Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-780/2024 08.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh borclu olduğu 17000 (on yeddi min) manat və dövlət rüsumu olaraq ödədiyi 141 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunun Amankənd kəndində yaşayır. 07 yanvar 2022-ci ildə uzun müddət normal münasibəti olan Cavabdeh ondan 17000 manat borc olaraq pul almışdır. Cavabdeh söz vermişdir ki, borc olaraq aldığı pulu 07 yanvar 2023-cü il tarixədək ona qaytaracaqdır. Lakin o, verdiyi vədə əməl edərək ona olan borcunu qaytarmamışdır. Cavabdeh ona borclu olması barədə notarial qaydada onunla borc müqaviləsi də bağlamışdır. Lakin cavabdeh bu günə kimi borcunu qaytarmamışdır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək və eyni zamanda izahatında göstərmişdir ki, o, Bakı şəhərində cavabdehə məxsus mənzili almaq istədiyinə görə aralarında olan razılaşmaya əsasən əvvəlcədən 2022-ci ildə Cavabdeh 20000 (iyirmi min) manat pul vermişdir. Lakin razılaşmaya uyğun olaraq daha sonra da Mahirə əlavə olaraq 10000 (on min) manat pul verməli idi. Beləliklə o, cavabdehdən aldığı mənzilə görə ona cəmi 30000 (otuz min) manat pul verməli idi. Lakin cavabdehlə aralarında mənzil alqısatqısı ilə bağlı narazılıq yaranması səbəbindən həmin mənzilin alqı-satqısı baş tutmamışdır.Bundan sonra cavabdeh ona verdiyi 20000 (iyirmi min) manat puldan 3000 (üç min) manatını geri qaytarmış və bununla da ona 17000 (on yeddi min) manat borclu qalmışdır. Daha sonra isə cavabdehlə notariat kontoruna gedərək borc müqaviləsi bağlamışlar. Borc müqaviləsi bağladıqdan sonra da Cavabdeh ona 2000 (iki min) manat pul qaytarmış, ona 15000 (on beş min) manat borclu qalmışdır. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək və eyni zamanda izahatında göstərmişdir ki, pula ehtiyacı olduğundan Bakı şəhərində olan mənzilini satmaq qərarına gəlmişdir.Ona görə də İddiaçı ilə həmin mənzilin alqı-satqısı barədə razılığa gələrək, əvvəlcədən iddiaçıdan 20000 (iyirmi min) manat pul almışdır.Mənzil ipotekada olduğuna görə qalan pulu iddiaçı ödəməli idi.Ümumilikdə iddiaçı ona 30000 (otuz min) manat pul verməli idi. Aralarında olan narazılıq səbəbindən mənzilin alqı-satqısı baş tutmamışdır. O, iddiaçıdan aldığı 20000 manat puldan 3000 (üç min) manatını qaytarmış, qalan 17000 (on yeddi min) manat pulun qaytarılması məqsədi ilə notariat kontoruna gedərək borc müqaviləsi bağlamışlar. Daha sonra iddiaçıya olan 17000 manat borcundan 2000 (iki min) manatını qaytarasa da, ümumilikdə iddiaçıya 15000 (on beş min) manat borcu qalmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Amankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-21/2-709/2023 saylı arayışından görünür ki, İddiaçı Biləsuvar rayonu Amankənd kəndində yaşayır. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 17.000 manat borc vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflərin izahları və təqdim etdikləri ərizələrdən görünür ki, İddiaçı Bakı şəhərində Cavabdeh məxsus mənzilin 30000 (otuz min) manata alqı-satqısı barədə onunla razılaşma əldə edərək, alqı-satqı müqaviləsi bağlananadək Cavabdeh 20000 (iyirmi min) manat pul vermişdir. Lakin aralarında baş vermiş narazılıq səbəbindən həmin mənzilin alqı-satqısı baş tutmamışdır. Belə olan halda, İddiaçı tələbinə əsasən Cavabdeh aldığı 20000 manat puldan İddiaçı 3000 (üç min) manatını qaytarmışdır. Daha sonra notariat kotoruna gedərək 07 yanvar 2022-ci il tarixdə kredit müqaviləsi bağlamaqla Cavabdeh İddiaçı 17000 (on yeddi min) manat borc pul aldığını və həmin borcu xx.xx.2023-cü il tarixədək qaytaracağını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1091.1-ci maddəsin əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 15000 (on beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(022)-780/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-780/2024
08.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver