Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-751/2025 02.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ərizə ilə müraciət edərək, Cavabdeh 3600 (üç min altı yüz) manat və dövlət rüsumuna görə ödədiyi 56 manat pul vəsaitinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus ** BA *** dövlət qeydiyyat nişanlı BELARUS 1221 markalı traktoru vardır. Cavabdehlə aralarında heç bir ədavət və düşmənçiliuk olmamış, yalnız normal münasibət olmuşdur.Onun idarə etdiyi traktora ehtiyat hissələri lazım olduqda cavabdehə məxsus Ağalkənd kəndində yerləşən ehtiyat hissəsləri mağazasından alır. 2024- cü ilin iyul ayında traktoruna 4 təkər, yəni 2 arxa və 2 qabaq təkəri lazım olduğu üçün cavabdehə məxsus Ağalkənd kəndindəki mağazaya gedib 4 ədəd təkər sifariş vermişdir. 15 iyul 2024-cü il tarixdə cavabdeh 4 ədəd təkəri onun evinə gətirmiş və razılaşdıqları kimi ondan 3600 manat pul almışdır. Səhəri təkərləri traktora vurmaq istəyərkən təkərlərin birinin başqa marka olduğunu görmüşdür. Bu barədə cavabdehə telefonla bildirmiş, cavbdeh demişdir ki, təkəri Sumqayıtdan alıb-satır. Sumqayıta gedəndə eyni markalı bir ədəd gətirəcəkdir. O, da razılaşmışdır. 2024-cü ilin avqust ayının 24-də cavabdeh uyğun gəlməyən təkərin əvəzinə yenisini gətirmiş, təkərləri traktoira vurub hava vurduqdan sonra görmüşdür ki, təkərlər təzə olsa da keyfiyyətsiz və standartlara uyğun olmayandır. Belə ki, təkərlər traktoru atıb-tuturdu. Bundan sonra o, dərhal cavabdehə məlumat vermişdir ki, bu təkərlər Belşina markalı "orqinal" təkər deyil, həmin təkərlərin "obmankası"dır. Odur ki, təkərləri ya dəyişib "oriqinal" Belişa markalı təkər verməsini, ya da pulunun qaytarılmasını tələb etmişdir. Cavabdeh bu gün sabaha salaraq Sumqayıtda onu aldadıb belə təkər verdiklərini, qısa müddətə dəyişəcəyini bildirmişdir. Bir müddət sonra isə ona bildirmişdir ki, orada təkəri dəyişmirlər. Bundan sonra o, tələb etmişdir ki, onun pulunu qaytarsın. Sonda cavabdeh ümumiyyətlə nə pulunu qaqytarmış, nə də təkərləri dəyişmişdir.Ona görə də iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsindən göründüyü kimi İddiaçı iddia ərizəsini imzalamamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: …152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət rüsumu olaraq ödənilmiş 56 manat pul İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(022)-751/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-751/2025
02.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver