Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-763/2024 01.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2760 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun, 0.40 qəpik bank xidməti haqqının, ümumilikdə cəmi 2810 manat 40 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, o, Cəlilabad rayonu Eçara kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhərinin Qurtuluş küçəsində yaşayır. Hazırda kənd təsərrüfatı məhsullarının tədarükü yə satışı ilə məşğuldur. 2021 ci ilin may ayında satıcı işlədiyi "xxxx" MMC - nin istehlakçılara kənd təsərrüfatı sahələrində istifadə edilən müxtəlif mineral gübrələrin topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Biləsuvar rayonu Xırmandalı kənd sakini Cavabdeh müraciəti əsasında 2021 ci ilin sonlarında 67 kisə Ammafos gübrə kisəsini nisiyə nisyə formada Cavabdeh Səfəralı oğluna etibar etdiyi üçün vermişdir. Lakin ümumilikdə 2760 (iki min yeddi yüz altımış) manat təşkil edən borc Cavabdeh tərəfindən ona ödənilməmişdir. Bu müddət ərzində o, dəfələrlə həmin pulu ondan tələb etsə də, cavabdeh ona olan borcunu qaytarmamışdır. Cavabdeh Cəlilabad rayon Polis şöbəsinin TQ-na verdiyi izahatında borcunu qaytaracağını bildirsə də, nəticəsi olmamışdır. Odur ki, Cavabdeh ona borclu olduğu 2760 manat pulun və 50 manat ödənilmiş dövlət rüsumunun, 0.40 qəpik bank xidməti haqqının, ümumilikdə cəmi 2810 manat 40 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 16 iyul 2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini, 2021-ci ilin may ayında İddiaçı 1 kisəsinin qiyməti 44 manat olmaqla 67 kisə Amofos gübərəsini nisiyə aldığını, daha sonra həmin gübrənin 7 (yeddi) kisəsini natura şəklində iddiaçıya qaytardığını, nisiyə aldığı gübrələrə görə 100 manat iddiaçıya ödədiyini, hazırda onun iddiaçıya nisyə aldığı gübrələrə görə 2360 manat borcunun olduğunu göstərmişdir. Həmin borcunu da ödəyəcəyinə söz verir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi barədə» Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X1 06 mart 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh izahatında İddiaçı 67 kisə, hər birinin qiyməti 44 manat dəyərində olmaqla gübrəni nisyə olaraq aldığını, lakin həmin dövrdə məhsuldarlıq zəif olduğu üçün borcunu ödəyə bilmədiyini, yalnız 7 kisə gübrəni natura şəklində İddiaçı qaytardığını, lakin maddi imkanı olmadığı üçün Mərufun pulunu qaytara bilmədiyini, Mərufa bir kisənin qiyməti 44 manat olmaqla 60 kisə gübrəyə görə ümumilikdə 2460 manat borcu olduğunu göstərmişdir. İddiaçı məhkəmə iclasında izahatında Cavabdeh ondan nisyə aldığı 60 kisə gübrəyə görə borcundan cəmi 100 (yüz) manat ödədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı 67 kisə, hər birinin qiyməti 44 manat dəyərində olmaqla gübrəni nisyə olaraq almış, lakin 7 kisə gübrəni natura şəklində idddiaçıya qaytarsa da, 60 kisə gübrənin cəmi dəyəri olan 2640 manat puldan daha sonra 100 (yüz) manat ödəniş etmişdir. Göründüyü kimi cavabdeh 2640 (iki min altı yüz qırx) manat nisyə aldığı gübrə məhsuluna görə sonradan cəmi 100 (yüz) manat ödəniş etdiyi üçün onun iddiaçıya cəmi 2540 manat (2640-100=2540) ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə Cavabdeh iddiaçıya olan borcunun 100 manatını ödədiyini və iddiaçıya cəmi 2360 manat borclu qalmasını bildirsə də, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2540 (iki min beş yüz qırx) manat pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin 10,40 manatı iddiaçıya aid edilməli, 40 (qırx) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2540 (iki min beş yüz qırx) manat, ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat, cəmi 2580 (iki min beş yüz səksən) manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(022)-763/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-763/2024
01.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver