Məhkəmə qərarları › İş №2(022)-770/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-770/2025

22.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-770/2025 22.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı AKT NİM 010188 nömrəli aktın ləğv edilməsi və hesablanmış 850 manat məbləğində cərimənin silinməsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx"ASC-in Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli AKT MİN 010188 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 850 (səkkiz yüz əlli) manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşmə ərizəsi verərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin abonentidir. İstifadə etdiyi elektirik enerjisinin haqqını həmişə vaxtında ödəyir. 2025-ci ilin mart ayında X1 ərazi üzrə işçiləri ona 850 manat cərimə borcunun olduğunu bildirmişlər. Bu borcun necə və hansı səbəbdən yaranması səbəbini soruşduqda ona satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən EEİQ-na uyğun quraşdırılmış enerji uçot dəstinə baxış keçirildiyi və baxış zamanı sayğacda faza ilə nol xətlərinin yerinin dəyişdirilməklə qoşulduğu bildirilmişdir. Bununla əlaqədar barəsində xx.xx.2025-ci il tarixli AKT MİN 010188 saylı akt tərtib adilmiş və həmin akta əsasən ona 818.87 manat məbləğində cərimə hesablanmışdır. Tərtib edilmiş aktı qanunsuz hesab edir.Həmin akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli QƏRARİ ilə təsdiq edi]miş "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələblərinin kobud şəkildə pozulması ilə tərtib edilmişdir. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 818.87 manat cərimənin onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 05 fevral 2025-ci il tarixli AKT NİM №010188 saylı akta əsasən sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın şəbəkəyə qoşulma sxemi pozulmuşdur.Kənar mənbədən götürülən (0) sıfır xətti vasitəsi ilə sayğac dövrədən qismən kənarlaşdırılmışdır. İş materiallarında olan Abunə haqqında abonentin **********02148 nömrəli abonent hesabından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 818.87 manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilmlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin hallarını və qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində sayğacın şəbəkəyə qoşulma sxeminin pozulmasına səbəb olmuş kənar mənbədən götürülən (0) sıfır xətti vasitəsi ilə sayğacın dövrədən kənarlaşdırılmasına dair cavabdeh tərəfindən hər hansı sübut məhkməyə təqdim edilmədiyindən iddia əsaslı hesab edilməli, 818 (səkkiz yüz on səkkiz) manat 87 (səksən yeddi) qəpik məbləğdə cərimə İddiaçı abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 818 (səkkiz yüz on səkkiz) manat 87 (səksən yeddi) qəpik məbləğdə cərimə İddiaçı abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar