Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-790/2024 03.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi ilə, İddiaçı X2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏNETDİ: İddiaçı X2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi poçt vasitəsilə məhkəməyə daxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində verilir. 152.1.3-cü maddəsində qeyd edilir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarı: 13-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Avropa İnsan Hüquqları Məhkəməsi Qərarı: “Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə” Avropa Məhkəməsinin 2010-cu il 16 sentyabr tarixli Qərarı: Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. 31 may 2024-cü il tarixdə İddiaçı X2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi poçt vasitəsilə məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində verilir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində cavabdeh X1 poçt ünvanı kimi ünvan 2un 2024-cü il tarixdə Elektron Məhkəmə Sistemi vasitəsindən alınmış sorğudan görünür ki, hazırki iş üzrə Cavabdeh Cəbrayıl rayonu Şükürbəyli kəndində qeydiyyatdadır. Bununla əlaqədar iddiaçıya izah edilməlidir ki, cavabdeh X1 müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazi aidiyyatı üzrə Biləsuvar Rayon Məhkəməsinin yuristiksiyasına deyil, Cəbrayıl Rayon Məhkəməsinin yuristiksiyasına aiddir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsində qeyd edilir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Biləsuvar rayonu ərazisində qeydiyyatda olmadığına görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən (və ya alındığı) gündən 10 gün müddətində ondan Biləsuvar rayon məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Hakim: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-790/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-790/2024
03.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver