğacın yerinə yeni sayğac quraşdırılmışdır. Sayğacın çıxarılması və yenisi iiə əvəzlənməsi zamanı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. 2024-cü ilin aprel ayında qaz idarəsinin nəzarətçisi ona 777,60 manat cərimə borcunun olmasını və ödənilməsini tələb etmişdir. Bununla bağlı rayon qaz idarəsindən ona qaz sayğacına müdaxilə olduğunu bildirmişlər. O, cərimənin hansı sənədlər əsasında yazıldığını və həmin sənədlərin ona təqdim edilməsini xahiş etmiş və ona bu haqda sənədlərin surətlərini vermişlər. Həmin verilmiş sənədlərdə olan 08.12..2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsində göstərilir ki, sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasının qaz sayğacının yoxlanılmas barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-12643 nömrəli aktına əsasən G-4 markalı **********7 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın istismara yarasız olduğu göstərilmişdir. Lakin onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmayıbdır. Əksinə qazın fasilələrlə keşməsini gördükdən sonra o, özü bu haqda məlumat vermişdir. Bu məlumatdan sonra qaz təsərrüfatının əməkdaşları qaz sayğacına baxış keçirmişlər. Sonda iddiaçı «Azəriqaz» istehsalat Birliyinin onun barəsində hesablanmış 777.60 manat borcun onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-39-1/2-1464/2024 saylı arayışından görünür ki, Əliyev X3 şəhəri S.Ə.Şirvani küçəsində yaşayır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Zenner tipli G-4 markalı **********7 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Zenner tipli G-4 markalı **********8 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 08 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı sayğacın çıxış plastmas borusu deşildiyi, xətaların təyin edilə bilməməsi, sayğacın membranının fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamağın mümükün olmaması və sayğacın istismara yararsız olmasının müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 08 dekabr 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6 x 12 x 90=4320 m3) 6480 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Zenner tipli G-4 markalı **********7 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və sayğaca baxış zamanı sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların təyin edilə bilinməməsi, sayğacın membranının fasilələr ilə işlədiyindən sayğacıın sınaq qurğusunda yoxlamaq mümükün olmaması və sayğacın istismara yararsız olmasının müəyyən edildiyi göstərilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddətinin 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (6 x 12 x 90=4320 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 08 dekabr 2023-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 777 manat 60 qəpik borc iddiaçının abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc İddiaçı abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-749/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-749/2024
01.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver